https://sputnik.az/20250101/nostradamus-ukraynada-muharibenin-2025-ci-ilde-biteceyini-proqnozlasdirib-469676242.html
Nostradamus Ukraynada müharibənin 2025-ci ildə bitəcəyini proqnozlaşdırıb
Nostradamus Ukraynada müharibənin 2025-ci ildə bitəcəyini proqnozlaşdırıb
Sputnik Azərbaycan
Astroloq həddindən artıq yorğunluq səbəbindən münaqişənin bitəcəyini bildirib. 01.01.2025, Sputnik Azərbaycan
2025-01-01T23:59+0400
2025-01-01T23:59+0400
2025-01-01T23:59+0400
nostradamus
cəmiyyət
amazon
ukrayna
xüsusi hərbi əməliyyat
https://cdnn1.img.sputnik.az/img/07e8/09/11/467468880_0:49:3150:1820_1920x0_80_0_0_5629d9bb90bc745be23f2167bff32a8c.jpg
BAKI, 1 yanvar — Sputnik. Nostradamus kimi tanınan fransız astroloq və görücü Mişel de Nostrdamın proqnozları bir çox insanı heyrətə gətirir. Onun 1555-ci ildə yazdığı "Peyğəmbərlik" əsərində əksini tapan müəmmalı sözləri bu günün bir çox hadisələrindən xəbər verir. O, dünya müharibələri, müasir texnoloji təkmilləşdirmələr haqqında əvvəlcədən bilirdi və hətta ötən ilin dekabrında Yaponiyada baş verən zəlzələni belə proqnozlaşdırmışdı. 2025-ci il ərəfəsində astroloq yenidən populyarlıq qazanıb. Belə ki, Nostradamus öz qeydlərində gələn il İngiltərədə amansız müharibələri və Krallıqda taun xəstəliyinin geri dönəcəyini, tibbi nailiyyətlərin olacağını və Ukraynada xüsusi hərbi əməliyyatın (XHƏ) bitəcəyini proqnozlaşdırıb. Astroloq böyük münaqişənin 2024-cü il boyunca davam edəcəyini qeyd edib, lakin 2025-ci ildə munaqişənin tərəfləri yorulacaq və onlar "sülh üçün səy göstərməyə məcbur ola bilərlər". O, həmçinin tərəflərdən birinin, yəni Ukrayna ordusunun "əsgərləri üçün pul"un tükənəcəyini də proqnozlaşdırıb. "Qızıl və gümüş əvəzinə onlar dəri sikkələrə, Qall burüncünə və ayparaya keçəcəklər", Nostradamus yazıb. Bir çoxları bunların anlamını ayparaya keçməyi Türkiyəni, Qall burüncünə keçməyi isə Fransa ilə əlaqələndirirlər. Lakin görücünün fikrincə, 2025-ci ildə insanları həmçinin dünyanın sonu, dünya siyasətində nəhəng qarşıdurma, Amazonda təbii fəlakət və öz "su imperiyasını" yaradacaq "sirli liderin" sıçrayışı da gözləyir.
amazon
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/09/11/467468880_130:0:2861:2048_1920x0_80_0_0_e7e37938c7ea92e595e4679d9d7c99bf.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
nostradamus, amazon, ukrayna, xüsusi hərbi əməliyyat
nostradamus, amazon, ukrayna, xüsusi hərbi əməliyyat
Nostradamus Ukraynada müharibənin 2025-ci ildə bitəcəyini proqnozlaşdırıb
Astroloq həddindən artıq yorğunluq səbəbindən münaqişənin bitəcəyini bildirib.
BAKI, 1 yanvar — Sputnik. Nostradamus kimi tanınan fransız astroloq və görücü Mişel de Nostrdamın proqnozları bir çox insanı heyrətə gətirir. Onun 1555-ci ildə yazdığı "Peyğəmbərlik" əsərində əksini tapan müəmmalı sözləri bu günün bir çox hadisələrindən xəbər verir.
O, dünya müharibələri, müasir texnoloji təkmilləşdirmələr haqqında əvvəlcədən bilirdi və hətta ötən ilin dekabrında Yaponiyada baş verən zəlzələni belə proqnozlaşdırmışdı. 2025-ci il ərəfəsində astroloq yenidən populyarlıq qazanıb.
Belə ki, Nostradamus öz qeydlərində gələn il İngiltərədə amansız müharibələri və Krallıqda taun xəstəliyinin geri dönəcəyini, tibbi nailiyyətlərin olacağını və Ukraynada xüsusi hərbi əməliyyatın (XHƏ) bitəcəyini proqnozlaşdırıb.
Astroloq böyük münaqişənin 2024-cü il boyunca davam edəcəyini qeyd edib, lakin 2025-ci ildə munaqişənin tərəfləri yorulacaq və onlar "sülh üçün səy göstərməyə məcbur ola bilərlər". O, həmçinin tərəflərdən birinin, yəni Ukrayna ordusunun "əsgərləri üçün pul"un tükənəcəyini də proqnozlaşdırıb.
"Qızıl və gümüş əvəzinə onlar dəri sikkələrə, Qall burüncünə və ayparaya keçəcəklər", Nostradamus yazıb.
Bir çoxları bunların anlamını ayparaya keçməyi Türkiyəni, Qall burüncünə keçməyi isə Fransa ilə əlaqələndirirlər.
Lakin görücünün fikrincə, 2025-ci ildə insanları həmçinin dünyanın sonu, dünya siyasətində nəhəng qarşıdurma, Amazonda təbii fəlakət və öz "su imperiyasını" yaradacaq "sirli liderin" sıçrayışı da gözləyir.