DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Zelenski ABŞ-dan hansı pis siqnal alıb?

© AP Photo / Mary AltafferUkrayna Prezidenti Vladimir Zelenski, arxiv şəkli
Ukrayna Prezidenti Vladimir Zelenski, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 02.01.2025
Abunə olmaq
Radanın deputatı: Kelloqun Kiyev haqqında sözləri Zelenski üçün pis xəbər oldu.
BAKI, 2 yanvar — Sputnik. ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Kit Kelloqun Ukrayna münaqişəsi ilə bağlı sözləri Kiyev rejiminin başçısı Vladimir Zelenski üçün pis işarə olub.
Bunu Ukraynanın deputatı Artyom Dmitruk "Telegram" kanalında qeyd edib.
Deputat vurğulayıb ki, ABŞ-ın xüsusi nümayəndəsinin bəyanatları Ukrayna lideri üçün "xoş" xəbər olub.
Bu yaxınlarda Kelloq Ukraynada ədalətli sülhə nail olmaq niyyətində olduğunu açıqlayıb. Onun sözlərinə görə, Tramp Kiyev və Moskva arasında "davamlı, təhlükəsiz sülh" əldə etməyə çalışır. ABŞ prezidentinin xüsusi nümayəndəsi həmçinin qeyd edib ki, Ağ Evin yeni rəhbərinin Ukrayna böhranına necə "son qoymaq" barədə öz fikirləri var.
Amerika üzrə mütəxəssis Dmitri Drobnitski ABŞ-ın yeni liderinin hərəkətləri ilə bağlı proqnoz verib. Onun sözlərinə görə, Tramp Zelenski rejimini dəyişəcək və Avropa bunu çox asanlıqla qəbul edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0