DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ukraynanın NATO-ya daxil olması Rusiya üçün təhlükə olacaq

© Sputnik / Алексей Витвицкий / Mediabanka keçidNATO
NATO - Sputnik Azərbaycan, 1920, 03.01.2025
Abunə olmaq
Puşkov Ukraynanın alyansa daxil olmasını Moskva üçün “təhlükə zəmanəti” adlandırıb.
BAKI, 3 yanvar — Sputnik. Rusiyalı senator Aleksey Puşkov Ukraynanın NATO-ya daxil olmasının Rusiya Federasiyası üçün qəbuledilməz olmasının iki səbəbini açıqlayıb.
Bu barədə siyasətçi “Telegram” kanalında yazıb.
Puşkov Ukraynanın Şimali Atlantika alyansına daxil olmasının Rusiya üçün “təhlükə zəmanəti” olacağını ilk səbəb kimi qeyd edib.
“İkincisi, Ukraynanın NATO-ya daxil olması NATO ilə Rusiya arasında hərbi toqquşma təhlükəsinin qaratiyası olardı, çünki Ukraynanın daxil olduğu andan bütün səyləri Rusiya ilə yeni müharibəyə hazırlanması olub”, senator hesab edir.
Bu yaxınlarda Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Ukraynanın Şimali Atlantika Alyansına (NATO) daxil olmasının Rusiya üçün qəbuledilməz olduğunu bildirib.
Bundan əvvəl ABŞ Dövlət Departamentinin keçmiş əməkdaşı Samuel Çarap bildirib ki, nə Co Baydenin hazırkı administrasiyası, nə də Donald Trampın mümkün gələcək administrasiyası istər münaqişə zamanı, istərsə də ondan sonra Ukraynanı NATO-ya üzv olmağa təklif etməyə hazır olmayacaq.
Xəbər lenti
0