https://sputnik.az/20241231/basa-catmaqda-olan-il-tibb-sahesinde-nelerle-yadda-qaldi-469713483.html
Başa çatmaqda olan il tibb sahəsində nələrlə yadda qaldı?
Başa çatmaqda olan il tibb sahəsində nələrlə yadda qaldı?
Sputnik Azərbaycan
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib. 31.12.2024, Sputnik Azərbaycan
2024-12-31T10:01+0400
2024-12-31T10:01+0400
2024-12-31T10:01+0400
tibb
səhiyyə
işğaldan azad edilmiş ərazilər
klinika
tibbi sığorta
icbari tibbi sığorta
sığorta
https://cdnn1.img.sputnik.az/img/41681/89/416818923_0:317:3078:2048_1920x0_80_0_0_ba4f3e1e25bb570a3f25285da4067e86.jpg
BAKI, 31 dekabr — Sputnik. 2024-cü il Azərbaycan tibb sahəsində də bir sıra yeniliklərlə yadda qaldı. İcbari Tibbi Sığortanın xidmətlər zərfinə yeni tibbi xidmətlərin daxil edilməsi, elektron reseptin tətbiqi və sair yenilikləri yola saldığımız ilin tibb sahəsində əsas yeniliklərindən saymaq olar. Sputnik Azərbaycan səhiyyə sahəsində 2024-cü ildə daha hansı işlərin görüldüyünü, yola saldığımız ilin səhiyyə mənzərəsini oxuculara təqdim edir. Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, 2024-cü ildə Azərbaycanın səhiyyə sistemi, müasir texnologiyaların tətbiqi və keyfiyyətli tibbi xidmətlərin genişləndirilməsi ilə sürətli inkişaf mərhələsinə qədəm qoydu. Səhiyyə Nazirliyinin təşəbbüsü ilə 2024-cü ildə ölkə üzrə yeni tibb müəssisələrinin tikintisi və mövcud olanların modernləşdirilməsi istiqamətində genişmiqyaslı işlər görüldü. Müasir tibbi avadanlıqların istifadəsi, diaqnostikanın dəqiqliyini artırır, xəstələrin müalicə prosesini sürətləndirir və onların sağlamlıq vəziyyətini daha effektiv şəkildə izləməyə imkan yaradır. Yeni tibb müəssisələrinin açılması ilə, regionlarda yaşayan əhalinin böyük şəhərlərə getmək zərurəti azalır və onlara yüksək keyfiyyətli tibbi xidmətlər yaşadıqları yerlərdə təqdim olunur. Tibbi xidmətlərə müraciət 22 milyonu aşıb İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən (Agentlik) icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərə edilən müraciətlərin sayı ötən illə müqayisədə 9% artaraq 22 milyonu keçib. Xidmətlərin sayı isə ötən il ilə müqayisədə 20% artaraq 76.8 milyon olub. Bu rəqəmlər əhalinin icbari tibbi sığorta sisteminə olan inamının artdığını və tibbi xidmətlərə əlçatanlığın əhəmiyyətli dərəcədə yüksəldiyini göstərir. 2024-cü ilin 11 ayı ərzində 248.6 milyon manat məbləğində özəl tibb müəssisələrinə ödəniş olunub. Tibb müəssisələrinə müraciətlərin əsas hissəsi qan dövranı xəstəlikləri, ümumi tibbi baxış, endokrin sisteminin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozuntuları, tənəffüs sistemi xəstəlikləri ilə bağlı olub. Ümumilikdə əhalinin 52%-i icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə edib. Bu hər iki şəxsdən birinin icbari tibbi sığortanın imkanlarından yararlandığını göstərir. 