https://sputnik.az/20241231/novbeti-stansiya-balaken-turizm-zonalarina-qatar-reyslerinin-berpasi-neyi-deyisecek-469711545.html
Növbəti stansiya Balakən: Turizm zonalarına qatar reyslərinin bərpası nəyi dəyişəcək?
Növbəti stansiya Balakən: Turizm zonalarına qatar reyslərinin bərpası nəyi dəyişəcək?
Sputnik Azərbaycan
2020-ci ildə pandemiya səbəbindən öz fəaliyyətini dayandıran Balakən qatarı nəhayət ki, dörd ildən sonra yenidən bu istiqamətə yön alacaq. 31.12.2024, Sputnik Azərbaycan
2024-12-31T13:30+0400
2024-12-31T13:30+0400
2024-12-31T13:30+0400
balakən
cəmiyyət
bakı-balakən qatarı
reys
qatar
ady express” şirkəti
azərbaycan dəmir yolları
almaniya
https://cdnn1.img.sputnik.az/img/42332/64/423326442_2:0:3643:2048_1920x0_80_0_0_b000f40957dda71b9d327d9c4e117bee.jpg
BAKI, 31 dekabr — Sputnik. "Dəmiryol infrastrukturu mərhələli şəkildə bərpa edildikcə rayonlararası reyslərinin də bərpası nəzərdən keçiriləcək". Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) məlumat verilib. Qeyd edək ki, gələn ilin yanvar ayının 3-dən Bakı-Balakən-Bakı reysi bərpa olunacaq. 2020-ci ildə pandemiya səbəbindən öz fəaliyyətini dayandıran Balakən qatarı nəhayət ki, dörd ildən sonra yenidən bu istiqamətə yön alacaq. Ölkənin quru sərhədlərinin bağlı qalması daxili turizmə tələbatı artırsa da, turizmin inkişaf etdiyi bölgələrə gediş-gəlişi asanlaşdırmaq məqsədilə salınan dəmiryol xətləri uzun illər idi ki, turistlərin gözünü yolda qoymuşdu. Qatar turistlərə uzaq məsafələrə səyahət üçün ən rahat nəqliyyat vasitəsi sayılsa da, turistlər bu imkandan hələ ki turizmin inkişaf etdiyi bölgələrdən Qəbələ üzrə istifadə edə bilirlər. Gələn ildən bu siyahıya Balakən istiqaməti üzrə qatarla səyahət də daxil olur. ADY-nin Kommunikasiya departamentinin əməkdaşı Bəxtiyar Hacıyev Sputnik-ə bildirib ki, Bakı-Balakən-Bakı reysinin sərnişinlərin Şəki, Qax, Zaqatala və Balakən stansiyalarından istifadə edə biləcəklər, bu isə turizm bölgəsi olan bu üç rayona turistlərin rahat gedib-gələ bilməsi üçün əvəzsiz fürsət yaradacaq. Bununla da rayonlararası üç istiqamətə sərnişin qatarı ilə gediş-gəliş mümkün olacaq. Bunlar Bakı-Qəbələ-Bakı, Bakı-Ağstafa-Bakı və yanvar ayından sərnişinlərin ixtiyarına veriləcək Bakı-Balakən-Bakı reysləridir: "ADY mərhələli şəkildə infrastrukturu yenilədikcə digər istiqamətlərə də sərnişindaşımanın bərpası nəzərdən keçiriləcək. Hazırda işğaldan azad edilmiş ərazilərdə də dəmiryol xətlərinin yenidən qurulması davam etdirilir. Söhbət Bərdə-Ağdam və Horadiz-Ağbənd dəmir yollarından gedir". Qurum rəsmisi deyib ki, Bərdə-Ağdam istiqaməti üzrə dəmir yolu xəttinin tikintisi işlərinin 90, Horadiz-Ağbənd istiqaməti üzrə isə 60 faizi yerinə yetirilib. Ağdam-Xankəndi dəmiryol xətti üzrə layihələndirmə işləri davam edir. Qeyd edək ki, qatarla səyahət turistlər üçün ən əlverişli nəqliyyat növü sayılır. Vaxt itkisi olmadan səyahət etmək istəyənlər xüsusilə gecə qatarla səyahətlərə daha çox üstünlük verirlər. ADY-dən də bildirilib ki, turizm zonası sayılan Balakən istiqamətinə qatarla gecə getmək mümkün olacaq. Əvvəl bu istiqamətə qatarla səyahət vaxtı 10 saata yaxın olubsa, indi qatar Bakıdan Balakənə 8 saat 20 dəqiqəyə, əks istiqamətə isə 8 saat 40 dəqiqəyə çatacaq. Çünki qatarların sürəti 48 km-saatdan 55 km-saata artırılıb. Bu isə səfər müddətinin azaldılmasına xidmət edir. Gündüz reysləri ilə gecə reyslərində səfər müddəti fərqli olur. Yəni gecə qatarlarında sürət daha aşağı olur ki, bu da sərnişinlərin A nöqtəsindən B nöqtəsinə gecə saatlarında yox, səhər tezdən çatmasına xidmət edir. "Azərbaycan Dəmir Yolları" QSC-nin bərpa etməyə hazırlaşdığı Bakı-Balakən-Bakı istiqamətində vaqonlar yataq tipli olacaq və onlar restavrasiya edilib. Bakı-Balakən-Bakı