https://sputnik.az/20250104/tokayev-qara-qutularin-braziliyaya-gonderilmesi-edaletli-istintaq-ucun-yegane-vasitedir-466942383.html
Təyyarə qəzası barədə yekun hesabat 3 ilədək verilməlidir - Qazaxıstan NN
Təyyarə qəzası barədə yekun hesabat 3 ilədək verilməlidir - Qazaxıstan NN
Sputnik Azərbaycan
Təyyarə qəzasının səbəblərini araşdırmaq üçün hökumət komissiyası yaradılıb. Bundan əlavə, Mülki Aviasiya Beynəlxalq Təşkilatı da daxil olmaqla 17 beynəlxalq... 04.01.2025, Sputnik Azərbaycan
2025-01-04T15:22+0400
2025-01-04T15:22+0400
2025-01-04T15:22+0400
aktauda azal-ın təyyarəsinin qəzaya uğraması
kasım-jomart tokayev
braziliya
azal
təyyarə
təyyarə qəzası
təyyarə qəzası
qazaxıstan
"embraer 190" təyyarəsi
“embraer” şirkəti
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/1c/469740768_0:0:3000:1688_1920x0_80_0_0_63ce05a6676e1ececefab0a6851fe56a.jpg
BAKI, 4 yanvar — Sputnik. Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin 2024-cü il dekabrın sonunda Qazaxıstanda qəzaya uğraması ilə bağlı araşdırmanın yekun hesabatı üç ildən gec olmayaraq təsdiqlənəcək.Bu barədə m'lumat; Qazaxıstanın Nəqliyyat Nazirliyi yayıb.“2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-yə məxsus “Embraer E190AR” markalı, 4K-AZ65 dövlət nömrə nişanlı təyyarə ilə baş vermiş aviasiya qəzasının təhqiqatı Qazaxıstan Respublikasının İnvestisiya və İnkişaf nazirinin müvafiq əmrinə uyğun olaraq həyata keçirilir. Əmrin 32-ci bəndinə uyğun olaraq, insan tələfatı ilə nəticələnən aviasiya hadisəsinin təhqiqatının müddəti komissiya yaradıldığı andan qəzanın təhqiqatının nəticələrinə dair yekun hesabatın təsdiq edildiyi tarixə kimi, əlavə araşdırma tələb olunmadığı təqdirdə, 36 aydan çox olmamalıdır”, - deyə nazirlikdən bildirilib.İstintaq komissiyasının üzvü, Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastaev 2024-cü il dekabrın 30-da Kazinform agentliyinə müsahibəsində bildirib ki, araşdırmanın ilkin və ya aralıq nəticələri 30 gün ərzində hazır olacaq.03.01.25, 10:51Tokayev: Qara qutuların Braziliyaya göndərilməsi ədalətli istintaq üçün yeganə vasitədirQazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib ki, AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsinin uçuş registratorlarının şifrəsinin açılması üçün Braziliyaya verilməsi istintaqın qərəzsizliyi üçün yeganə düzgün həll yoludur.Bu bar'd' "Report" məlumat verir.“Hökumət komissiyası gəminin istehsal olunduğu Braziliyaya uçuş registratorlarını deşifrə etmək qərarına gəlib. Mən əminəm ki, bu, təhqiqatın obyektivliyini və qərəzsizliyini təmin etmək üçün yeganə düzgün qərardır”, - Qazaxıstan lideri bildirib.Tokayev qeyd edib ki, bugünkü təlatümlü dünyada texnogen və təbii fəlakətlərin sayı artır və bütün dövlətlər, o cümlədən inkişaf etmiş dövlətlər buna hazır deyil, lakin digər ölkələrlə müqayisədə Qazaxıstan fövqəladə hallara cavab vermək baxımından layiqli görünür.“Belə vəziyyətlərdə saniyələr gedir. Xilasedicilərimiz, həkimlərimiz və polislərimiz operativ, koordinasiyalı hərəkət ediblər, peşəkarlıq və vətəndaş məsuliyyəti nümayiş etdiriblər. Faciə yerinə yaxın olan Manqistau Regional Elektrik Şəbəkəsi Şirkətinin əməkdaşları dərhal hadisə yerinə gəliblər. Yerli sakinlər də kənarda qalmadılar. Vətəndaşlarımızın bu fədakarlığı sayəsində mümkün qədər çox insanın həyatı xilas edilib. Xilasetmə işlərində iştirak edən hər kəsə səmimi təşəkkürümü bildirirəm", - Qazaxıstan Prezidenti vurğulayıb.O əlavə edib ki, qazax xalqının təyyarə qəzasında həlak olanlarla həmrəyliyi və rəğbəti vətəndaşların kütləvi şəkildə qan verməyə tələsməsinin sübutudur.Təyyarə qəzasının səbəblərini araşdırmaq üçün hökumət komissiyası yaradılıb. Bundan əlavə, Mülki Aviasiya Beynəlxalq Təşkilatı da daxil olmaqla 17 beynəlxalq ekspert dəvət olunub.
