https://sputnik.az/20250102/maas-pensiya-muavinet-ve-teqaudler-artirilir---uc-milyon-insani-ehate-edecek-469608718.html
Maaş, pensiya, müavinətlərin artımı 3 milyon insanı əhatə edəcək
Maaş, pensiya, müavinətlərin artımı 3 milyon insanı əhatə edəcək
Sputnik Azərbaycan
Deputat bildirib ki, artımlar həmçinin özəl sektoru da əhatə edəcək. Çünki minimum əməkhaqqı artımları mülkiyyət növündən asılı olmayaraq bütün sektorlarda... 02.01.2025, Sputnik Azərbaycan
2025-01-02T19:39+0400
2025-01-02T19:39+0400
2025-01-02T19:11+0400
pensiya
iqtisadiyyat
artım
əməkhaqqı
azərbaycan
sosial
islahat
paket
milyard
manat
https://cdnn1.img.sputnik.az/img/07e8/05/0b/464549262_0:161:3070:1888_1920x0_80_0_0_2b14f659c63e6f95f660ae657ddfce7b.jpg
BAKI, 2 yanvar — Sputnik. "Prezident İlham Əliyevin imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" Sərəncam ilə yeni sosial paketə start verildi. Bu sənəd əhalinin sosial təminatının daha da gücləndirilməsinin prioritetliyini və dövlət başçısının siyasətinin mərkəzində vətəndaş rifahının dayandığını bir daha təsdiq etdi". Bunu deputat Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib. "Minimum əməkhaqqındakı artım yalnız aşağı maaş alanlara şamil edilmir" Deputat diqqətə çatdırıb ki, gələn aydan minimum aylıq əməkhaqqının məbləği 345 manatdan 16 faiz artımla 400 manata, əmək pensiyasının minimum məbləği isə 280 manatdan 14,3 faiz artımla 320 manata çatdırılacaq:"Öncədən proqnozlaşdırıldığı kimi, həm minimum əməkhaqqında, həm də minimum pensiyada artımlar iki rəqəmli olacaq. Minimum əməkhaqqındakı artım yalnız aşağı maaş alanlara şamil edilmir. Bu, eləcə də vahid tarif cədvəlinin bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edəcək. Belə ki, dövlət büdcəsindən maliyyələşən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da minimum əməkhaqqı məbləğindəki dəyişklikliyə uyğunlaşdırılaraq artırılır". O bildirib ki, iqtisadiyyatın fərqli sahələrində çalışan və dövlət qulluqçusu statusu olmayan vətəndaşların əməkhaqları vahid tarif cədvəli əsasında dövlət büdcəsindən maliyyələşdirilir:"Artımlar həmçinin özəl sektoru da əhatə edəcək. Çünki minimum əməkhaqqı artımları mülkiyyət növündən asılı olmayaraq bütün sektorlarda çalışan və aşağı maaş alan işçiləri əhatə edir. Yəni heç bir sektorda minimum əməkhaqqı məbləğindən aşağı maaş ödənilə bilməz", - deyə deputat əlavə edib. "Əməkhaqqı, pensiya, müavinət və təqaüdlərdə yeni artımlar ediləcək" Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sputnik Azərbaycan-a bildiriblər ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" 23 dekabr 2024-cü il tarixli Sərəncam dövlət başçısının siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayandığını və bu məqsədlə aparılan sosial islahatların uğurla davam etdirildiyini bir daha göstərir. Sərəncama əsasən: Bildirilib ki, bu artımlarla birgə artıq 2018-ci ilin əvvəlindən minimum aylıq əməkhaqqında 3,1 dəfə, minimum pensiyada 3 dəfəyədək artıma nail olunub: "Yeni sosial islahat paketində digər sosial ödənişlərin artırılması da yer alıb. Sərəncamla Nazirlər Kabineti gələn il sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini 3 ay müddətində ölkə Prezidentinə təqdim edəcək. 