marşrutu üzrə qatarlar Biləcəri, Yevlax, Şəki, Göynük, Qax, Qorağan, Əliabad, Zaqatala, Göyəm və Balakən olmaqla 10 stansiya və dayanacaqda saxlayacaq. Məlumata görə, marşrut üzrə Bakıdan Balakənə kimi bir istiqamətə gedişhaqqı "Standard" sinif üçün yerlərdə 18 manatdan, "Standard Plus" 27 manatdan, "Business" sinfi üçün isə 72 manatdan başlayır. Yataq tipli qatarlar yanvarın 3-dən etibarən hər gün saat 23:50-də Bakıdan Balakənə, yanvarın 4-də isə saat 22:10-da Balakəndən Bakıya hərəkət edəcək. "Pandemiyadan öncə qatar Bakıdan Balakənə 9 saat 35 dəqiqə, Balakəndən Bakıya 9 saat 45 dəqiqəyə çatırdı. Yataq tipli qatarlarda sürətin oturaq tipli qatarlara nisbətən daha az olması bir neçə əsas amillə bağlıdır. Əsas məqsəd sərnişinlərin rahatlığını təmin etməkdir. Bu qatarlarda hərəkətin stabil və daha az titrəyişsiz olması üçün sürət tənzimlənir ki, uzun məsafələrdə, xüsusilə gecə səyahətlərində sərnişinlər rahat yata, istirahət edə bilsinlər. Bir məqamı da qeyd etmək lazımdır ki, sərnişinlərin mənzil başına daha tez, yəni gecə yarısı çatması onlara çətinlik yaradır. Belə ki, digər ictimai nəqliyyat növləri gecə saatlarında işləmədiyi üçün sərnişinlərin stansiyadan son mənzilə çatması çətinləşir" - məlumatda qeyd edilib. ADY bildirir ki, sürətə dəmiryol infrastrukturu və texniki avadanlıq da təsir edir: "Yataq tipli qatarlarda çəkisi daha ağır olan avadanlıqlar və komfort üçün nəzərdə tutulmuş yataq yerləri mövcuddur ki, bu da yüksək sürətə imkan vermir. Oturaq qatarlarda isə sürət əsas prioritetdir, çünki bu qatarlardan daha çox gündəlik iş və sürətli səyahət üçün istifadə olunur. Dünya təcrübəsində də yataq tipli qatarlarda sürət adətən daha aşağı olur, çünki bu xidmətin məqsədi rahat gecə səyahətinin təmin edilməsidir". Turizm üzrə ekspert Ceyhun Aşurov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dəmir yollarının bazasında sürət qatarı infrastrukturunun qurulması turizmin inkişaf etdiyi bölgələrə daha çox turist cəlb edə bilər: "İndiyədək Balakən istiqamətinə turistlərin az getməsinin səbəbi səfər yolçuluğu saatının müddətinin uzun olması idi. Bu istiqamətə qatar reysinin açılması turistlərin Şəki, Qax, Zaqatala və Balakən istiqamətinə axınını artıracaq" - C.Aşurov bildirib. Ekspert deyib ki, gələcəkdə bu istiqamətə sürətli qatarın fəaliyyəti daha arzuolunan olar: "Turizmin üç əsas elementi var ki, bunun əsası logistikadır. Nəqliyyat nə qədər rahat və çevik olarsa, turist axını da bir o qədər çox olur. Məsələn, Almaniyada turistlər həftəsonları qatarlarla səyahətə daha çox üstünlük verirlər. Çünki sürət qatarları ilə səyahət turistlər üçün daha cəlbedicidir". C.Aşurov bildirir ki, xarici ölkələrdə qatara bilet satışlarını tur şirkətləri həyata keçirirlər. Bu isə turistik bölgələrə turistlərin sürət qatarları ilə axın etməsinə gətirib çıxardır: "Sürət qatarı onsuz da həmin yolu gedir. Qatarda doluluğu təmin etmək üçün düzgün marketinq siyasəti qurulmalıdır. Belə olarsa, sürət qatarlarının hərəkəti həm dəmir yoluna, həmçinin də turistlərə sərfəli olar". Qeyd edək ki, Bakı-Balakən-Bakı istiqaməti üzrə reyslərə bilet qiyməti 17 manatdan başlayır. Qiymət bayram, istirahət günlərinə görə və tələbata uyğun olaraq dinamik qiymət siyasətinə əsasən dəyişir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42332/64/423326442_457:0:3188:2048_1920x0_80_0_0_2e28f056072ba25a996f4ff1200bcab7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
balakən, bakı-balakən qatarı, reys, qatar, ady express” şirkəti, azərbaycan dəmir yolları, almaniya
balakən, bakı-balakən qatarı, reys, qatar, ady express” şirkəti, azərbaycan dəmir yolları, almaniya
Növbəti stansiya Balakən: Turizm zonalarına qatar reyslərinin bərpası nəyi dəyişəcək?
