https://sputnik.az/20250101/boeingin-kecmis-prezidenti-kalxun-teyyare-ve-raketlerin-nece-islediyini-bilmirdi--mask-469662270.html
"Boeing"in keçmiş Prezidenti Kalxun təyyarə və raketlərin necə işlədiyini bilmirdi – Mask
"Boeing"in keçmiş Prezidenti Kalxun təyyarə və raketlərin necə işlədiyini bilmirdi – Mask
Sputnik Azərbaycan
İlon Maskın sözlərinə görə, Ayda baza yaratmaq üçün "Artemis" ("Artemida") proqramı "son dərəcə səmərəsizdir", çünki o, nəticələri deyil, iş yerlərinin sayını... 01.01.2025, Sputnik Azərbaycan
2025-01-01T08:57+0400
2025-01-01T08:57+0400
2025-01-01T08:57+0400
"boeing 737-800" tipli sərnişin təyyarəsi
elm
ilon mask
"boeing"
ay
kosmik
x sosial şəbəkəsi
https://cdnn1.img.sputnik.az/img/07e8/09/13/467512833_0:0:2791:1571_1920x0_80_0_0_c6993048df667d6d5039a7e686489d0d.jpg
BAKI, 1 yanvar — Sputnik. ABŞ-dan olan sahibkar İlon Mask "Boeing"in yeni Prezidenti Kelli Ortberqin işini yüksək qiymətləndirərək, əvvəlki rəhbər Deyv Kalxunun təyyarələrin və raketlərin necə işlədiyi barədə "heç bir təsəvvürü olmadığını" söyləyib. Bu barədə o, X sosial şəbəkəsində yazıb. Qeyd edək ki, iyulun sonunda "Boeing"in direktorlar şurası Kelli Ortberqi şirkətin yeni prezidenti və baş direktoru təyin edib. Ortberqin bu vəzifədə bu ilin əvvəlində şirkətdən getmək niyyətini açıqlayan Deyv Kalxunu əvəzlədiyi dəqiqləşdirilib. Kalxun 2020-ci ilin yanvar ayından prezident və baş direktor vəzifələrində çalışıb, 2009-cu ildən isə "Boeing"in direktorlar şurasının üzvü olub. ""Boeing" yeni baş direktorla dəfələrlə daha yaxşı yoldadır. Əvvəlki adamın təyyarələrin və ya raketlərin necə işlədiyindən xəbəri yox idi. Sadəcə sıfır" – Mask öz fikrini ifadə edib.. Mask, onu da əlavə edib ki, Ayda baza yaratmaq üçün "Artemis" ("Artemida") proqramı "son dərəcə səmərəsizdir", çünki o, nəticələri deyil, iş yerlərinin sayını artırmaq üçün nəzərdə tutulub. "Bizə tamamilə yeni bir şey lazımdır" – Mask bildirib. Xatırladaq ki, "Boeing" geniş çeşiddə mülki və hərbi təyyarələr istehsal edir və kosmik proqramlar hazırlayır. "Boeing"in iki böyük bölməsi var - mülki təyyarələr istehsal edən "Boeing Commercial Airplanes" və kosmik və hərbi proqramları həyata keçirən "İntegrated Defense Systems". Ötən ilin sentyabrında şirkət 65 təyyarə sifarişi alıb ki, bu da avqust ayı ilə müqayisədə üç dəfə çoxdur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/09/13/467512833_162:0:2642:1860_1920x0_80_0_0_8427343e75d63c198deb3e574ec98e4e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
"boeing 737-800" tipli sərnişin təyyarəsi, ilon mask, "boeing", ay, kosmik, x sosial şəbəkəsi
"boeing 737-800" tipli sərnişin təyyarəsi, ilon mask, "boeing", ay, kosmik, x sosial şəbəkəsi
"Boeing"in keçmiş Prezidenti Kalxun təyyarə və raketlərin necə işlədiyini bilmirdi – Mask
İlon Maskın sözlərinə görə, Ayda baza yaratmaq üçün "Artemis" ("Artemida") proqramı "son dərəcə səmərəsizdir", çünki o, nəticələri deyil, iş yerlərinin sayını artırmaq üçün nəzərdə tutulub.
BAKI, 1 yanvar — Sputnik. ABŞ-dan olan sahibkar İlon Mask "Boeing"in yeni Prezidenti Kelli Ortberqin işini yüksək qiymətləndirərək, əvvəlki rəhbər Deyv Kalxunun təyyarələrin və raketlərin necə işlədiyi barədə "heç bir təsəvvürü olmadığını" söyləyib.
Bu barədə o, X sosial şəbəkəsində yazıb.
Qeyd edək ki, iyulun sonunda "Boeing"in direktorlar şurası Kelli Ortberqi şirkətin yeni prezidenti və baş direktoru təyin edib. Ortberqin bu vəzifədə bu ilin əvvəlində şirkətdən getmək niyyətini açıqlayan Deyv Kalxunu əvəzlədiyi dəqiqləşdirilib. Kalxun 2020-ci ilin yanvar ayından prezident və baş direktor vəzifələrində çalışıb, 2009-cu ildən isə "Boeing"in direktorlar şurasının üzvü olub.
""Boeing" yeni baş direktorla dəfələrlə daha yaxşı yoldadır. Əvvəlki adamın təyyarələrin və ya raketlərin necə işlədiyindən xəbəri yox idi. Sadəcə sıfır" – Mask öz fikrini ifadə edib..
Mask, onu da əlavə edib ki, Ayda baza yaratmaq üçün "Artemis" ("Artemida") proqramı "son dərəcə səmərəsizdir", çünki o, nəticələri deyil, iş yerlərinin sayını artırmaq üçün nəzərdə tutulub.
"Bizə tamamilə yeni bir şey lazımdır" – Mask bildirib.
Xatırladaq ki, "Boeing" geniş çeşiddə mülki və hərbi təyyarələr istehsal edir və kosmik proqramlar hazırlayır. "Boeing"in iki böyük bölməsi var - mülki təyyarələr istehsal edən "Boeing Commercial Airplanes" və kosmik və hərbi proqramları həyata keçirən "İntegrated Defense Systems". Ötən ilin sentyabrında şirkət 65 təyyarə sifarişi alıb ki, bu da avqust ayı ilə müqayisədə üç dəfə çoxdur.