Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycanın dövlət və hökumət başçıları Monteneqro tərəfinə başsağlığı veriblər

İlham Əliyev, arxiv  - Sputnik Azərbaycan, 1920, 02.01.2025
Abunə olmaq
Azərbaycanın dövlət başçısı faciə ilə əlaqədar Monteneqro xalqına öz adından və Azərbaycan xalqı adından başsağlığı verib.
BAKI, 2 noyabr - Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev Monteneqronun Prezidenti Yakov Milatoviçə başsağlığı məktubu göndərib. Bu barədə Azərtac məlumat yayıb.
Məktubda deyilir:
"Çetinye şəhərində silahlı hücum nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri bizi son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar dərdinizə şərik çıxır, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Monteneqro xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram".
Cümə axşamı gecəsi Çetinye şəhərinin sakini Ako Martinoviç ikisi uşaq olmaqla 12 nəfəri güllələyib. Şübhəli şəxs daha sonra intihar edib.
Xəbər verildiyi kimi, Martinoviç Monteneqro mafiya klanlarının heç birinin üzvü olmayıb, lakin aqressiv davranışı ilə tanınıb və əvvəllər qanunsuz silah saxlamağa görə saxlanılıb.
Monteneqro hökuməti çərşənbə günü axşam saatlarında üç günlük matəm elan edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Çetinye şəhərində törədilmiş silahlı hücum ilə bağlı Monteneqronun Baş naziri Miloyko Spaiçə başsağlığı məktubu ünvanlayıb.
Ə.Əsədov hadisə nəticəsində çoxsaylı insan tələfatı və yaralanması xəbərindən kədərləndiyini bildirib.
Baş nazir həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralananların tezliklə sağalmasını arzulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0