2024-cü ilin ilk 10 ayında sığortahaqqı ödəyənlərin sayı 2 milyon 237 min nəfərə çatıb ki, bu da iqtisadi fəal əhalinin 42%-ni təşkil edir. Sığortahaqqı ödəyən şəxslərin təxminən yarısı tibbi xidmətlərdən yararlanaraq sığortanın təmin etdiyi imkanlardan istifadə edib. 2023-cü il üzrə sığortahaqqı ödəyənlər üçün bir pasiyentə düşən ödəniş 181 manat, ödəməyənlər üçün isə 172 manat olub. Yaş qrupları üzrə xidmətlərdə ən çox xərc 65 yaşdan yuxarı sığortahaqqı ödəyən əhali arasında qeydə alınıb. Sözügedən kateqoriya üzrə 1 pasiyentə düşən ödəniş 405 manat təşkil edib ki, bu da sığorta sisteminin yaşlı əhali üçün vacibliyini göstərir. Ambulator dərman təminatına gələn ilin ikinci yarısından başlanılacaq Ambulator dərman vasitələrinin təminatına 2025-ci ilin 6 ayı üzrə 40 milyon manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub. Yola saldığımız ildə "Tibbi sığorta haqqında" qanun Milli Məclisdə 3-cü oxunuşdan keçdi. Qanunun tələbindən irəli gələn tapşırıqların icra edilməsinə, mexanizmlərin yaradılmasına yarım ilə yaxın vaxt tələb olunur. Bu o deməkdir ki, ambulatorda dərman təminatına ilin 2-ci yarısı başlanılacaq. 2020-ci ildən etibarən icbari tibbi sığortanın maliyyə dayanıqlığını təmin etmək məqsədilə həyata keçirilən investisiyalar nəticəsində 135.5 milyon manat gəlir əldə olunub. 2024-cü il üçün isə bu rəqəm 74.2 milyon manat təşkil edir. İnvestisiyalardan əldə olunan hər bir vəsait sığortaolunanlara daha keyfiyyətli tibbi xidmətlərin göstərilməsi məqsədilə istifadə olunur. Səhiyyəyə ayrılan vəsait 2.8 milyard manatı ötür. Bu vəsaitlərin əsas hissəsini dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsait, işəgötürən və işçi tərəfindən ödənilən sığortahaqları təşkil edir. 76.8 milyon tibbi xidmət göstərilib TƏBİB-dən isə Sputnik Azərbaycan-a bildirilib ki, 2024-cü ilin yanvar-noyabr ayları ərzində tibb müəssisələrimizə 22.1 milyon müraciət qeydə alınıb. 76.8 milyon tibbi xidmət göstərilib. Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə 20.3 milyon müraciət qeydə alınıb, 63.8 milyon tibbi xidmət göstərilib. Belə ki, cari ildə müraciət sayında 9%, göstərilən tibbi xidmət sayında isə 20%-lik artım qeydə alınıb. Bakı üzrə olan çağırışlar əsasında 742 min 152 nəfərə yerində yardım olunub, 75 min 21 nəfər isə müxtəlif profilli tibb müəssisəslərinə hospitalizasiya olunub, müraciətlərin 39 minini əsassız çağırışlar təşkil edib. Ümumiyyətlə, Bakı üzrə gündəlik olaraq müraciətlərin sayı təxminən 2 200 – 2 300 arasında dəyişir. Bu il TƏBİB-in fəaliyyət strategiyasına uyğun olaraq tibbi turizmin ölkəmizdə inkişafı istiqamətində addımlar atılıb. Belə ki, xaricdə təhsil almış həkimlərimizin vətənə geri qayıtması, tibbi xidmət göstərən personalımızın dil biliklərinin artırılması, xəstəxanalarımıza beynəlxalq sertifikatların alınması ilə bağlı işlərə başlanılıb. Bundan əlavə, yüksək nailiyyətlərdən biri Cənubi Qafqazda ilk dəfə olaraq TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinika üçün beynəlxalq nüfuza malik HIMSS təşkilatının EMRAM 6 akkreditasiya sertifikatının əldə edilməsi oldu. "Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin siyahısı" və eləcə də "Donor orqanların transplantasiyasını həyata keçirən ixtisaslaşdırılmış tibb müəssisələrinin siyahısı"na TƏBİB-in tabeli tibb müəssisəsi olan Yeni Klinikanın əlavə edilməsi də önəmli hadisələrdən biridir. Ayda 60-dan çox xəstəyə dializ xidməti göstərilir 2024-cü ilin avqust ayında Goranboy Rayon Mərkəzi Xəstəxanasında 10 cihazlıq Hemodializ şöbəsi istifadəyə verilib. Mərkəzdə ayda orta hesabla təqribən 60-dan çox xəstəyə dializ xidməti göstərilir. Gələn il isə Sumqayıt Tibb Mərkəzində 10 aparatlıq 2-ci hemodializ şöbəsi fəaliyyətə başlayacaq. Ümumiyyətlə, hazırda ölkədə işlək vəziyyətdə olan hemodializ aparatlarının sayı 723 ədəddir. Ölkə üzrə hemodializ şöbələrinin sayı isə 54-dür. Ölkə üzrə 4 mindən artıq xəstəyə xidmət göstərilir. Cari ildə Respublika Klinik Xəstəxanası, Yeni Klinika, Nizami Tibb Mərkəzi, Quba, Abşeron və Qəbələ rayon mərkəzi xəstəxanalarında endoprotezləşdirmə əməliyyatlarının icrası təmin edilib. Hazırda bu müəssisələrlə yanaşı, Mərkəzi Neftçilər Xəstəxanası, Kliniki Tibbi Mərkəz, Gəncə Birləşmiş Şəhər Xəstəxanası, Sumqayıt Tibb Mərkəzi, Qusar, Şirvan və Zaqatala rayon mərkəzi xəstəxanaları da daxili olmaqla 13 tibb müəssisəsində mürəkkəb travmatoloji və endoprotezləşdirmə əməliyyatları uğurla icra olunur. 2024-cü il ərzində ümumilikdə 772 endoprotez əməliyyatı həyata keçirilib. Bu il Nizami Tibb Mərkəzində, Qobustan Rayon Mərkəzi Xəstəxanasında oftalmologiya şöbəsi yaradılıb, oftalmoloji cərrahi əməliyyatların icrasına başlanılıb. Həmçinin hazırda Respublika Klinik Xəstəxanasında, Mərkəzi Neftçilər Xəstəxanası, Yeni Klinikada, Sabunçu, Sumqayıt tibb mərkəzlərində, Füzuli, Ağdam rayon mərkəzi xəstəxanalarında oftalmoloji cərrahi əməliyyatlar icra olunur. İşğaldan azad olunan ərazilərdə tibbi xidmət yenidən qurulur Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib. İşğaldan azad olunmuş ərazilərdə ilkin səhiyyə xidmətinin təşkili üçün baş plan hazırlanıb, 81 kənddə, 8 qəsəbə və 8 şəhərdə ilkin səhiyyə müəssisələrinin dəqiqləşdirilmiş dislokasiyaları və eskiz layihələri Səhiyyə Nazirliyinin tikinti üzrə mütəxəssisləri ilə birlikdə hazırlanaraq Nazirliyin Tikilməkdə Olan Müəssisələrin Müdiriyyəti İdarəsinə təqdim edilib. Hazırda işğaldan azad edilən torpaqlarımızda Ağalı, Hadrut, Cəbrayıl, Laçın, Talış, Füzuli, Xocalı ASM, Şuşa, Zəngilan, Ağdam modul, Ağdərə xəstəxanası, Xankəndi poliklinikası fəaliyyət göstərir. "Böyük Qayıdış" layihəsi çərçivəsində Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən təqdim olunan siyahı əsasında 2022-2024-cü illər ərzində ümumilikdə 6561 sakinin tibbi müayinələrdən keçirilməsi təmin edilib. 