DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Almaniya XİN-in "Oreşnik"lə bağlı bəyanatından sonra Berbok susmalıdır

© Sputnik / Пресс-служба МИД РФ / Mediabanka keçidAnnalena Berbok
Annalena Berbok - Sputnik Azərbaycan, 1920, 01.01.2025
Abunə olmaq
Almaniya Xarici İşlər Nazirliyi ölkənin "Oreşnik" orta mənzilli raket sisteminə qarşı "faktiki olaraq müdafiəsiz olduğunu" etiraf edib.
BAKI, 1 yanvar — Sputnik. Almaniya Xarici İşlər Naziri Annalena Berbok, Almaniya Xarici İşlər Nazirliyinin Rusiyanın "Oreşnik" raketi ilə bağlı açıqlamasından sonra "daha tez-tez susmalıdır".
Bunu İrlandiyalı jurnalist Çey Bouz bəyan edib.
O xatırladıb ki, Almaniya Xarici İşlər Nazirliyi ölkənin "Oreşnik" orta mənzilli raket sisteminə qarşı "faktiki olaraq müdafiəsiz olduğunu" etiraf edib. Bu barədə Almaniya Xarici İşlər Nazirliyinin daxili sənədini tədqiq edən alman KİV-nin materialında deyilib.
Sənəddə bildirilib ki, "Patriot" sistemləri bu cür ballistik raketlərə qarşı mübarizə aparmaq üçün uyğun deyil.
"Almaniya Xarici İşlər Nazirliyi etiraf edib ki, Almaniya Rusiyanın "Oreşnik" sisteminə qarşı müdafiəsiz və acizdir. Bu, Ukraynanın da müdafiəsiz olduğunu göstərir. Bəlkə, Berbok indi səsini kəsər?" – Bouz X* sosial şəbəkəsində yazıb.
Bundan əvvəl Dövlət Dumasının deputatı Mixail Şeremet bildirib ki, Berbokun rusofob bəyanatları ABŞ-ın seçilmiş Prezidenti Donald Trampın andiçmə mərasiminə qədər davam edəcək.
* Sosial şəbəkə Rusiya Baş Prokurorluğun tələbi ilə Rusiya Federasiyasında bloklanıb.
Xəbər lenti
0