CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Başa çatmaqda olan ilin sosial uğurları

© Sputnik / Elvin AhmadЖенщина у банкомата
Женщина у банкомата - Sputnik Azərbaycan, 1920, 31.12.2024
Abunə olmaq
Nazirlikdən bildirilib ki, nəticədə minimum pensiyada 2,5 dəfə, orta aylıq pensiyada 2,4 dəfə, müavinət və təqaüd ödənişlərində 5 dəfə, ünvanlı yardımın orta aylıq məbləğində 2,7 dəfə, minimum əməkhaqqında 2,7 artım olub.
BAKI, 31 dekabr — Sputnik. 2024-cü ildə Prezident İlham Əliyevin uğurlu sosial siyasətinə uyğun olaraq vətəndaş rifahı və məmnunluğunun təminatı istiqamətində növbəti irəliləyişlərin əldə edildiyi daha bir il kimi yadda qalır. Dövlət başçısının imzaladığı Fərman və Sərəncamlarla son 5 ildə 4 milyondan çox vətəndaşı əhatə edən 4 sosial islahat paketi icra olunub, bu islahatlar üçün 7 milyard manat əlavə illik vəsait ayrılıb. Bu barədə yola saldığımız 2024-cü ilin yekunlarına dair Sputnik Azərbaycan-ın sorğusuna cavabda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Nazirlikdən bildirilib ki, nəticədə minimum pensiyada 2,5 dəfə, orta aylıq pensiyada 2,4 dəfə, müavinət və təqaüd ödənişlərində 5 dəfə, ünvanlı yardımın orta aylıq məbləğində 2,7 dəfə, minimum əməkhaqqında 2,7 dəfə, orta aylıq əməkhaqqında 2 dəfəyə yaxın, median əməkhaqqında 2,2 dəfə, əmək haqqı fondunda 3 dəfə artıma nail olunub.

Pensiya 13 faiz artırılıb
Ölkəmizdə aparılan sosial islahatların bir istiqaməti olaraq pensiyaların artımı davamlı xarakter alıb. 2018-2024-cü illərdə minimum pensiya 2,5 dəfə, orta aylıq pensiya 2,4 dəfə artıb. Sosial təminat sisteminin mühüm komponenti olan, 1,1 milyon insanı əhatə edən pensiya təminatının gücləndirilməsi tədbirləri, pensiya artımı 2024-cü ildə də davam edib. Pensiyalar 2023-cü il üzrə orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olaraq 2024-cü ilin əvvəlindən 11,2 faiz indeksləşdirilərək artırılıb və bu artım 1,1 milyon pensiyaçını əhatə edib. Həmçinin fərdi hesablardakı pensiya kapitalları da ilin əvvəlindən 8,8 faiz indeksləşdirilərək artırılıb. 2023-cü ilin əvvəlindən pensiya artımı sahəsində vahid indeksasiya metoduna keçilib ki, bu da hər il indeksləşdirmə əsasında pensiya artımının həmin vaxtdan bütün növ pensiyalara şamil olunmasına imkan verib.
Pensiyaların orta məbləğində 2024-cü ildə daha 13 faiz artıma nail olunub. Pensiyaların orta aylıq məbləği 494 manata, yaşa görə əmək pensiyalarının orta məbləği 527 manata çatıb. 2025-ci ildə pensiyaların orta aylıq məbləğinin 535 manata, yaşa görə əmək pensiyalarının orta məbləğinin 571 manata çatacağı proqnozlaşdırılır. Pensiyalar üzrə ödənilən vəsaitin məbləği 2024-cü ildə də artmaqda davam edib, həmin dövrdə pensiya ödənişlərinə əvvəlki ilə nisbətən 13,4 faiz çox olmaqla 6,5 mlrd. manat yönəldilib. 2025-ci ildə həyata keçiriləcək böyük sosial islahat paketi nəticəsində pensiyalarda da artımlar edilməsi nəzərdə tutulub.