2024-cü ilin yanvarından bugünədək isə 819 ailənin, 3100 sakinin tibbi müayinələrədən keçirilməsi icra olunub. Cari ilin 11 ayı ərzində 10 min 284 qazimizin 87 min 757 müraciətinə uyğun olaraq 251 min 82 tibbi xidmət göstərilib. Şəhidlərimizin ailə üzvlərindən 6 min 43 vətəndaşın 46 min 526 müraciətinə uyğun olaraq 161 min 901 tibbi xidmət göstərilib. "Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası"na əsasən tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ saxlanılan Həkim Məsləhət Komissiyalarının yekun siyahısı hazırlanıb və həmin siyahıya əsasən göndəriş vermək hüququ saxlanılan TƏBİB tabeli tibb müəssisələrinin sayı 24-ə çatdırılıb. 2024-cü il ərzində əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibb müəssisələri tərəfindən 61 min 260 nəfərə göndəriş rəsmiləşdirilib və Tibbi-Sosial Ekspert Komissiyasına göndərilib. Cari ilin 11 ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 1,6 milyondan çox çağırış qeydə alınıb. Ən çox müraciət Bakı şəhəri üzrə olub, paytaxtda 11 ay ərzində 781 min 152 müraciət qeydə alınıb. Sumqayıt üzrə 132 min 711, Gəncə üzrə 93 min 536, Abşeron üzrə 34 min 46, Mingəçevir üzrə isə 38 min 357 çağırış qeydə alınıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41681/89/416818923_0:0:2732:2048_1920x0_80_0_0_b1027a8002d8c3507b3aee0433dd1f00.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
tibb, işğaldan azad edilmiş ərazilər, klinika, tibbi sığorta, icbari tibbi sığorta, sığorta
tibb, işğaldan azad edilmiş ərazilər, klinika, tibbi sığorta, icbari tibbi sığorta, sığorta
Başa çatmaqda olan il tibb sahəsində nələrlə yadda qaldı?
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib.
BAKI, 31 dekabr — Sputnik. 2024-cü il Azərbaycan tibb sahəsində də bir sıra yeniliklərlə yadda qaldı. İcbari Tibbi Sığortanın xidmətlər zərfinə yeni tibbi xidmətlərin daxil edilməsi, elektron reseptin tətbiqi və sair yenilikləri yola saldığımız ilin tibb sahəsində əsas yeniliklərindən saymaq olar. Sputnik Azərbaycan səhiyyə sahəsində 2024-cü ildə daha hansı işlərin görüldüyünü, yola saldığımız ilin səhiyyə mənzərəsini oxuculara təqdim edir.
Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, 2024-cü ildə Azərbaycanın səhiyyə sistemi, müasir texnologiyaların tətbiqi və keyfiyyətli tibbi xidmətlərin genişləndirilməsi ilə sürətli inkişaf mərhələsinə qədəm qoydu. Səhiyyə Nazirliyinin təşəbbüsü ilə 2024-cü ildə ölkə üzrə yeni tibb müəssisələrinin tikintisi və mövcud olanların modernləşdirilməsi istiqamətində genişmiqyaslı işlər görüldü. Müasir tibbi avadanlıqların istifadəsi, diaqnostikanın dəqiqliyini artırır, xəstələrin müalicə prosesini sürətləndirir və onların sağlamlıq vəziyyətini daha effektiv şəkildə izləməyə imkan yaradır. Yeni tibb müəssisələrinin açılması ilə, regionlarda yaşayan əhalinin böyük şəhərlərə getmək zərurəti azalır və onlara yüksək keyfiyyətli tibbi xidmətlər yaşadıqları yerlərdə təqdim olunur.