2020-ci ildə pandemiya səbəbindən öz fəaliyyətini dayandıran Balakən qatarı nəhayət ki, dörd ildən sonra yenidən bu istiqamətə yön alacaq.
BAKI, 31 dekabr — Sputnik. "Dəmiryol infrastrukturu mərhələli şəkildə bərpa edildikcə rayonlararası reyslərinin də bərpası nəzərdən keçiriləcək".
Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) məlumat verilib.
Qeyd edək ki, gələn ilin yanvar ayının 3-dən Bakı-Balakən-Bakı reysi bərpa olunacaq. 2020-ci ildə pandemiya səbəbindən öz fəaliyyətini dayandıran Balakən qatarı nəhayət ki, dörd ildən sonra yenidən bu istiqamətə yön alacaq.
Ölkənin quru sərhədlərinin bağlı qalması daxili turizmə tələbatı artırsa da, turizmin inkişaf etdiyi bölgələrə gediş-gəlişi asanlaşdırmaq məqsədilə salınan dəmiryol xətləri uzun illər idi ki, turistlərin gözünü yolda qoymuşdu. Qatar turistlərə uzaq məsafələrə səyahət üçün ən rahat nəqliyyat vasitəsi sayılsa da, turistlər bu imkandan hələ ki turizmin inkişaf etdiyi bölgələrdən Qəbələ üzrə istifadə edə bilirlər. Gələn ildən bu siyahıya Balakən istiqaməti üzrə qatarla səyahət də daxil olur.
ADY-nin Kommunikasiya departamentinin əməkdaşı Bəxtiyar Hacıyev Sputnik-ə bildirib ki, Bakı-Balakən-Bakı reysinin sərnişinlərin Şəki, Qax, Zaqatala və Balakən stansiyalarından istifadə edə biləcəklər, bu isə turizm bölgəsi olan bu üç rayona turistlərin rahat gedib-gələ bilməsi üçün əvəzsiz fürsət yaradacaq. Bununla da rayonlararası üç istiqamətə sərnişin qatarı ilə gediş-gəliş mümkün olacaq. Bunlar Bakı-Qəbələ-Bakı, Bakı-Ağstafa-Bakı və yanvar ayından sərnişinlərin ixtiyarına veriləcək Bakı-Balakən-Bakı reysləridir:
"ADY mərhələli şəkildə infrastrukturu yenilədikcə digər istiqamətlərə də sərnişindaşımanın bərpası nəzərdən keçiriləcək. Hazırda işğaldan azad edilmiş ərazilərdə də dəmiryol xətlərinin yenidən qurulması davam etdirilir. Söhbət Bərdə-Ağdam və Horadiz-Ağbənd dəmir yollarından gedir".
Qurum rəsmisi deyib ki, Bərdə-Ağdam istiqaməti üzrə dəmir yolu xəttinin tikintisi işlərinin 90, Horadiz-Ağbənd istiqaməti üzrə isə 60 faizi yerinə yetirilib. Ağdam-Xankəndi dəmiryol xətti üzrə layihələndirmə işləri davam edir.
Qeyd edək ki, qatarla səyahət turistlər üçün ən əlverişli nəqliyyat növü sayılır. Vaxt itkisi olmadan səyahət etmək istəyənlər xüsusilə gecə qatarla səyahətlərə daha çox üstünlük verirlər. ADY-dən də bildirilib ki, turizm zonası sayılan Balakən istiqamətinə qatarla gecə getmək mümkün olacaq. Əvvəl bu istiqamətə qatarla səyahət vaxtı 10 saata yaxın olubsa, indi qatar Bakıdan Balakənə 8 saat 20 dəqiqəyə, əks istiqamətə isə 8 saat 40 dəqiqəyə çatacaq. Çünki qatarların sürəti 48 km-saatdan 55 km-saata artırılıb. Bu isə səfər müddətinin azaldılmasına xidmət edir.
Gündüz reysləri ilə gecə reyslərində səfər müddəti fərqli olur. Yəni gecə qatarlarında sürət daha aşağı olur ki, bu da sərnişinlərin A nöqtəsindən B nöqtəsinə gecə saatlarında yox, səhər tezdən çatmasına xidmət edir.
