Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Yaxın Şərqdəki gərginlik bölgəmizi təhdid edir - politoloq

© AP Photo / Omar AlbamSuriya
Suriya - Sputnik Azərbaycan, 1920, 02.01.2025
Abunə olmaq
"Həyat Təhrir əş-Şam" rəsmi Ankara kimi Suriyanın unitar dövlət quruluşunun qalmasında və ölkədən xarici dövlətlərlə bağlı hərbi qüvvələrin çıxarılmasında maraqlıdır.
BAKI, 2 yanvar — Sputnik. "2024-cü ildə Yaxın Şərqdə yaşanan hadisələr nəticəsində regionda munaqişə ocaqlarında gərginlik daha da yuksəldi, Qərbin qlobalist dairələrinin İsraildəki sionistlərlə əməkdaşlığının genişlənməsi rakursunda problemlərin sülh və danışıqlar yolu ilə həlli üçün imkanlar əldən çıxdı". Bunu Sputnik Azərbaycan-a açıqlamasında politoloq Elşən Manafov deyib.
Onun sözlərinə görə, hadisələrin bu tərzdə gedişatında müxtəlif mötəbər təşkilatların seyrçi mövqeyi, qəti və təcavüzkarı pisləyən, onu dayandıra biləcək qərarların qəbul edilməməsi, beynəlxalq güclərin öz maraqları naminə beynəlxalq hüququn işləməsinə məsul olan beynəlxalq institutları iflic vəziyyətinə gətirmələri mövcud durumum əsas səbəblərindəndir:
"İsrailin hərəkətlərinə Qərbdən olan dəstək, regional dövlətlərin isə bölgənin təhlükəsizlik problemlərinin həllində ortaq məxrəcə gələ bilməmələri Yaxın Şərqdəki münaqişə ocaqlarında gərginliyi daha da yüksəldib. İran və İsrail, habelə İsrailin İranın Livan, Yəmən, İraqdakı proksi qüvvələrlə münasibətlərdə gərginliyin qalması bütövlükdə təmsil olunduğumuz bölgəni ciddi şəkildə təhdid edir. Suriyada Əsəd rejiminin devrilməsinə baxmayaraq, post Əsəd Suriyasının gələcəyinə dair fərqli baxışlara malik olan dövlətlər arasındakı münasibətlər regionun təhlükəsizlik arxitekturasının qurulması ətrafında tərəflər arasında gərgin mübarizənin gedəcəyindən xəbər verir. Post Əsəd Suriyasının gələcək vəziyyətinə isə, hazırdaSuriyada hərbi gücə malik olan tərəflərin baxışları kifayət qədər fərqlidir".
© Photo : Courtesy of Elshan ManafovElşən Manafov
Elşən Manafov - Sputnik Azərbaycan, 1920, 28.12.2024
Elşən Manafov
Politoloq hesab edir ki, Dəməşqdəki vəziyyətə nəzarəti həyata keçirən və Türkiyə ilə yaxınlığı şübhə doğurmayan "Həyat Təhrir əş-Şam" rəsmi Ankara kimi Suriyanın unitar dövlət quruluşunun qalmasında və ölkədən xarici dövlətlərlə bağlı hərbi qüvvələrin çıxarılmasında maraqlıdır: "Bu zaman Türkiyə tərəfindən maliyyələşən Suriya Azadlıq Ordusunun adı çəkilmir. Bu qruplaşma rəsmi Ankara ilə Suriyanın şimal qərbindən PKK ilə bağlı kürd birləşmələrinin, habelə ABŞ-la bağlı Suriya Demokratik Qüvvələrinin çıxarılmasını tələb edir. Suriyada və digər ərəb ölkələrinin ərazisində kürd layihəsinin reallaşmasına çalışan ABŞ əlbəttə bu mənada Təhrirçilərə qarşı olacaq. Mosulun zəngin neft yataqlarına nəzarəti həyata keçirmək, habelə Ərdoğana təsir imkanlarını saxlamaq uçun ABŞ İsraillə yanaşı kürd kartından həmişə istifadə etməyə çalışacaq".
"Suriyada islam xilafətinin qurulmasında maraqlı olmayan Türkiyə və Rusiyanın maraqları üst-üstə düşdüyündən onlar bu problemin həlli ətrafında əməkdaşlıq imkanlarını nəzərdən keçirə bilərlər. İslam xilafəti təmsil olunduğumuz regionu terror dalğası ilə hədələyə biləcəyindən rəsmi Bakı da adı çəkilən dövlətlərlə birlikdə regionu təhdid edə biləcək təhlükəyə qarşı ümumi mübarizəyə dəstək ola bilər. Nəzərə almaq lazımdır ki, rəsmi Bakı regionun təhlükəsizlik problemlərinin həllinə dair 3+3 formatında adı çəkilən dövlətlərlə əməkdaşlığın tərəfdarıdır. 2024 cu il dövlətimiz üçün onun BRİKS təşkilatının Kazan sammitində təmsilçiliyi ilə də yadda qaldı.Azərbaycan bu komfransa qatılmaqla qloballaşan dünyanın çağırışlarına geosiyasi anlamda öz mövqeyini ortalığa qoymuş oldu. Rəsmi Bakının müstəqil və suveren siyasətinə qarşı Qərbdə bəlli dairələrin təhdidlərinin artdığı bir şəraitdə bu gediş geosiyasi məzmun və çəkiyə malik bir hadisə oldu", - politoloq fikirlərini yekunlaşdırıb.
Xəbər lenti
0