© Sputnik / Elvin AhmadPensiya
Пожилая женщина, фото из архива - Sputnik Azərbaycan, 1920, 26.12.2024
Pensiya
Müavinət-təqaüdlər üçün ödənişlər artıb
2024-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 515 min şəxsin müavinətlə, 400 mindən çox şəxsin Prezidentin aylıq təqaüdü ilə təminatı həyata keçirilib. Müavinətlər üzrə 1,1 mlrd. manat, təqaüdlər üzrə 700 mln. manata yaxın vəsait ödənilib. Son illərdə sosial təminat sisteminin gücləndirilməsi və əhatəliliyinin artırılması aparılan islahatların əsas hədəfləri sırasında olub. Sosial ödənişlərdə ciddi artımlara nail olunmaqla, 10 yeni sosial ödəniş növü (müharibə veteranları, I dərəcə əlilliyi olanlara və əlilliyi olan uşaqlara qulluq edənlər, Vətən Müharibəsi Qəhrəmanları, işləməyən pensiyaçı elmlər doktorları və fəlsəfə doktorları üçün aylıq təqaüd, uşaqları övladlığa və himayəyə götürən şəxslər üçün hər uşağa görə aylıq müavinət) təsis edilib.
Müavinət və Prezidentin aylıq təqaüdü ilə təmin olunanların sayı son 5 ildə 60 faizdən çox artaraq 900 mini ötüb. O cümlədən, Prezidentin aylıq təqaüdü ilə təmin edilənlərin sayı 6,7 dəfə artaraq 60 mindən 405 minə çatıb. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2,7 mln. şəxs sosial təminat növləri üzrə ödənişlərlə təmin edilir.
2025-ci il üçün yeni sosial paket
Prezidenti İlham Əliyevin yeni "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə növbəti sosial islahat paketi olaraq: 2025-ci il yanvarın 1-dən minimum aylıq əməkhaqqının məbləği 345 manatdan 16 faiz artımla 400 manata, 2025-ci il fevralın 1-dən əmək pensiyasının minimum məbləği 280 manatdan 14,3 faiz artımla 320 manata çatdırılacaq. Bu artımlarla birgə artıq 2018-ci ilin əvvəlindən minimum aylıq əməkhaqqında 3,1 dəfə, minimum pensiyada 3 dəfəyədək artıma nail olunub.
Nazirlər Kabineti gələn il sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini 3 ay müddətində ölkə Prezidentinə təqdim edəcək. Nazirlər Kabineti dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə aylıq tarif (vəzifə) maaşlarının minimum aylıq əməkhaqqının artırılmış yeni məbləğinə uyğunlaşdırılmasını təmin edəcək. Növbəti sosial islahat paketi gələn ilin əvvəlindən pensiyaların indeksləşdirilərək artırılması da nəzərə alınmaqla ümumən 3 milyon insanı əhatə edəcək. Onlara yönələn əməkhaqqı, pensiya, müavinət və təqaüdlər artırılacaq. Həmin artımlar üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılacaq.
© Sputnik / Elvin Ahmad100 manat, arxiv şəkli
100 manat, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 26.12.2024
100 manat, arxiv şəkli
Ünvanlı sosial yardım 73 mindən çox ailəni əhatə edib
Ünvanlı dövlət sosial yardımı proqramı aztəminatlı ailələrin sosial müdafiəsində önəmli rola malikdir. 2024-cü ildə daha 73 min ailənin 330 mindən çox üzvü ünvanlı dövlət sosial yardımı ilə təmin olunub. Ünvanlı yardımın hesablanması üçün ehtiyac meyarı son beş ildə 2,3 dəfə artırılaraq 2024-cü il üçün 270 manat müəyyən olunub və 2023-cü ildən yaşayış minimumu ilə bərabərləşdirilib. Hər ailəyə ödənilən ünvanlı yardımın orta aylıq məbləği 2018-2024-cü illərdə 2,7 dəfə artaraq 473 manata çatıb. Ünvanlı sosial yardım üçün e-qaydada edilmiş müraciətlərə baxılması e-sistem üzərindən müxtəlif qurumların e-məlumat bazaları ilə inetqrasiya şəraitində, şəffaf şəkildə həyata keçirilir.
