https://sputnik.az/20250101/turkiye-ile-almaniya-donerin-hazirlanmasi-standartlari-ustunde-mubahise-edib-469749489.html
Türkiyə ilə Almaniya dönərin hazırlanması standartları üstündə mübahisə edib
Türkiyə ilə Almaniya dönərin hazırlanması standartları üstündə mübahisə edib
Sputnik Azərbaycan
Ankara Fransanın şampanı və İtaliyanın “Neapolitan” pizzası kimi öz dönər kababı üçün də eyni hüquqi müdafiəni əldə etməyi planlaşdırır. 01.01.2025, Sputnik Azərbaycan
2025-01-01T16:13+0400
2025-01-01T16:13+0400
2025-01-01T16:13+0400
dönər
dünya xəbərləri
türkiyə
kabab
almaniya
avropa
https://cdnn1.img.sputnik.az/img/41148/54/411485461_0:29:5504:3125_1920x0_80_0_0_0cb7a9bd09d6e79373558a4f17fd5998.jpg
BAKI, 1 yanvar — Sputnik. Türkiyənin dönər kababının hazırlanması standartları ilə bağlı münaqişə Almaniya ilə münasibətlərinin soyuqlaşmasına səbəb olub. Mübahisə Türkiyənin 2024-cü ilin aprelində ənənəvi resept və hazırlanma üsullarını əsas gətirərək orijinal dönərin hüquqlarını qorumaq üçün Avropa İttifaqına müraciət etməsindən sonra yaranıb. “Telegraph” ın yazdığına görə, Ankara Fransanın şampanı və İtaliyanın “Neapolitan” pizzası kimi öz dönər kababı üçün eyni hüquqi müdafiəni almağı planlaşdırır. Bu, türk dönərinə öz unikallığını və ənənəvi hazırlanma üsulunu rəsmi şəkildə tanıtmağa imkan verəcək. Bu standarta görə, ət qatıq və göyərti ilə marinə edilməli, üfüqi şəkildə 3-5 mm qalınlığında dilimlənməlidir. Digər inqrediyentlərdən və ya bişirmə üsullarından istifadə yeməyi “orijinal” dönər statusundan məhrum edə bilər. Lakin bu cür tələblər dönər kababının məşhur və sevilən fastfud olduğu Almaniyada qəzəb doğurur. Ölkədə hər il bu yeməyin bir milyarddan çox porsiyası satılır. Almaniyada yaşayan türk istehsalçılar və pərakəndə satıcılar reseptin dəyişdirilməsinin mümkünlüyündən narahatdırlar. “Türkiyənin orijinal dönər üçün hüquqi müdafiəni əldə etmək cəhdi Almaniyanın sevimli fastfudunun gələcəyinə son qoya bilər”, müəlliflər qeyd edirlər. Əgər tərəflər bu yeməklə bağlı razılığa gələ bilməsələr, qərar Avropa Komissiyası tərəfindən veriləcək. Ankaranın mövqeyi seçilsə, Avropada çoxlarının sevdiyi bu yemək başqa adla satılmalı olacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41148/54/411485461_604:0:5504:3675_1920x0_80_0_0_a90c55213b06206a4c5b2764f4a9d157.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dönər, türkiyə, kabab, almaniya, avropa
dönər, türkiyə, kabab, almaniya, avropa
Türkiyə ilə Almaniya dönərin hazırlanması standartları üstündə mübahisə edib
Ankara Fransanın şampanı və İtaliyanın “Neapolitan” pizzası kimi öz dönər kababı üçün də eyni hüquqi müdafiəni əldə etməyi planlaşdırır.
BAKI, 1 yanvar — Sputnik. Türkiyənin dönər kababının hazırlanması standartları ilə bağlı münaqişə Almaniya ilə münasibətlərinin soyuqlaşmasına səbəb olub. Mübahisə Türkiyənin 2024-cü ilin aprelində ənənəvi resept və hazırlanma üsullarını əsas gətirərək orijinal dönərin hüquqlarını qorumaq üçün Avropa İttifaqına müraciət etməsindən sonra yaranıb.
“Telegraph” ın yazdığına görə, Ankara Fransanın şampanı və İtaliyanın “Neapolitan” pizzası kimi öz dönər kababı üçün eyni hüquqi müdafiəni almağı planlaşdırır. Bu, türk dönərinə öz unikallığını və ənənəvi hazırlanma üsulunu rəsmi şəkildə tanıtmağa imkan verəcək. Bu standarta görə, ət qatıq və göyərti ilə marinə edilməli, üfüqi şəkildə 3-5 mm qalınlığında dilimlənməlidir. Digər inqrediyentlərdən və ya bişirmə üsullarından istifadə yeməyi “orijinal” dönər statusundan məhrum edə bilər.
Lakin bu cür tələblər dönər kababının məşhur və sevilən fastfud olduğu Almaniyada qəzəb doğurur. Ölkədə hər il bu yeməyin bir milyarddan çox porsiyası satılır. Almaniyada yaşayan türk istehsalçılar və pərakəndə satıcılar reseptin dəyişdirilməsinin mümkünlüyündən narahatdırlar.
“Türkiyənin orijinal dönər üçün hüquqi müdafiəni əldə etmək cəhdi Almaniyanın sevimli fastfudunun gələcəyinə son qoya bilər”, müəlliflər qeyd edirlər.
Əgər tərəflər bu yeməklə bağlı razılığa gələ bilməsələr, qərar Avropa Komissiyası tərəfindən veriləcək. Ankaranın mövqeyi seçilsə, Avropada çoxlarının sevdiyi bu yemək başqa adla satılmalı olacaq.