https://sputnik.az/20250103/teyyare-qezasinda-yaralananlarin-son-durumu-aciqlandi-469691744.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/1c/469740768_375:0:2626:1688_1920x0_80_0_0_a62ef7d7b8f811a57c86dd822415e123.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kasım-jomart tokayev, braziliya, azal, təyyarə, təyyarə qəzası, təyyarə qəzası, qazaxıstan, "embraer 190" təyyarəsi, “embraer” şirkəti
kasım-jomart tokayev, braziliya, azal, təyyarə, təyyarə qəzası, təyyarə qəzası, qazaxıstan, "embraer 190" təyyarəsi, “embraer” şirkəti
Təyyarə qəzası barədə yekun hesabat 3 ilədək verilməlidir - Qazaxıstan NN
Təyyarə qəzasının səbəblərini araşdırmaq üçün hökumət komissiyası yaradılıb. Bundan əlavə, Mülki Aviasiya Beynəlxalq Təşkilatı da daxil olmaqla 17 beynəlxalq ekspert dəvət olunub.
BAKI, 4 yanvar — Sputnik. Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin 2024-cü il dekabrın sonunda Qazaxıstanda qəzaya uğraması ilə bağlı araşdırmanın yekun hesabatı üç ildən gec olmayaraq təsdiqlənəcək.
Bu barədə m'lumat; Qazaxıstanın Nəqliyyat Nazirliyi yayıb.
“2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-yə məxsus “Embraer E190AR” markalı, 4K-AZ65 dövlət nömrə nişanlı təyyarə ilə baş vermiş aviasiya qəzasının təhqiqatı Qazaxıstan Respublikasının İnvestisiya və İnkişaf nazirinin müvafiq əmrinə uyğun olaraq həyata keçirilir. Əmrin 32-ci bəndinə uyğun olaraq, insan tələfatı ilə nəticələnən aviasiya hadisəsinin təhqiqatının müddəti komissiya yaradıldığı andan qəzanın təhqiqatının nəticələrinə dair yekun hesabatın təsdiq edildiyi tarixə kimi, əlavə araşdırma tələb olunmadığı təqdirdə, 36 aydan çox olmamalıdır”, - deyə nazirlikdən bildirilib.
İstintaq komissiyasının üzvü, Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastaev 2024-cü il dekabrın 30-da Kazinform agentliyinə müsahibəsində bildirib ki, araşdırmanın ilkin və ya aralıq nəticələri 30 gün ərzində hazır olacaq.
Tokayev: Qara qutuların Braziliyaya göndərilməsi ədalətli istintaq üçün yeganə vasitədir
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib ki, AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsinin uçuş registratorlarının şifrəsinin açılması üçün Braziliyaya verilməsi istintaqın qərəzsizliyi üçün yeganə düzgün həll yoludur.
Bu bar'd' "Report" məlumat verir.
“Hökumət komissiyası gəminin istehsal olunduğu Braziliyaya uçuş registratorlarını deşifrə etmək qərarına gəlib. Mən əminəm ki, bu, təhqiqatın obyektivliyini və qərəzsizliyini təmin etmək üçün yeganə düzgün qərardır”, - Qazaxıstan lideri bildirib.
Tokayev qeyd edib ki, bugünkü təlatümlü dünyada texnogen və təbii fəlakətlərin sayı artır və bütün dövlətlər, o cümlədən inkişaf etmiş dövlətlər buna hazır deyil, lakin digər ölkələrlə müqayisədə Qazaxıstan fövqəladə hallara cavab vermək baxımından layiqli görünür.
“Belə vəziyyətlərdə saniyələr gedir. Xilasedicilərimiz, həkimlərimiz və polislərimiz operativ, koordinasiyalı hərəkət ediblər, peşəkarlıq və vətəndaş məsuliyyəti nümayiş etdiriblər. Faciə yerinə yaxın olan Manqistau Regional Elektrik Şəbəkəsi Şirkətinin əməkdaşları dərhal hadisə yerinə gəliblər. Yerli sakinlər də kənarda qalmadılar. Vətəndaşlarımızın bu fədakarlığı sayəsində mümkün qədər çox insanın həyatı xilas edilib. Xilasetmə işlərində iştirak edən hər kəsə səmimi təşəkkürümü bildirirəm", - Qazaxıstan Prezidenti vurğulayıb.
O əlavə edib ki, qazax xalqının təyyarə qəzasında həlak olanlarla həmrəyliyi və rəğbəti vətəndaşların kütləvi şəkildə qan verməyə tələsməsinin sübutudur.
Təyyarə qəzasının səbəblərini araşdırmaq üçün hökumət komissiyası yaradılıb. Bundan əlavə, Mülki Aviasiya Beynəlxalq Təşkilatı da daxil olmaqla 17 beynəlxalq ekspert dəvət olunub.