https://sputnik.az/20250103/teyyare-qezasinda-yaralananlarin-son-durumu-aciqlandi-469691744.html
Təyyarə qəzasında xəsarət alanların son durumu açıqlandı
Təyyarə qəzasında xəsarət alanların son durumu açıqlandı
Sputnik Azərbaycan
Travmatik koma vəziyyətində gətirilən xəstələrdən 2-nin vəziyyəti kritik ağır stabil olaraq qiymətləndirilir. 03.01.2025, Sputnik Azərbaycan
2025-01-03T21:10+0400
2025-01-03T21:10+0400
2025-01-03T20:57+0400
yaralı
vəziyyət
təyyarə
qəza
aktau
qazaxıstan
azərbaycan
"embraer 190" təyyarəsi
aktauda azal-ın təyyarəsinin qəzaya uğraması
yeni
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/1a/469670354_0:158:3078:1889_1920x0_80_0_0_41bdb74d9bc8afa9cc3e12cec9be358f.jpg
BAKI, 3 yanvar — Sputnik. Qazaxıstanın Aktau şəhərində baş verən təyyarə qəzası nəticəsində xəsarət alan şəxslərdən ümumilikdə 8 nəfərin (3 kişi, 5 qadın cinsli) müalicəsi Yeni Klinikada davam etdirilir.Bu barədə TƏBİB-dən məlumat verilib.Bildirilib ki, onların hər biri ixtisaslı həkim mütəxəssislər (ortoped-travmatoloq, neyrocərrah, reanimatoloq, torakal-cərrah, infeksionist) tərəfindən zəruri instrumental-diaqnostik müayinə olunublar, hazırda həkim müşahidəsindədirlər:"Dekabrın 30-da Yeni Klinikaya hospitalizasiya olunan pasiyentlərdən 1 nəfərin vəziyyəti orta ağır stabildir.Travmatik koma vəziyyətində gətirilən xəstələrdən 2-nin vəziyyəti isə kritik ağır stabil olaraq qiymətləndirilir. Hazırda tənəffüs dəstəyi ilə təmin olunublar. Kəllə-beyin travması, müxtəlif dərəcəli sınıqlar, döş qəfəsinin küt travması və pnevmo-hemotoraks diaqnozu ilə hər iki xəstənin protokola uyğun olaraq müalicələri Reanimasiya şöbəsində davam etdirilir.Daha öncə hospitalizasiya olunan 14 nəfərdən 5 nəfərin də hazırda Yeni Klinikada stasionar müalicəsi davam etdirilir. Onların vəziyyətləri qənaətbəxşdir.Ambulator müalicə üçün evə buraxılan şəxslərin sağlamlıq durumlarının aidiyyəti tibb müəssisələri tərəfindən nəzarətdə saxlanılması üzrə müvafiq tapşırıqlar verilib, yaşayış ünvanlarına qayıtmış şəxslər ərazi üzrə tibb müəssisəsinin həkim və psixoloqundan ibarət heyət tərəfindən ziyarət edilib” (APA).Qeyd edək ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü və 62 sərnişin olmaqla, ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb.Sağ qalanların 14-ü Azərbaycan, 10-u Rusiya, 2-i Qırğızıstan vətəndaşıdır.30.12.24, 22:42Təyyarə qəzasında xəsarət alan 3 yaralı Bakıda xəstəxanaya yerləşdirilibTəyyarə qəzası zamanı xəsarət alan və Qazaxıstanın Aktau şəhərində müalicə olunan daha üç yaralı Bakıya gətirilib. Onlar "Yeni klinika"ya yerləşdiriliblər.Bu barədə Azərbaycanın səhiyyə naziri Teymur Musayev “Yeni Klinika”ya yerləşdirilən yaralıların son vəziyyəti barədə danışarkən deyib.Nazir bildirib ki, xəsarət alanlar reanimasiya şöbəsindədir.T.Musayevin sözlərinə görə, xəsarət alanlardan doqquzu artıq evə buraxılıb.Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov “Yeni Klinika”ya yerləşdirilən yaralıların son vəziyyəti barədə jurnalistlərə açıqlamasında deyib ki, müalicə alan doqquz yaralı evə buraxılıb. Onların müalicəsi ev şəraitində davam edəcək.Qurum rəhbəri həmçinin bildirib ki, evə buraxılanların durumu yaxşıdır:Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti, dekabrın 29-da isə 3-ü ekipaj üzvü olmaqla 24 nəfərin nəşi ölkəyə gətirilib.30.12.24, 21:13Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğraması nəticəsində xəsarət alan 3 Azərbaycan vətəndaşının Aktau hava limanına çatdırılmasına köməklik göstərib. Onlar vətənlərinə təyyarə ilə göndərilib. Bu barədə TASS Qazaxıstan FHN-ə istinadən xəbər yayıb. Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən TASS-a verilən məlumata görə, xəsarət alan üç nəfər Azərbaycan nümayəndə heyətinə təhvil verilib və onlar təyyarə ilə vətənlərinə aparılacaqlar.Qazaxıstanın Manqistau vilayəti administrasiyasının mətbuat xidmətinin daha sonra verdiyi məlumata görə, regional xəstəxananın reanimasiya şöbəsində müalicə alan üç Azərbaycan vətəndaşı “Azərbaycandan gələn xüsusi təyyarə ilə evə aparılıb”.Dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları”na məxsus Embraer 190 sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarədə 67 nəfər - 62 sərnişin və 5 ekipaj üzvü, o cümlədən Azərbaycan, Rusiya, Qazaxıstan və Qırğızıstan vətəndaşları olub. Son məlumatlara görə, 29 nəfər sağ qalıb.27.12.24, 12:27AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən təyyarənin Aktau şəhəri yaxınlığında dekabrın 25-də qəzaya uğraması nəticəsində xəsarət alan və ötən gün Bakıya gətirilən yaralıların ilkin müayinləri aparılıb, vəziyyətləri qənaətbəxşdir. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu səhiyyə naziri Teymur Musayev Yeni Klinikada müalicəsi davam edən yaralıların son vəziyyəti barədə jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə Qazaxıstanda müalicəsi davam edən 3 nəfərin vəziyyəti orta ağırdır: T.Musayev həmçinin yaralıların hansı səbəbdən xəsarət aldıqlarının hələ ki məlum olmadığını da bildrib: "Onların qəlpə, yaxud güllə yarasından xəsarət aldıqları barədə konkret bir şey deyə bilmirik. Çünki bu başqa araşdırma mövzusudur". Nazir bildirib ki, aviaqəzada şəxsiyyəti müəyyənləşdirilməyən həlak olanlarla bağlı DNT analizləri götürülüb. Onun sözlərinə görə, hazırda proses davam edir: Qeyd edək ki, təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb. Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/1a/469670354_175:0:2904:2047_1920x0_80_0_0_cd2aa7cf8abb5eba8cfbd9285a19ef9c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
yaralı, vəziyyət, təyyarə, qəza, aktau, qazaxıstan, azərbaycan, "embraer 190" təyyarəsi, yeni, klinika
yaralı, vəziyyət, təyyarə, qəza, aktau, qazaxıstan, azərbaycan, "embraer 190" təyyarəsi, yeni, klinika
Təyyarə qəzasında xəsarət alanların son durumu açıqlandı
Travmatik koma vəziyyətində gətirilən xəstələrdən 2-nin vəziyyəti kritik ağır stabil olaraq qiymətləndirilir.
BAKI, 3 yanvar — Sputnik. Qazaxıstanın Aktau şəhərində baş verən təyyarə qəzası nəticəsində xəsarət alan şəxslərdən ümumilikdə 8 nəfərin (3 kişi, 5 qadın cinsli) müalicəsi Yeni Klinikada davam etdirilir.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, onların hər biri ixtisaslı həkim mütəxəssislər (ortoped-travmatoloq, neyrocərrah, reanimatoloq, torakal-cərrah, infeksionist) tərəfindən zəruri instrumental-diaqnostik müayinə olunublar, hazırda həkim müşahidəsindədirlər:
"Dekabrın 30-da Yeni Klinikaya hospitalizasiya olunan pasiyentlərdən 1 nəfərin vəziyyəti orta ağır stabildir.
Travmatik koma vəziyyətində gətirilən xəstələrdən 2-nin vəziyyəti isə kritik ağır stabil olaraq qiymətləndirilir. Hazırda tənəffüs dəstəyi ilə təmin olunublar. Kəllə-beyin travması, müxtəlif dərəcəli sınıqlar, döş qəfəsinin küt travması və pnevmo-hemotoraks diaqnozu ilə hər iki xəstənin protokola uyğun olaraq müalicələri Reanimasiya şöbəsində davam etdirilir.
Daha öncə hospitalizasiya olunan 14 nəfərdən 5 nəfərin də hazırda Yeni Klinikada stasionar müalicəsi davam etdirilir. Onların vəziyyətləri qənaətbəxşdir.
Ambulator müalicə üçün evə buraxılan şəxslərin sağlamlıq durumlarının aidiyyəti tibb müəssisələri tərəfindən nəzarətdə saxlanılması üzrə müvafiq tapşırıqlar verilib, yaşayış ünvanlarına qayıtmış şəxslər ərazi üzrə tibb müəssisəsinin həkim və psixoloqundan ibarət heyət tərəfindən ziyarət edilib” (APA).
Qeyd edək ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü və 62 sərnişin olmaqla, ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb.