2018-2024-cü illərdə müavinət və təqaüd ödənişlərində 5 dəfə artım baş verib və göründüyü kimi, bu artım dinamikası gələn il də davam edəcək. Həmçinin, Sərəncamla Nazirlər Kabineti dövlət büdcəsindən maliyyələşən sahələrdə aylıq tarif (vəzifə) maaşlarının minimum aylıq əməkhaqqının artırılmış yeni məbləğinə uyğunlaşdırılmasını təmin edəcək". Diqqətə çatdırılıb ki, beləliklə, həmin sahələr (sosial, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər, idman, kənd təsərrüfatı, ekologiya, ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat, rabitə, meliorasiya, su təsərrüfatı və s.) üzrə 19 pillədən ibarət vahid tarif cədvəlinin ilk pilləsindəki maaş 400 manata çatdırılmaqla, digər pillələr üzrə maaşlarda da buna uyğun artımlar tətbiq ediləcək. "Artımlar üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılacaq" "Yeni Sərəncamla icrasına başlanan növbəti sosial islahat paketi gələn ilin əvvəlindən pensiyaların indeksləşdirilərək artırılması da nəzərə alınmaqla ümumən 3 milyon insanı əhatə edəcək və onlara yönələn əməkhaqqı, pensiya, müavinət və təqaüdlər artırılacaq. Həmin artımlar üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılacaq", - məlumatda vurğulanıb. Bildirilib ki, dövlət büdcəsində sosialyönlü xərclərin ardıcıl və ciddi artımı da sosial dövlətin mühüm cəhətlərindən biri kimi diqqəti cəlb edir:"Məsələn, bu xərclər 2021-ci ildəki 10,3 milyard manatdan 2024-cü il üçün 15,5 milyard manata çatıb və 2025-ci ilin büdcə layihəsində 16,9 milyard manat nəzərdə tutulur. Beləliklə, həmin xərclərdə qısa müddətdə 6,6 milyard və ya 1,6 dəfə artım olub. Sosialyönlü xərclərin çəkisinin büdcədə 41 faiz olması sosial rifahın dövlət siyasətinin prioritet istiqaməti olduğunu bir daha göstərir".Xatırladaq ki, minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilib. Minimum aylıq əmək pensiyasının məbləği 2023-ci il fevralın 1-dən 280 manata çatdırılıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/05/0b/464549262_170:0:2901:2048_1920x0_80_0_0_359a446df3832a1ee1435fa8be51744c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
pensiya, artım, əməkhaqqı, azərbaycan, sosial, islahat, paket, milyard, manat, aylıq minimum əməkhaqqı
pensiya, artım, əməkhaqqı, azərbaycan, sosial, islahat, paket, milyard, manat, aylıq minimum əməkhaqqı
Maaş, pensiya, müavinətlərin artımı 3 milyon insanı əhatə edəcək
Deputat bildirib ki, artımlar həmçinin özəl sektoru da əhatə edəcək. Çünki minimum əməkhaqqı artımları mülkiyyət növündən asılı olmayaraq bütün sektorlarda çalışan və aşağı maaş alan işçiləri əhatə edir.
BAKI, 2 yanvar — Sputnik. "Prezident İlham Əliyevin imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" Sərəncam ilə yeni sosial paketə start verildi. Bu sənəd əhalinin sosial təminatının daha da gücləndirilməsinin prioritetliyini və dövlət başçısının siyasətinin mərkəzində vətəndaş rifahının dayandığını bir daha təsdiq etdi". Bunu deputat Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib.
"Minimum əməkhaqqındakı artım yalnız aşağı maaş alanlara şamil edilmir"
Deputat diqqətə çatdırıb ki, gələn aydan minimum aylıq əməkhaqqının məbləği 345 manatdan 16 faiz artımla 400 manata, əmək pensiyasının minimum məbləği isə 280 manatdan 14,3 faiz artımla 320 manata çatdırılacaq:
"Öncədən proqnozlaşdırıldığı kimi, həm minimum əməkhaqqında, həm də minimum pensiyada artımlar iki rəqəmli olacaq. Minimum əməkhaqqındakı artım yalnız aşağı maaş alanlara şamil edilmir. Bu, eləcə də vahid tarif cədvəlinin bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edəcək. Belə ki, dövlət büdcəsindən maliyyələşən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da minimum əməkhaqqı məbləğindəki dəyişklikliyə uyğunlaşdırılaraq artırılır".