Tibbi xidmətlərə müraciət 22 milyonu aşıb
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən (Agentlik) icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərə edilən müraciətlərin sayı ötən illə müqayisədə 9% artaraq 22 milyonu keçib. Xidmətlərin sayı isə ötən il ilə müqayisədə 20% artaraq 76.8 milyon olub. Bu rəqəmlər əhalinin icbari tibbi sığorta sisteminə olan inamının artdığını və tibbi xidmətlərə əlçatanlığın əhəmiyyətli dərəcədə yüksəldiyini göstərir.
Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin sayı da artırılaraq 179-a çatıb. Özəl tibb müəssisələrində həyata keçirilən cərrahi əməliyyat sayı 30%, göndəriş sayı isə 12% artaraq müvafiq olaraq 167 mini və 304 mini keçib. Sığorta çərçivəsində özəl xəstəxanalarda da tibbi xidmətlərə əlçatanlığın təmin edildiyini göstərir.
2024-cü ilin 11 ayı ərzində 248.6 milyon manat məbləğində özəl tibb müəssisələrinə ödəniş olunub. Tibb müəssisələrinə müraciətlərin əsas hissəsi qan dövranı xəstəlikləri, ümumi tibbi baxış, endokrin sisteminin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozuntuları, tənəffüs sistemi xəstəlikləri ilə bağlı olub. Ümumilikdə əhalinin 52%-i icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə edib. Bu hər iki şəxsdən birinin icbari tibbi sığortanın imkanlarından yararlandığını göstərir.
2024-cü ilin ilk 10 ayında sığortahaqqı ödəyənlərin sayı 2 milyon 237 min nəfərə çatıb ki, bu da iqtisadi fəal əhalinin 42%-ni təşkil edir. Sığortahaqqı ödəyən şəxslərin təxminən yarısı tibbi xidmətlərdən yararlanaraq sığortanın təmin etdiyi imkanlardan istifadə edib.
2023-cü il üzrə sığortahaqqı ödəyənlər üçün bir pasiyentə düşən ödəniş 181 manat, ödəməyənlər üçün isə 172 manat olub.
Yaş qrupları üzrə xidmətlərdə ən çox xərc 65 yaşdan yuxarı sığortahaqqı ödəyən əhali arasında qeydə alınıb. Sözügedən kateqoriya üzrə 1 pasiyentə düşən ödəniş 405 manat təşkil edib ki, bu da sığorta sisteminin yaşlı əhali üçün vacibliyini göstərir.
Ambulator dərman təminatına gələn ilin ikinci yarısından başlanılacaq
Ambulator dərman vasitələrinin təminatına 2025-ci ilin 6 ayı üzrə 40 milyon manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub. Yola saldığımız ildə "Tibbi sığorta haqqında" qanun Milli Məclisdə 3-cü oxunuşdan keçdi. Qanunun tələbindən irəli gələn tapşırıqların icra edilməsinə, mexanizmlərin yaradılmasına yarım ilə yaxın vaxt tələb olunur. Bu o deməkdir ki, ambulatorda dərman təminatına ilin 2-ci yarısı başlanılacaq.
2020-ci ildən etibarən icbari tibbi sığortanın maliyyə dayanıqlığını təmin etmək məqsədilə həyata keçirilən investisiyalar nəticəsində 135.5 milyon manat gəlir əldə olunub. 2024-cü il üçün isə bu rəqəm 74.2 milyon manat təşkil edir. İnvestisiyalardan əldə olunan hər bir vəsait sığortaolunanlara daha keyfiyyətli tibbi xidmətlərin göstərilməsi məqsədilə istifadə olunur. Səhiyyəyə ayrılan vəsait 2.8 milyard manatı ötür. Bu vəsaitlərin əsas hissəsini dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsait, işəgötürən və işçi tərəfindən ödənilən sığortahaqları təşkil edir.
