DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Hindistanda aqressiv meymunlar kəndi işğal ediblər

© AP Photo / Gautam SinghHindistan
Hindistan - Sputnik Azərbaycan, 1920, 01.01.2025
Abunə olmaq
Hindistanda makakalar Caqanu kəndində insanlara və əkin sahələrinə hücum edirlər.
BAKI, 1 yanvar — Sputnik. Hindistanın Cammu və Kaşmir əyalətində makakalar kəndi ələ keçirərək yerli sakinlərə hücum edirlər.
Bu barədə Rusiya mediası "Daily Excelsior"ə istinadən xəbər verib.
Son illərdə makaka populyasiyasından olan aqressiv primatlar əhəmiyyətli dərəcədə artıblar və Caqanu kəndinin sakinlərinə hücum etməyə başlayıblar. Lakin hakimiyyət buna nəzarət etmək üçün heç bir tədbir görməyib.
Sakinlər indi vəziyyətin ciddi olduğundan şikayətlənirlər. Onlar bildirirlər ki, hər dəfə kimsə çölə çıxanda heyvanların hücum edəcəklərindən qorxurlar. İnsanlar həmçinin öz məhsullarına görə də narahatdırlar, çünki makakalar onların əkin ərazilərini darmadağın edirlər.
Caqanu sakinləri hakimiyyətdən problemi həll etməyi tələb edirlər.
Bundan əlavə noyabrın sonunda britaniyalı məhbuslar siçovulların və zəhərli hörümçəklərin hücumlarından şikayətləniblər. Belə ki, Oksfordşirdəki Bullinqdon həbsxanasında məhbusları zəhərli hörümçəklər dişləyib, Suffolkdakı Hollsli-Bey həbsxanasında isə məhbus zibilləri çeşidləyərkən ona siçovul hücum edib.
Ancaq belə bir məlumat da var ki, bu yaxınlarda britaniyalı təqaüdçü quşlara çörək yedirdiyinə görə məhkəməyə sövq edilib.
Xəbər lenti
0