DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Rusiya ilə sərhədləri bağlamağa ehtiyac yoxdur

© Sputnik / Александр Кондратюк / Mediabanka keçidRusiya ilə sərhəd
Rusiya ilə sərhəd - Sputnik Azərbaycan, 1920, 01.01.2025
Abunə olmaq
Nazir deyib ki, hökumət sərhədləri nə vaxt və hansı şərtlərlə bağlayacağını bilir.
BAKI, 1 yanvar — Sputnik. Rusiya Federasiyası ilə sərhədləri bağlamağa ehtiyac yoxdur, çünki bu, təhlükəsizlik problemini həll etməyəcək. Bu fikri Estoniya Daxili İşlər Nazirliyinin rəhbəri Lauri Lanemets Estoniyanın ERR teleradio şirkətinə müsahibəsində bildirib.

“Hökumət sərhədləri nə vaxt və hansı şərtlərlə bağlayacağını bilir. Lazım gələrsə, biz buna hazırıq. Lakin hazırda təhlükəsizlik baxımından belə bir tədbirə ehtiyac yox idi” - Lanemets bildirib.

Onun sözlərinə görə, Narva və Cənubi Estoniyada sərhədlərin tezliklə bağlanması ilə bağlı qərar qəbul etməyə tələsməyə ehtiyac yoxdur, çünki bu, yerli sakinlərə təsir edə bilər.
Materialda Estoniyanın Rusiya Federasiyası ilə sərhədlərini hansı şəraitdə bağlaya biləcəyinin təfərrüatları göstərilmir.
Bundan əvvəl, dekabrın 26-da Estoniyanın baş naziri Kristen Mixal Baltik dənizində kritik infrastrukturun qorunması üçün NATO dəniz qüvvələrini cəlb etmək niyyətində olduğunu açıqlamışdı. Onun fikrincə, bu məsələdə daha fəal olmaq lazımdır.
Bundan əvvəl dekabrın 25-də Finlandiya, Latviya və Estoniya ABŞ-ın iştirakı olmadan Rusiya ilə qarşı-qarşıya gələ bilməyəcəklərini bəyan etmişdilər. Sonra Mixal bildirib ki, NATO öz müdafiə qabiliyyətini gücləndirməlidir.
Qərb mütəmadi olaraq öz ölkələrinin vətəndaşları arasında isteriya qızışdırır, Rusiya ilə guya qaçılmaz müharibə barədə xəbərdarlıq edir. Vladimir Putin dəfələrlə bəyan edib ki, ölkənin planlarında belə bir şey yoxdur.
Xəbər lenti
0