https://sputnik.az/20250103/vaxti-itirmeden-azeriqaz-artmis-tariflerin-tetbiqine-start-verib-441478950.html
Vaxtı itirmədən: "Azəriqaz" artmış tariflərin tətbiqinə start verib
Vaxtı itirmədən: "Azəriqaz" artmış tariflərin tətbiqinə start verib
Sputnik Azərbaycan
Xatırladaq ki, yanvarın 2-də Tarif Şurası br sıra kommunal xidmətlərdə tarifləri artıraraq əhaliyə Yeni il "sürprizi" edib. 03.01.2025, Sputnik Azərbaycan
2025-01-03T12:16+0400
2025-01-03T12:16+0400
2025-01-03T12:16+0400
hava
cəmiyyət
"azəriqaz"
"azəriqaz" ib
"azəriqaz" istehsalat birliyi
"azəriqaz" istehsalat birliyi
tarif şurası
https://cdnn1.img.sputnik.az/img/07e4/08/0d/424671779_0:160:3072:1888_1920x0_80_0_0_f4e6f7cbd2ba6b8fdc8a77b491432372.jpg
BAKI, 3 yanvar — Sputnik. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin (İB) abonent uçotu sistemlərində (öncədən ödənişli və mexaniki sayğaclar) artıq yeni tariflərin tətbiqinə start verilib.Bu barədə qurumdan xəbər verilib.Məlumata görə, proqram təminatında dəyişikliklər tam tətbiq olunanadək öncədən ödənişli sayğaclar üzrə yanvarın 2-dən alınan qazın dəyəri yeni tariflərlə hesablanaraq növbəti ödənişlərdə nəzərə alınacaq."Mexaniki sayğaclar üzrə göstəricilər 2025-ci ilin ilk oxunuşunda yeni tariflərə uyğun olaraq hesablanacaq. İstehlakçılar tərəfindən yeni tariflə hesablamalar barədə yaranacaq sual və ya şikayətlərə "Azəriqaz"ın Tarif Komissiyasında müvafiq qaydada baxılacaq", - İB bildirir.Qeyd edək ki, Tarif Şurasının yanvarın 2-də verdiyi qərara əsasən, əhali üzrə illik istehlak həcmi 1 200 kubmetr olan hissə üçün 1 kubmetr təbii qazın tarifi 0,5 qəpik (yarım qəpik, 4,2 %) artırılaraq 12 qəpikdən 12,5 qəpik həddində, 1 200 kubmetrdən 2 500 kubmetrədək olan hissə üçün 2 qəpik (10 %) artırılaraq 20 qəpikdən 22 qəpik, 2 500 kubmetrdən çox olan hissə üçün 5 qəpik (20 %) artırılaraq 25 qəpikdən 30 qəpik məbləğində təsdiqlənib.Həmçinin, 1 kubmetr təbii qaz üzrə orta tarif əhali üzrə 1,3 qəpik (8,7 %) artırılıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/08/0d/424671779_171:0:2902:2048_1920x0_80_0_0_c1cdca0621c5c3aad011debc4843106e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
hava, "azəriqaz", "azəriqaz" ib, "azəriqaz" istehsalat birliyi, "azəriqaz" istehsalat birliyi, tarif şurası
hava, "azəriqaz", "azəriqaz" ib, "azəriqaz" istehsalat birliyi, "azəriqaz" istehsalat birliyi, tarif şurası
Vaxtı itirmədən: "Azəriqaz" artmış tariflərin tətbiqinə start verib
Xatırladaq ki, yanvarın 2-də Tarif Şurası br sıra kommunal xidmətlərdə tarifləri artıraraq əhaliyə Yeni il "sürprizi" edib.
BAKI, 3 yanvar — Sputnik. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin (İB) abonent uçotu sistemlərində (öncədən ödənişli və mexaniki sayğaclar) artıq yeni tariflərin tətbiqinə start verilib.
Bu barədə qurumdan xəbər verilib.
Məlumata görə, proqram təminatında dəyişikliklər tam tətbiq olunanadək öncədən ödənişli sayğaclar üzrə yanvarın 2-dən alınan qazın dəyəri yeni tariflərlə hesablanaraq növbəti ödənişlərdə nəzərə alınacaq.
"Mexaniki sayğaclar üzrə göstəricilər 2025-ci ilin ilk oxunuşunda yeni tariflərə uyğun olaraq hesablanacaq. İstehlakçılar tərəfindən yeni tariflə hesablamalar barədə yaranacaq sual və ya şikayətlərə "Azəriqaz"ın Tarif Komissiyasında müvafiq qaydada baxılacaq", - İB bildirir.
Qeyd edək ki, Tarif Şurasının yanvarın 2-də verdiyi qərara əsasən, əhali üzrə illik istehlak həcmi 1 200 kubmetr olan hissə üçün 1 kubmetr təbii qazın tarifi 0,5 qəpik (yarım qəpik, 4,2 %) artırılaraq 12 qəpikdən 12,5 qəpik həddində, 1 200 kubmetrdən 2 500 kubmetrədək olan hissə üçün 2 qəpik (10 %) artırılaraq 20 qəpikdən 22 qəpik, 2 500 kubmetrdən çox olan hissə üçün 5 qəpik (20 %) artırılaraq 25 qəpikdən 30 qəpik məbləğində təsdiqlənib.
Həmçinin, 1 kubmetr təbii qaz üzrə orta tarif əhali üzrə 1,3 qəpik (8,7 %) artırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.