Tarixdə bu gün: 2 yanvar – FOTO
© Sputnik / Elnur Salayev2 января
© Sputnik / Elnur Salayev
Abunə olmaq
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 2 yanvar — Sputnik. Yanvarın 2-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Yanvarın 2-də kimlər anadan olub?
Polad Həşimov (1975-2020) – Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Komandir müavini - Qərargah rəisidir.
© Sputnik / Ilham AhmadovQəbələdə anım mərasimi
Qəbələdə anım mərasimi
© Sputnik / Ilham Ahmadov
Dziqa Vertov (1895-1954) - rusiyalı kinorejissor, ssenarist, operator və sənədli filmin yaradıcılarından biridir. O, gizli kamera ilə çəkiliş metodunun yaradıcısıdır.
© SputnikDziqa Vertov
Dziqa Vertov
© Sputnik
Yevgeniya Xanayeva (1921-1987) - rusiyalı teatr və kino aktrisası, SSRİ xalq artistidir. O, "Qağayı", "İsti ürək", "On iki stul" və s. filmlərdə rol alıb.
© Sputnik / Галина КмитYevgeniya Xanayeva
Yevgeniya Xanayeva
© Sputnik / Галина Кмит
Yuri Qriqoroviç (1927) - SSRİ xalq artisti, balet artisti, xoreoqraf, baletmeyster və pedaqoqdur. O, səkkiz orijinal baletin müəllifidir.
© Sputnik / Александр Макаров
Yuri Qriqoroviç
Yuri Qriqoroviç
© Sputnik / Александр Макаров
Aleksandr Tixonov (1947) - Rusiya biatlonçusu və məşqçisi, dördqat Olimpiya çempionu, Rusiya Biatlon İttifaqının prezidenti (1996-2008) və vitse-prezidentidir (2008-2010). O, Beynəlxalq Biatlon İttifaqının birinci vitse-prezidentidir (2002-2009).
© Sputnik / Дмитрий ДонскойAleksandr Tixonov
Aleksandr Tixonov
© Sputnik / Дмитрий Донской
Yana Rudkovskaya (1975) - rusiyalı teleaparıcı, musiqi prodüseri və sahibkardır.
Yana Rudkovskaya(solda)
© Sputnik / Anton Denisov
/ Yanvarın 2-də dünyada baş verən tarixi hadisələr
1839-cu ildə məşhur fransız rəssamı, fotoqrafiyanın yaradıcılarından biri Lui Daqer Ayın ilk fotoşəkilini çəkib.
1843-cü ildə Drezdendə Rixard Vaqnerin "Uçan hollandiyalı" operasının ilk tamaşası baş tutub.
1870-ci ildə Nyu-Yorkda Şərq çayı üzərində dünyanın ən məşhur və ən qədim asma körpülərindən biri olan Bruklin körpüsünün tikintisinə başlanılır. Bu körpünün uzunluğu 1825 metr və eni 26 metrdir. Körpü 1883-cü ildə istifadəyə verilib və Nyu-Yorkun simvollarından birinə çevrilib.
1916-cı ildə Rusiya Botanika Cəmiyyəti yaradılıb.
1959-cu ildə SSRİ ilk planetlərarası "Luna 1" avtomatik stansiyasını işə salıb. Bu missiya zamanı aparılan tədqiqatlar nəticəsində Yerin radiasiya qurşağı və kosmos haqqında yeni məlumatlar əldə edilib.