76.8 milyon tibbi xidmət göstərilib
TƏBİB-dən isə Sputnik Azərbaycan-a bildirilib ki, 2024-cü ilin yanvar-noyabr ayları ərzində tibb müəssisələrimizə 22.1 milyon müraciət qeydə alınıb. 76.8 milyon tibbi xidmət göstərilib. Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə 20.3 milyon müraciət qeydə alınıb, 63.8 milyon tibbi xidmət göstərilib. Belə ki, cari ildə müraciət sayında 9%, göstərilən tibbi xidmət sayında isə 20%-lik artım qeydə alınıb. Bakı üzrə olan çağırışlar əsasında 742 min 152 nəfərə yerində yardım olunub, 75 min 21 nəfər isə müxtəlif profilli tibb müəssisəslərinə hospitalizasiya olunub, müraciətlərin 39 minini əsassız çağırışlar təşkil edib. Ümumiyyətlə, Bakı üzrə gündəlik olaraq müraciətlərin sayı təxminən 2 200 – 2 300 arasında dəyişir.
Bu il TƏBİB-in fəaliyyət strategiyasına uyğun olaraq tibbi turizmin ölkəmizdə inkişafı istiqamətində addımlar atılıb. Belə ki, xaricdə təhsil almış həkimlərimizin vətənə geri qayıtması, tibbi xidmət göstərən personalımızın dil biliklərinin artırılması, xəstəxanalarımıza beynəlxalq sertifikatların alınması ilə bağlı işlərə başlanılıb.
Ən böyük uğurlardan biri kimi Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin birbaşa dəstəyi ilə Yeni Klinikanın Almaniyanın Münhen şəhərində yerləşən, 34 mindən çox əməkdaşı olan, 120-yə yaxın tibb müəssisəsində hər il təxminən 2,1 milyon pasiyentə 44 adda təxirəsalınmaz və ixtisaslaşmış tibbi xidmət göstərən "Sana Hospital" brendindən istifadə hüququ əldə etməsini qeyd etməliyik.
Bundan əlavə, yüksək nailiyyətlərdən biri Cənubi Qafqazda ilk dəfə olaraq TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinika üçün beynəlxalq nüfuza malik HIMSS təşkilatının EMRAM 6 akkreditasiya sertifikatının əldə edilməsi oldu.
"Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin siyahısı" və eləcə də "Donor orqanların transplantasiyasını həyata keçirən ixtisaslaşdırılmış tibb müəssisələrinin siyahısı"na TƏBİB-in tabeli tibb müəssisəsi olan Yeni Klinikanın əlavə edilməsi də önəmli hadisələrdən biridir.
Ayda 60-dan çox xəstəyə dializ xidməti göstərilir
2024-cü ilin avqust ayında Goranboy Rayon Mərkəzi Xəstəxanasında 10 cihazlıq Hemodializ şöbəsi istifadəyə verilib. Mərkəzdə ayda orta hesabla təqribən 60-dan çox xəstəyə dializ xidməti göstərilir. Gələn il isə Sumqayıt Tibb Mərkəzində 10 aparatlıq 2-ci hemodializ şöbəsi fəaliyyətə başlayacaq. Ümumiyyətlə, hazırda ölkədə işlək vəziyyətdə olan hemodializ aparatlarının sayı 723 ədəddir. Ölkə üzrə hemodializ şöbələrinin sayı isə 54-dür. Ölkə üzrə 4 mindən artıq xəstəyə xidmət göstərilir. Cari ildə Respublika Klinik Xəstəxanası, Yeni Klinika, Nizami Tibb Mərkəzi, Quba, Abşeron və Qəbələ rayon mərkəzi xəstəxanalarında endoprotezləşdirmə əməliyyatlarının icrası təmin edilib. Hazırda bu müəssisələrlə yanaşı, Mərkəzi Neftçilər Xəstəxanası, Kliniki Tibbi Mərkəz, Gəncə Birləşmiş Şəhər Xəstəxanası, Sumqayıt Tibb Mərkəzi, Qusar, Şirvan və Zaqatala rayon mərkəzi xəstəxanaları da daxili olmaqla 13 tibb müəssisəsində mürəkkəb travmatoloji və endoprotezləşdirmə əməliyyatları uğurla icra olunur. 2024-cü il ərzində ümumilikdə 772 endoprotez əməliyyatı həyata keçirilib. Bu il Nizami Tibb Mərkəzində, Qobustan Rayon Mərkəzi Xəstəxanasında oftalmologiya şöbəsi yaradılıb, oftalmoloji cərrahi əməliyyatların icrasına başlanılıb. Həmçinin hazırda Respublika Klinik Xəstəxanasında, Mərkəzi Neftçilər Xəstəxanası, Yeni Klinikada, Sabunçu, Sumqayıt tibb mərkəzlərində, Füzuli, Ağdam rayon mərkəzi xəstəxanalarında oftalmoloji cərrahi əməliyyatlar icra olunur.