Sağ qalanların 14-ü Azərbaycan, 10-u Rusiya, 2-i Qırğızıstan vətəndaşıdır.
Təyyarə qəzasında xəsarət alan 3 yaralı Bakıda xəstəxanaya yerləşdirilib
Təyyarə qəzası zamanı xəsarət alan və Qazaxıstanın Aktau şəhərində müalicə olunan daha üç yaralı Bakıya gətirilib. Onlar "Yeni klinika"ya yerləşdiriliblər.
Bu barədə Azərbaycanın səhiyyə naziri Teymur Musayev “Yeni Klinika”ya yerləşdirilən yaralıların son vəziyyəti barədə danışarkən deyib.
Nazir bildirib ki, xəsarət alanlar reanimasiya şöbəsindədir.
"Vəziyyətləri orta sabitdir", - nazir bildirib.
T.Musayevin sözlərinə görə, xəsarət alanlardan doqquzu artıq evə buraxılıb.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.
TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov “Yeni Klinika”ya yerləşdirilən yaralıların son vəziyyəti barədə jurnalistlərə açıqlamasında deyib ki, müalicə alan doqquz yaralı evə buraxılıb. Onların müalicəsi ev şəraitində davam edəcək.
Qurum rəhbəri həmçinin bildirib ki, evə buraxılanların durumu yaxşıdır:
"Bu gün Qazaxıstandan gətirilən üç yaralının durumu isə sabitdir".
Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti, dekabrın 29-da isə 3-ü ekipaj üzvü olmaqla 24 nəfərin nəşi ölkəyə gətirilib.
Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğraması nəticəsində xəsarət alan 3 Azərbaycan vətəndaşının Aktau hava limanına çatdırılmasına köməklik göstərib. Onlar vətənlərinə təyyarə ilə göndərilib. Bu barədə TASS Qazaxıstan FHN-ə istinadən xəbər yayıb.
“Aktauda Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin dəstəyi ilə təyyarənin qəzaya uğraması nəticəsində xəsarət almış 3 Azərbaycan Respublikası vətəndaşı sağ-salamat hava limanına çatdırılıb. Fövqəladə Hallar Nazirliyi qonşu fövqəladə hallar şöbəsinə lazımi köməklik göstərərək tam nəqliyyat dəstəyi göstərib”, - məlumatda bildirilir.
Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən TASS-a verilən məlumata görə, xəsarət alan üç nəfər Azərbaycan nümayəndə heyətinə təhvil verilib və onlar təyyarə ilə vətənlərinə aparılacaqlar.
Qazaxıstanın Manqistau vilayəti administrasiyasının mətbuat xidmətinin daha sonra verdiyi məlumata görə, regional xəstəxananın reanimasiya şöbəsində müalicə alan üç Azərbaycan vətəndaşı “Azərbaycandan gələn xüsusi təyyarə ilə evə aparılıb”.
“Bu günə qədər Mangistau regional multidissiplinar klinikasında təyyarə qəzası nəticəsində xəsarət alan yoxdur. Manqistau vilayətinin həkimləri 29 vətəndaşın hamısının sağ-salamat evlərinə qayıtmasına çox şaddır”, - mətbuat xidmətindən qeyd edilib.
Dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları”na məxsus Embraer 190 sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarədə 67 nəfər - 62 sərnişin və 5 ekipaj üzvü, o cümlədən Azərbaycan, Rusiya, Qazaxıstan və Qırğızıstan vətəndaşları olub. Son məlumatlara görə, 29 nəfər sağ qalıb.
AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən təyyarənin Aktau şəhəri yaxınlığında dekabrın 25-də qəzaya uğraması nəticəsində xəsarət alan və ötən gün Bakıya gətirilən yaralıların ilkin müayinləri aparılıb, vəziyyətləri qənaətbəxşdir.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu səhiyyə naziri Teymur Musayev Yeni Klinikada müalicəsi davam edən yaralıların son vəziyyəti barədə jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə Qazaxıstanda müalicəsi davam edən 3 nəfərin vəziyyəti orta ağırdır:
"Həmin şəxslərin müalicəsi daim nəzarət altındadır. Bakıdan oraya həkim və tibb bacısı qrupu göndəriləcək".
T.Musayev həmçinin yaralıların hansı səbəbdən xəsarət aldıqlarının hələ ki məlum olmadığını da bildrib:
"Onların qəlpə, yaxud güllə yarasından xəsarət aldıqları barədə konkret bir şey deyə bilmirik. Çünki bu başqa araşdırma mövzusudur".
Nazir bildirib ki, aviaqəzada şəxsiyyəti müəyyənləşdirilməyən həlak olanlarla bağlı DNT analizləri götürülüb. Onun sözlərinə görə, hazırda proses davam edir:
"Ona görə də əlavə məlumat verə bilməyəcəyəm".
Qeyd edək ki, təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.