Ünvanlı yardım proqramına müraciət prosedurunun təkmilləşdirilməsi, sosial yardıma əlçatanlığın artırılması istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2024-cü ildə növbəti addım olaraq "Ünvanlı yardım" elektron sistemi yenidən qurulub. Nəticədə: ünvanlı yardım üçün müraciət edən şəxslərdən bir çox məlumatların, o cümlədən ailə üzvlərinin əməkhaqqı və digər sosial ödənişləri almaları, tələbə, şagird, işsiz, keçmiş məcburi köçkün, hərbi xidmətdə olmaları, əlillik, daşınmaz əmlakı, torpaq pay mülkiyyəti, sahibkarlıq fəaliyyəti, nəqliyyat vasitəsinin olması, kommunal xərclər, telefon nömrələri və s. kimi məlumatların qeyd edilməsi tələb olunmur. Bu məlumatlar artıq müvafiq qurumların informasiya sistemlərindən əldə olunur. Ailənin maddi-məişət şəraiti yoxlanarkən abonent və sayğac nömrələri, həyətyanı sahə ilə bağlı məlumatların və s. "Ərizə-bəyannamə"də düzgün qeyd edilmədiyi aşkarlandıqda da həmin məlumatlara operativ qaydada düzəliş edilməsi və müraciətə yenidən baxılması imkanı yaradılıb və s.
160 sosial xidmət üçün bir ünvan-DOST
2019-cu ilin mayın 9-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyi və ilk DOST mərkəzinin açılışı olub. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası 15 istiqamət üzrə 160 sosial xidmətin "bir pəncərə"dən, şəffaf və operativ, vətəndaş məmnunluğu və rahatlığı prinsipi əsasında təqdim olunmasına imkan yaradıb. Ötən dövrdə artıq Bakı şəhəri, Abşeron və Bərdə rayonlarında olmaqla 7 DOST Mərkəzi, həmçinin Zəngilanın Ağalı kəndində "Smart DOST" xidmət məntəqəsi, 2024-cü ilin iyun ayında Qarabağ Regional DOST Mərkəzinin Şuşada filialı açılıb.
DOST mərkəzlərində 2024-cü ildə daha 920 min, ümumən ötən dövrdə 3,2 milyon vətəndaşa xidmət göstərilib və bu xidmətlərdən vətəndaş məmnunluğu 98,4 faizdir. Hazırda Naxçıvan, Quba, Sabirabad, Sumqayıt, Gəncə və Masallıda DOST xidmətləri şəbəkəsinin qurulması üçün layihə, təmir-tikinti işləri aparılır. Ümumilikdə 17 yeni Regional DOST mərkəzi və ətraf rayonlar üzrə onların ümumilikdə 55 filialı yaradılacaq və bütün ölkə DOST xidmətləri ilə əhatə olunacaq. DOST konsepsiyası 60-dan çox beynəlxalq mükafat və sertifikatla təltif olunub. Onlardan 12-si "Avropa üçün yaxşı təcrübə mükafatı"dır ("Good practice awards of Europe"). DOST təcrübəsini tətbiq etməyə maraq göstərən ölkələrin sayı daim artır və artıq Özbəkistan bu təcrübəni tətbiq edir, Moldova da bu sahədə pilot işlər aparır. Serbiya və Rumıniyada isə DOST mexanizmi əsasında elektronlaşma həyata keçirilir. Beləliklə, DOST artıq dünyada Azərbaycanın yeni brendi kimi tanınır.
В Исмаиллы открылся филиал Центра инклюзивного развития и творчества DOST - Sputnik Azərbaycan, 1920, 26.12.2024
DOST mərkəzi
Rəqəmsal uğurlar
Dövlət sosial xidmətlərinin elektron texnologiyalar üzərində qurulması üçün son beş ildə geniş proqram icra olunaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 160 xidmətindən 145-dən çoxu (90 faizdən çoxu) artıq rəqəmsallaşdırılıb. 30-dan çox e-arayış xidməti, 50-dən çox proaktiv xidmət yaradılıb. 2019-cu ildə ölkənin sosial reyestri olan e-sosial.az portalı, 2020-ci ildə fərdi hesabların e-qaydada proaktiv açılması xidməti, 2022-ci ildə "Əmək və Məşğulluq" altsistemi istifadəyə verilib. 2024-cü ildə Nazirliyin rəqəmsal infrastrukturu üzərindən sorğu, müraciət və xidmət sayı 680 milyon olub.