"Azərbaycan Dəmir Yolları" QSC-nin bərpa etməyə hazırlaşdığı Bakı-Balakən-Bakı istiqamətində vaqonlar yataq tipli olacaq və onlar restavrasiya edilib. Bakı-Balakən-Bakı marşrutu üzrə qatarlar Biləcəri, Yevlax, Şəki, Göynük, Qax, Qorağan, Əliabad, Zaqatala, Göyəm və Balakən olmaqla 10 stansiya və dayanacaqda saxlayacaq. Məlumata görə, marşrut üzrə Bakıdan Balakənə kimi bir istiqamətə gedişhaqqı "Standard" sinif üçün yerlərdə 18 manatdan, "Standard Plus" 27 manatdan, "Business" sinfi üçün isə 72 manatdan başlayır. Yataq tipli qatarlar yanvarın 3-dən etibarən hər gün saat 23:50-də Bakıdan Balakənə, yanvarın 4-də isə saat 22:10-da Balakəndən Bakıya hərəkət edəcək.
"Pandemiyadan öncə qatar Bakıdan Balakənə 9 saat 35 dəqiqə, Balakəndən Bakıya 9 saat 45 dəqiqəyə çatırdı. Yataq tipli qatarlarda sürətin oturaq tipli qatarlara nisbətən daha az olması bir neçə əsas amillə bağlıdır. Əsas məqsəd sərnişinlərin rahatlığını təmin etməkdir. Bu qatarlarda hərəkətin stabil və daha az titrəyişsiz olması üçün sürət tənzimlənir ki, uzun məsafələrdə, xüsusilə gecə səyahətlərində sərnişinlər rahat yata, istirahət edə bilsinlər. Bir məqamı da qeyd etmək lazımdır ki, sərnişinlərin mənzil başına daha tez, yəni gecə yarısı çatması onlara çətinlik yaradır. Belə ki, digər ictimai nəqliyyat növləri gecə saatlarında işləmədiyi üçün sərnişinlərin stansiyadan son mənzilə çatması çətinləşir" - məlumatda qeyd edilib.
ADY bildirir ki, sürətə dəmiryol infrastrukturu və texniki avadanlıq da təsir edir: "Yataq tipli qatarlarda çəkisi daha ağır olan avadanlıqlar və komfort üçün nəzərdə tutulmuş yataq yerləri mövcuddur ki, bu da yüksək sürətə imkan vermir. Oturaq qatarlarda isə sürət əsas prioritetdir, çünki bu qatarlardan daha çox gündəlik iş və sürətli səyahət üçün istifadə olunur. Dünya təcrübəsində də yataq tipli qatarlarda sürət adətən daha aşağı olur, çünki bu xidmətin məqsədi rahat gecə səyahətinin təmin edilməsidir".
Turizm üzrə ekspert Ceyhun Aşurov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dəmir yollarının bazasında sürət qatarı infrastrukturunun qurulması turizmin inkişaf etdiyi bölgələrə daha çox turist cəlb edə bilər:
"İndiyədək Balakən istiqamətinə turistlərin az getməsinin səbəbi səfər yolçuluğu saatının müddətinin uzun olması idi. Bu istiqamətə qatar reysinin açılması turistlərin Şəki, Qax, Zaqatala və Balakən istiqamətinə axınını artıracaq" - C.Aşurov bildirib.
Ekspert deyib ki, gələcəkdə bu istiqamətə sürətli qatarın fəaliyyəti daha arzuolunan olar:
"Turizmin üç əsas elementi var ki, bunun əsası logistikadır. Nəqliyyat nə qədər rahat və çevik olarsa, turist axını da bir o qədər çox olur. Məsələn, Almaniyada turistlər həftəsonları qatarlarla səyahətə daha çox üstünlük verirlər. Çünki sürət qatarları ilə səyahət turistlər üçün daha cəlbedicidir".
C.Aşurov bildirir ki, xarici ölkələrdə qatara bilet satışlarını tur şirkətləri həyata keçirirlər. Bu isə turistik bölgələrə turistlərin sürət qatarları ilə axın etməsinə gətirib çıxardır:
"Sürət qatarı onsuz da həmin yolu gedir. Qatarda doluluğu təmin etmək üçün düzgün marketinq siyasəti qurulmalıdır. Belə olarsa, sürət qatarlarının hərəkəti həm dəmir yoluna, həmçinin də turistlərə sərfəli olar".
Qeyd edək ki, Bakı-Balakən-Bakı istiqaməti üzrə reyslərə bilet qiyməti 17 manatdan başlayır. Qiymət bayram, istirahət günlərinə görə və tələbata uyğun olaraq dinamik qiymət siyasətinə əsasən dəyişir.