O bildirib ki, iqtisadiyyatın fərqli sahələrində çalışan və dövlət qulluqçusu statusu olmayan vətəndaşların əməkhaqları vahid tarif cədvəli əsasında dövlət büdcəsindən maliyyələşdirilir:
"Vahid tarif cədvəlində maaşlar 19 dərəcə üzrə müəyyənləşdirilir. Minimum əməkhaqqının artımı bütün dərəcələr üzrə artımlara səbəb olacaq. Bu zaman əməkhaqqının minimum səviyyədən az və çox olması xüsusi önəm daşımır".
"Artımlar həmçinin özəl sektoru da əhatə edəcək. Çünki minimum əməkhaqqı artımları mülkiyyət növündən asılı olmayaraq bütün sektorlarda çalışan və aşağı maaş alan işçiləri əhatə edir. Yəni heç bir sektorda minimum əməkhaqqı məbləğindən aşağı maaş ödənilə bilməz", - deyə deputat əlavə edib.
"Əməkhaqqı, pensiya, müavinət və təqaüdlərdə yeni artımlar ediləcək"
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sputnik Azərbaycan-a bildiriblər ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" 23 dekabr 2024-cü il tarixli Sərəncam dövlət başçısının siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayandığını və bu məqsədlə aparılan sosial islahatların uğurla davam etdirildiyini bir daha göstərir.
2025-ci il yanvarın 1-dən ölkəmizdə minimum aylıq əməkhaqqının məbləği 345 manatdan 16 faiz artımla 400 manata,
2025-ci il fevralın 1-dən əmək pensiyasının minimum məbləği 280 manatdan 14,3 faiz artımla 320 manata çatdırılacaq.
Bildirilib ki, bu artımlarla birgə artıq 2018-ci ilin əvvəlindən minimum aylıq əməkhaqqında 3,1 dəfə, minimum pensiyada 3 dəfəyədək artıma nail olunub: "Yeni sosial islahat paketində digər sosial ödənişlərin artırılması da yer alıb. Sərəncamla Nazirlər Kabineti gələn il sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini 3 ay müddətində ölkə Prezidentinə təqdim edəcək. 2018-2024-cü illərdə müavinət və təqaüd ödənişlərində 5 dəfə artım baş verib və göründüyü kimi, bu artım dinamikası gələn il də davam edəcək. Həmçinin, Sərəncamla Nazirlər Kabineti dövlət büdcəsindən maliyyələşən sahələrdə aylıq tarif (vəzifə) maaşlarının minimum aylıq əməkhaqqının artırılmış yeni məbləğinə uyğunlaşdırılmasını təmin edəcək".
Diqqətə çatdırılıb ki, beləliklə, həmin sahələr (sosial, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər, idman, kənd təsərrüfatı, ekologiya, ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat, rabitə, meliorasiya, su təsərrüfatı və s.) üzrə 19 pillədən ibarət vahid tarif cədvəlinin ilk pilləsindəki maaş 400 manata çatdırılmaqla, digər pillələr üzrə maaşlarda da buna uyğun artımlar tətbiq ediləcək.
"Artımlar üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılacaq"
"Yeni Sərəncamla icrasına başlanan növbəti sosial islahat paketi gələn ilin əvvəlindən pensiyaların indeksləşdirilərək artırılması da nəzərə alınmaqla ümumən 3 milyon insanı əhatə edəcək və onlara yönələn əməkhaqqı, pensiya, müavinət və təqaüdlər artırılacaq. Həmin artımlar üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılacaq", - məlumatda vurğulanıb.
Bildirilib ki, dövlət büdcəsində sosialyönlü xərclərin ardıcıl və ciddi artımı da sosial dövlətin mühüm cəhətlərindən biri kimi diqqəti cəlb edir:
"Məsələn, bu xərclər 2021-ci ildəki 10,3 milyard manatdan 2024-cü il üçün 15,5 milyard manata çatıb və 2025-ci ilin büdcə layihəsində 16,9 milyard manat nəzərdə tutulur. Beləliklə, həmin xərclərdə qısa müddətdə 6,6 milyard və ya 1,6 dəfə artım olub. Sosialyönlü xərclərin çəkisinin büdcədə 41 faiz olması sosial rifahın dövlət siyasətinin prioritet istiqaməti olduğunu bir daha göstərir".
Xatırladaq ki, minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilib. Minimum aylıq əmək pensiyasının məbləği 2023-ci il fevralın 1-dən 280 manata çatdırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.