Mənzil-avtomobil təminatı
Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə, həmçinin müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin avtomobillə təminatı tədbirləri 2024-cü ildə də davam edib. Həmin kateqoriyalardan olan vətəndaşlara postmüharibə dövründə 6800, ümumilikdə ötən dövrdə 16 min mənzil və fərdi ev verilib. Habelə müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 567, ümumən ötən dövrdə 7,7 min avtomobil verilib.
49 min şəxsə əlillik təyin olunub
Əlilliyin qiymətləndirilməsi sahəsində 2022-ci ilin 1 iyulundan tətbiq olunan yeni meyarlar əlilliyin müəyyən edilməsinin mütərəqqi dünya təcrübəsinə uyğun təkmilləşdirilməsinə imkan verib. Həmin meyarlar əlilliyin qiymətləndirilməsinin ənənəvi 3 dərəcə əsasında deyil, orqanizmin funksiyalarının itirilməsi faizi əsasında, özünəqulluq, səmtlənmə, qidalanma, sərbəst hərəkət etmə və s. kimi həyat fəaliyyətinin əsas istiqamətlərinin məhdudlaşma dərəcəsi nəzərə alınmaqla həyata keçirilməsinə imkan verib. Bununla əlilik təyinatına əsas verən meyarların sayı da 5 dəfə artırılıb. 2024-cü ildə də 49 min şəxsə əlillik təyin olunub, onlardan 24 mini ilkin, qalanları təkrar əlillik təyin edilənlər olub. Əlillik təyinatından sonra onlara e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilib.
© Sputnik / Ilham MustafayevƏlil
Nurlan Məmmədov - döyüş yoldaşı  - Sputnik Azərbaycan, 1920, 26.12.2024
Əlil
Reabilitasiya vasitələrinin növlərinin sayı 130-a çatdırılıb
Son illər aparılan islahatlar ölkədə müasir reabilitasiya sisteminin qurulmasına və reabilitasiya sahəsində biopsixososial model əsasında xidmət spektrinin yeni istiqamətlər üzrə xeyli genişlənməsinə imkan yaradıb. Qeyd olunan işlər nəticəsində reabilitasiya xidməti göstərilən əlilliyi olan şəxslərin illik sayı 7 dəfədən çox dəfə artıb. Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2024-cü ildə əlilliyi olan 124 min şəxsi reabilitasiya xidmətləri ilə təmin edilib.
Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təminatının gücləndirilməsi aparılan sosial islahatlarda önəmli yer tutur. Bu məqsədlə Nazirliyin Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığı çərçivəsində, əlilliyi olan şəxslərin rəy və təklifləri də öyrənilməklə 2020-ci ildə və cari ildə qanunvericilikdə müvafiq dəyişikliklər edilib. Beləliklə, əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin sayı son 4 ildə 4 dəfəyə yaxın artırılaraq 34-dən 130-a çatdırılıb. 2024-cü ildə də əlilliyi olan 12 mindən çox şəxsə 95,7 min reabilitasiya vasitəsi verilib.
160 min şəxsin məşğulluğu təmin edilib
Ölkədə aparılan sosial-iqtisadi siyasətin əsas istiqamətlərindən biri də sosial rifahda mühüm önəm kəsb edən məşğulluğun təminatıdır. Ona görə də aktiv məşğulluq proqramlarının əhatə dairəsi ildən-ilə əhəmiyyətli dərəcədə genişləndirilir. Bu sahədə 2024-cü ildə də mühüm addımlar atılıb. Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 2024-cü ildə daha 160 min şəxsin münasib işlərlə təminatı həyata keçirilib, 15 min işsiz şəxs üçün isə peşə hazırlığı kursları təşkil olunub. 2024-cü ildə daha 17,3 min şəxs üçün özünüməşğulluq proqramının dəstəyi ilə kiçik təsərrüfatlar yaradılıb. Qeyd edək ki, özünüməşğulluq proqramına cəlb edilənlərin illik sayı proqramın icrasına başlandığı 2017-ci ilə nisbətən 15 dəfəyədək artıb. Bu proqrama cəlb olunanların sayı 2025-ci ildə artıq 100 mini ötəcək.