İşğaldan azad olunan ərazilərdə tibbi xidmət yenidən qurulur
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib. İşğaldan azad olunmuş ərazilərdə ilkin səhiyyə xidmətinin təşkili üçün baş plan hazırlanıb, 81 kənddə, 8 qəsəbə və 8 şəhərdə ilkin səhiyyə müəssisələrinin dəqiqləşdirilmiş dislokasiyaları və eskiz layihələri Səhiyyə Nazirliyinin tikinti üzrə mütəxəssisləri ilə birlikdə hazırlanaraq Nazirliyin Tikilməkdə Olan Müəssisələrin Müdiriyyəti İdarəsinə təqdim edilib.
Hazırda işğaldan azad edilən torpaqlarımızda Ağalı, Hadrut, Cəbrayıl, Laçın, Talış, Füzuli, Xocalı ASM, Şuşa, Zəngilan, Ağdam modul, Ağdərə xəstəxanası, Xankəndi poliklinikası fəaliyyət göstərir. "Böyük Qayıdış" layihəsi çərçivəsində Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən təqdim olunan siyahı əsasında 2022-2024-cü illər ərzində ümumilikdə 6561 sakinin tibbi müayinələrdən keçirilməsi təmin edilib. 2024-cü ilin yanvarından bugünədək isə 819 ailənin, 3100 sakinin tibbi müayinələrədən keçirilməsi icra olunub.
Cari ilin 11 ayı ərzində 10 min 284 qazimizin 87 min 757 müraciətinə uyğun olaraq 251 min 82 tibbi xidmət göstərilib. Şəhidlərimizin ailə üzvlərindən 6 min 43 vətəndaşın 46 min 526 müraciətinə uyğun olaraq 161 min 901 tibbi xidmət göstərilib.
"Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası"na əsasən tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ saxlanılan Həkim Məsləhət Komissiyalarının yekun siyahısı hazırlanıb və həmin siyahıya əsasən göndəriş vermək hüququ saxlanılan TƏBİB tabeli tibb müəssisələrinin sayı 24-ə çatdırılıb. 2024-cü il ərzində əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibb müəssisələri tərəfindən 61 min 260 nəfərə göndəriş rəsmiləşdirilib və Tibbi-Sosial Ekspert Komissiyasına göndərilib.
2024-cü ilin yanvar-noyabr ayları ərzində tibb müəssisələrimizdə 348 mindən çox cərrahi əməliyyat və prosedur icra olunub. 6 milyondan çox radioloji müayinə həyata keçirilib. Hesabat dövründə laborator xidmətlərin sayı 30.5 milyon olub ki, bu isə keçən illə müqayisədə 34% artım deməkdir.
Cari ilin 11 ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 1,6 milyondan çox çağırış qeydə alınıb. Ən çox müraciət Bakı şəhəri üzrə olub, paytaxtda 11 ay ərzində 781 min 152 müraciət qeydə alınıb. Sumqayıt üzrə 132 min 711, Gəncə üzrə 93 min 536, Abşeron üzrə 34 min 46, Mingəçevir üzrə isə 38 min 357 çağırış qeydə alınıb.