Əmək müqavilələri 4,4 faiz artıb
Əməkhaqqı islahatları, əmək müqavilələrinin sayında artım əməkhaqqı fondunda da davamlı artımla nəticələnir. 2024-cü il ərzində də ölkəmizdə əmək müqavilələrinin sayı 80 min və ya 4,4 faiz artıb və hazırda sayı 1,9 milyon yaxındır. Ümumilikdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 mart 2017-ci il tarixli Sərəncamı ilə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının yaradılmasından sonrakı dövrdə əmək müqavilələrinin sayında 600 mindən çox və 48 faiz artıma nail olunub. Müsbət məqam kimi, özəl sektorda əmək müqavilələrinin sayında 2 dəfə artım özünü göstərib.
Postmüharibə dövrünün sosial dəstək paketi
44 günlük Vətən müharibəsindən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı icra olunan sosial dəstək paketi çərçivəsində: onların mənzillə təminatı proqramı 5 dəfə genişlənib, həmin vətəndaşlara postmüharibə dövründə 6,8 min, ümumən ötən dövrdə 16 min mənzil və fərdi ev təqdim edilib. Postmüharibə dövründə müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 567, ümumən ötən dövrdə 7,7 min avtomobil təqdim edilib. 25 min şəxs aktiv məşğulluq proqramlarına cəlb edilib, onlardan 12,1 min nəfəri üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb, digərləri isə münasib işlə təmin edilib.
Həmçinin 1050 şəxs peşə hazırlığına cəlb olunub. 106 min şəxsə 119 min aylıq sosial ödəniş, 24,4 min şəxsə birdəfəlik ödəmə təyin olunub. Həmin aylıq sosial ödənişlərin də orta hesabla 2 dəfəyədək artırılması təmin edilib. 11 min nəfərə 68,7 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib. Müharibə ilə əlaqədar əlilliyi olan 2 249 şəxs 61,7 min reabilitasiya vasitəsi, o cümlədən 490 şəxs 600 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub. Ümumilikdə, həmin sosial dəstək paketi 130 min şəxsi əhatə edib, onlara 366 min xidmət göstərilib.
© Sputnik / Murad OrudjevQazi
Шествие военного оркестра по случаю Дня Победы в Баку - Sputnik Azərbaycan, 1920, 26.12.2024
Qazi
Böyük Qayıdış - məşğulluqla dayanıqlı məskunlaşmaya dəstək
İşğaldan azad olunmuş ərazilərimizdə məskunlaşaraq işləyən mütəxəssislərin ilkin maddi-məişət şəraitinin dəstəklənməsi məqsədilə 2023-cü ilin avqust ayından onlara birdəfəlik müavinətin (600 manat) təyin olunmasına başlanıb. Qeyd olunan mütəxəssislərin aylıq vəzifə maaşlarına əlavələr hesablanır, onlara hər il 5 gün əlavə məzuniyyət verilir.
Böyük Qayıdış proqramı üzrə həmin ərazilərimizə köçürülən sakinlərin aktiv məşğulluq proqramları ilə əhatə olunması tədbirləri 2024-cü ildə də davam etdirilib. Həmin sakinlərdən artıq 4 minədək şəxsin məşğulluğu təmin edilib. Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına qayıdan vətəndaşlar üçün özünüməşğulluq proqramı üzrə yaradılan təsərrüfatların sayı da 145-ə çatıb. İşğaldan azad edilmiş ərazilərdə əmək yarmarkaları davam etdirilib, 2024-cü ildə həmin ərazilərdə daha 6 yarmarka keçirilib.
Xəbər lenti
0