https://sputnik.az/20241231/azerbaycanda-ilin-iqtisadi-yekunlari-ve-2025-ci-ilin-prioritetleri-469663356.html
Azərbaycanda ilin iqtisadi yekunları və 2025-ci ilin prioritetləri
Azərbaycanda ilin iqtisadi yekunları və 2025-ci ilin prioritetləri
Sputnik Azərbaycan
Deputat bildirib ki, qeyri-neft sektorunun iqtisadi artımda payının artması 2024-cü ilin müsbət cəhətlərindən biridir. 31.12.2024, Sputnik Azərbaycan
2024-12-31T19:44+0400
2024-12-31T19:44+0400
2024-12-31T20:16+0400
avro-2024-ün seçmə mərhələsi
iqtisadiyyat
xankəndi şəhəri
əli əsədov
prezident ilham əliyev
vüqar bayramov
sosial
sosial-iqtisadi inkişaf
sosial müavinət
dövlət büdcəsi
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/0b/469337141_0:160:3072:1888_1920x0_80_0_0_a534ef3c152f172c4313cc71462767ca.jpg
BAKI, 31 dekabr — Sputnik. "2024-cü il Azərbaycan üçün vacib illərdən biri kimi xarakterizə olundu. Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etdi və bu, dünyanın ən böyük tədbirlərdən biri kimi qiymətləndirilir. Həmin tədbirə qatılan ölkələrin sayı bir daha təsdiq etdi ki, Azərbaycan 2024-cü ildə qlobal iqlim dəyişikliyinə töhfə verən ölkələrdən biri kimi, məhz regionda yaşıl zona şəbəkəsinin formalaşmasına da dəstəyini davam etdirdi". Bu sözləri Sputnik Azərbaycan-a Milli Məclisin deputatı Vüqar Bayramov 2024-cü ilin iqtisadi yekunlarını şərh edərkən deyib. Deputat bildirib ki, Azərbaycanda 2024-cü il üçün xarakterik cəhətlərdən biri məhz ümumi daxili məhsul (ÜDM) istehsalında artım tempinin qorunub saxlanılması və ÜDM istehsalında artımın proqnozlaşdırılandan daha çox olmasıdır: "İlkin nəticələrə əsasən, ölkədə ÜDM istehsalı 4,1 faiz, qeyri-neft sektorunda ÜDM istehsalı 6,7 faiz artıb. Bu, ölkə iqtisadiyyatında artımın daha çox qeyri-neft sektoru hesabına formalaşması anlamına gəlir. Qeyri-neft sektorunun iqtisadi artımda payının artması 2024-cü ilin müsbət cəhətlərindən biridir". "Artıq 10 minə yaxın keçmiş məcburi köçkün öz ata-baba yurdlarına qayıdıb" "Bu il Qarabağ və Şərqi Zəngəzurun bərpası, yenidən qurulması davam etdirildi. Ümumiyyətlə, Zəfərdən sonra Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpasına yalnız dövlət büdcəsindən 18 milyard manata yaxın vəsait ayırıb. Növbəti il ən azı 4 milyard manat vəsait bu istiqamətə yönəldiləcək. Bu da ondan xəbər verir ki, işğaldan azad edilmiş ərazilərin bərpası əvvəlki illərdə olduğu kimi, 2024-cü ildə də prioritet oldu. Qarabağ və Şərqi Zəngəzurda məskunlaşma davam etdi və artıq 10 minə yaxın keçmiş məcburi köçkün öz ata-baba yurdlarına qayıdıb və 2025-ci ildə də bu proses davam etdiriləcək", - o qeyd edib. Deputat diqqətə çatdırıb ki, 2024-cü il həm də Azərbaycanın mavi qaz hasilatının artması və regionun, eləcə də Avropanın enerji təhlükəsizliyinə töhfəsini genişləndirməsi ilə yadda qaldı: "Avropa İttifaqının mavi qaz idxal etdiyi ölkələr arasında artıq Azərbaycan ilk beşlikdə yer alır. İlkin gözləntilərə görə, 2024-cü ildə Azərbaycanın Avropaya mavi qaz ixracı 8 faizə yaxın artacaq. Bu kontekstdən 2024-cü il Azərbaycanın enerji ixracında xüsusi rola malik olan illərdən oldu. Eyni zamanda qeyri-neft ixracımızda artım tempi qorunub saxlanıldı. Xüsusən 2024-cü ilin ikinci yarısında bu istiqamətdə artımları müşahidə etdik". 2025-ci ilin prioritetləri... O bildirib ki, 2025-ci il üçün prioritetlərimiz var: "Azərbaycan Prezidenti tərəfindən yeni dövrün yeni hədəfləri müəyyənləşdirilib. İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması davam etdiriləcək. Eyni zamanda növbəti sosial paket genişlənəcək və 3 milyon insanı əhatə edən sosial ayırmalar həyata keçiriləcək. Ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin gücləndirilməsi davam etdiriləcək". "2025-ci ildə də iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun payının artırılması, sahibkarların daha yaxından dəstəklənməsi ilə bağlı islahatların dərinləşməsi gözlənilir. Bunlar prioritet olaraq qalmaqdadır. Digər vacib məqamlardan biri də yaşıl iqtisadiyyatın genişləndirilməsi ilə bağlıdır. Gözlənilir ki, Azərbaycan 2025-ci ildə yaşıl iqtisadiyyat ilə bağlı daha çox layihələr reallaşdıracaq", - deputat əlavə edib. Statistik məlumatlar nə deyir? Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin yanvar-noyabr aylarında ölkədə 113,2 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,1 faiz çox ümumi daxili məhsul istehsal olunub. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,4 faiz, qeyri-neft-qaz sektorunda isə 6,4 faiz artıb. ÜDM istehsalının 37,1 faizi sənaye, 10 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 7,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,2 faizi tikinti, 6,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 19,2 faizi digər sahələrin payına düşüb. Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2024-cü ilin yanvar-noyabr aylarında 58,3 milyard manatlıq və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz çox sənaye məhsulu istehsal edilib. Neft-qaz sektorunda məhsul istehsalı 0,6 faiz, qeyri-neft-qaz sektorunda isə 7,2 faiz artıb. 2024-cü ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,8 faiz artaraq 993,2 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub. İstifadə olunmuş investisiyanın 8,1 milyard manatı və ya 51,2 faizi məhsul istehsalı sahələrinə, 5,6 milyard manatı (35,3 faizi) xidmət sahələrinə, 2,1 milyard manatı (13,5 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. İşğaldan azad edilmiş ərazilərdə yeni iş yerlərinin sayı artır Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin yanvar-sentyabr aylarında işğaldan azad edilmiş ərazilərdə 1532 yeni iş yeri yaradılıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 55 faiz artım deməkdir. Keçən ilin eyni dövründə azad edilmiş ərazilərdə 989 yeni iş yeri açılıb. Cari ilin yanvar-sentyabr aylarında azad edilmiş ərazilərdə ən çox yeni iş yerləri Laçın, Şuşa və Xankəndidə yaradılıb. Belə ki, hesabat dövründə Laçında 409, Şuşada 324, Xankəndində 209 yeni iş yeri açılıb. Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-a məlumat verilib ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi ölkə iqtisadiyyatının qeyri neft-qaz sektorunda dayanıqlı inkişafın təmin edilməsinə, iqtisadiyyatın diversifikasiyası nəticəsində yeni istehsal və emal müəssisələrinin fəaliyyətə başlamasına, prioritet sahələrə irihəcmli investisiyaların yönəldilməsi yeni müəssisələrin yaradılmasına və yeni iş yerlərinin açılmasına zəmin yaradıb. Ölkə ərazisində 2024-cü ilin doqquz ayı ərzində yaradılmış 10505 yeni müəssisə və təşkilatın 2,2 faizi Qarabağ iqtisadi rayonunda, 1 faizi Şərqi Zəngəzur iqtisadi rayonunda qeydiyyatda olub. Qarabağda iş imkanları Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev mediaya bildirib ki, dövlət başçısı tərəfindən "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" təsdiq edilib: "Bu Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərə qayıtmış keçmiş məcburi köçkünlərin məşğulluğu ilə bağlı geniş, aktiv tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Hazırda Qarabağ və Şərqi Zəngəzura qayıtmış üç min şəxsin aktiv məşğulluğu nazirlik tərəfindən təmin olunub. Bu, həmin ərazidə olan iqtisadi fəal əhalinin təxminən 85-86 faizini təşkil edir. İşğaldan azad olunmuş ərazilərdə hazırda böyük quruculuq, bərpa işləri həyata keçirilir. Dövlət vəsaiti hesabına böyük infrastruktur layihələri icra olunur". Nazir müavini bildirib ki, 2026-cı ilin sonunadək 12 min şəxsin yalnız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə peşə hazırlığına cəlb olunmasını planlaşdırırıq: "Digər bir istiqamət isə özünüməşğulluq proqramıdır. İşğaldan azad olunmuş ərazilərdə müxtəlif istiqamətlər üzrə özünüməşğulluq proqramının həyata keçirilməsini hədəfləmişik və tədbirlərimizi davam etdiririk". Qeyd edək ki, hazırda Dövlət Məşğulluq Agentliyi tərəfindən işğaldan azad olunan ərazilər üzrə aktiv vakansiya və iş imkanı mövcuddur. Vakansiyalar üzrə əməkhaqqı işəgötürən tərəfindən müəyyən edilir. Dövlət Məşğulluq Agentliyinin rəsmi internet səhifəsində "Qarabağda iş imkanları" adlı platformada vətəndaşlar onlara uyğun vakansiyalarla tanış ola və müraciət edə bilərlər. Ən yüksək maaş Xankəndi şəhərində verilir Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8 faiz artaraq 993 manat təşkil edib. Hesabat dövründə işğaldan azad edilmiş ərazilərdə orta aylıq əməkhaqqı ən yüksək Xankəndi şəhərində olub. Belə ki, Xankəndi şəhərində muzdlu işçilərin orta aylıq əməkhaqqı 1771 manat təşkil edib. Bundan başqa, Ağdərə rayonunda muzdlu işçilərin orta aylıq əməkhaqqı 926 manat, Şuşa rayonunda orta aylıq əməkhaqqı 891 manat, Zəngilan rayonunda orta aylıq əməkhaqqı 883 manat təşkil edib və s. Azad edilmiş ərazilərdə sahibkarlara güzəştlər edilir Dövlət Vergi Xidmətinin məlumatına əsasən, işğaldan azad edilmiş ərazilər əlverişli coğrafi quruluşa və böyük istehsal potensialına malikdir. Burada həm sənayeləşmə, həm də hasilat sənayesi baxımından kifayət qədər geniş imkanlar mövcuddur. Buna görə də həmin ərazilərdə rezident kimi qeydiyyatdan keçən subyektlər genişhəcmli güzəştlərlə əhatə olunub. İşğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad edilib. İşğaldan azad edilmiş ərazinin rezidenti dedikdə, işğaldan azad edilmiş ərazilərdə vergi uçotuna alınan və bilavasitə həmin ərazilərdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslər başa düşülür. Həmçinin işğaldan azad edilmiş ərazilərdə rezidentlər tərəfindən texnika, texnoloji avadanlıqlar və qurğular, habelə xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində vergidən azad edilib. Bütövlükdə, işğaldan azad olunmuş ərazilərdə real sektorun bütün sahələri, yəni ticarət, xidmət, istehsal, tikinti sektoru, hasilat sənayesi və s. vergi güzəştləri ilə əhatə edilib. İşğaldan azad edilmiş ərazilərimizdə fəaliyyət göstərən işəgötürənlər tərəfindən işçilər üçün ödənilən sosial sığorta haqları 2026-cı ilədək tam olaraq dövlət tərəfindən subsidiyalaşdırılacaq. Muzdlu işçisi olan sahibkarlarla yanaşı, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə də özlərinə görə ödədiyi məcburi dövlət sosial sığorta haqları 10 il müddətində 100 faiz miqdarında dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılacaq. Yəni həmin ərazilərdə fəaliyyət göstərən sahibkarlar ödədikləri məcburi dövlət sosial sığorta haqlarını dövlət büdcəsi hesabına subsidiya vasitəsilə geri ala biləcəklər. Əsas məqsəd işğaldan azad edilmiş ərazilərdə sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün əlverişli şəraitin yaradılması, sığortaedənlərin xərclərinin minimum səviyyəyə endirilməsidir. Azərbaycan Prezidentinin 7 iyul 2021-ci il tarixli Fərmanı ilə iqtisadi rayonların yeni bölgüsü təsdiqlənib. Yeni bölgüyə əsasən iqtisadi rayonların sayı 14-ə çatdırılıb. Qarabağ iqtisadi rayonu dedikdə Xankəndi şəhəri, Ağcabədi rayonu, Ağdam rayonu, Ağdərə rayonu, Bərdə rayonu, Füzuli rayonu, Xocalı rayonu, Xocavənd rayonu, Şuşa rayonu, Tərtər rayonu nəzərdə tutulur. Şərqi Zəngəzur iqtisadi rayonu dedikdə isə Cəbrayıl rayonu, Kəlbəcər rayonu, Qubadlı rayonu, Laçın rayonu, Zəngilan rayonu nəzərdə tutulur. "Əməkhaqqı, pensiya, müavinət və təqaüdlərdə yeni artımlar ediləcək" Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sputnik Azərbaycan-a bildiriblər ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" 23 dekabr 2024-cü il tarixli Sərəncam dövlət başçısının siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayandığını və bu məqsədlə aparılan sosial islahatların uğurla davam etdirildiyini bir daha göstərir. Sərəncama əsasən: -2025-ci il yanvarın 1-dən ölkəmizdə minimum aylıq əməkhaqqının məbləği 345 manatdan 16 faiz artımla 400 manata, -2025-ci il fevralın 1-dən əmək pensiyasının minimum məbləği 280 manatdan 14,3 faiz artımla 320 manata çatdırılacaq. Bildirilib ki, bu artımlarla birgə artıq 2018-ci ilin əvvəlindən minimum aylıq əməkhaqqında 3,1 dəfə, minimum pensiyada 3 dəfəyədək artıma nail olunub: "Yeni sosial islahat paketində digər sosial ödənişlərin artırılması da yer alıb. Sərəncamla Nazirlər Kabineti gələn il sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini 3 ay müddətində ölkə Prezidentinə təqdim edəcək. 2018-2024-cü illərdə müavinət və təqaüd ödənişlərində 5 dəfə artım baş verib və göründüyü kimi, bu artım dinamikası gələn il də davam edəcək. Həmçinin, Sərəncamla Nazirlər Kabineti dövlət büdcəsindən maliyyələşən sahələrdə aylıq tarif (vəzifə) maaşlarının minimum aylıq əməkhaqqının artırılmış yeni məbləğinə uyğunlaşdırılmasını təmin edəcək". Diqqətə çatdırılıb ki, beləliklə, həmin sahələr (sosial, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər, idman, kənd təsərrüfatı, ekologiya, ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat, rabitə, meliorasiya, su təsərrüfatı və s.) üzrə 19 pillədən ibarət vahid tarif cədvəlinin ilk pilləsindəki maaş 400 manata çatdırılmaqla, digər pillələr üzrə maaşlarda da buna uyğun artımlar tətbiq ediləcək. "Artımlar üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılacaq" "Yeni Sərəncamla icrasına başlanan növbəti sosial islahat paketi gələn ilin əvvəlindən pensiyaların indeksləşdirilərək artırılması da nəzərə alınmaqla ümumən 3 milyon insanı əhatə edəcək və onlara yönələn əməkhaqqı, pensiya, müavinət və təqaüdlər artırılacaq. Həmin artımlar üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılacaq", - məlumatda vurğulanıb. Bildirilib ki, dövlət büdcəsində sosialyönlü xərclərin ardıcıl və ciddi artımı da sosial dövlətin mühüm cəhətlərindən biri kimi diqqəti cəlb edir: "Məsələn, bu xərclər 2021-ci ildəki 10,3 milyard manatdan 2024-cü il üçün 15,5 milyard manata çatıb və 2025-ci ilin büdcə layihəsində 16,9 milyard manat nəzərdə tutulur. Beləliklə, həmin xərclərdə qısa müddətdə 6,6 milyard və ya 1,6 dəfə artım olub. Sosialyönlü xərclərin çəkisinin büdcədə 41 faiz olması sosial rifahın dövlət siyasətinin prioritet istiqaməti olduğunu bir daha göstərir". Əli Əsədov: "Əsas vəzifələrdən biri inflyasiyanın birrəqəmli səviyyəsinin təmin edilməsi olacaq" Xatırladaq ki, Baş nazir Əli Əsədov Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı bildirib ki, 2025-ci ildə də hökumətin əsas vəzifələrindən biri balanslaşdırılmış büdcənin, makroiqtisadi sabitliyin və inflyasiyanın birrəqəmli səviyyəsinin təmin edilməsi olacaq. Hökumət tərəfindən təsdiq edilmiş müvafiq Tədbirlər Planının icrası da antiinflyasiya tədbirlərinə öz töhfəsini verib. Baş nazir deyib ki, dünya ərzaq qiymətlərinin nisbətən bahalaşmasına, əsas ticarət tərəfdaşlarında yüksək inflyasiyaya baxmayaraq, 2024-cü ilin 11 ayında Azərbaycanda illik inflyasiya 4,4 faiz olub: "Hazırda dünyada və regionda davam edən geosiyasi gərginliklərə, iqlim dəyişikliklərinə, əmtəə bazarlarında qiymətlərin volatilliyinə baxmayaraq ölkəmizdə makroiqtisadi və maliyyə sabitliyi təmin olunub". Baş nazir qeyd edib ki, əsas vəzifələrdən biri də ərzaq təhlükəsizliyinin təmin edilməsi, idxalın əvəzləşdirilməsi və ixrac coğrafiyasının şaxələndirilməsidir. "2025-ci ilin dövlət büdcəsində ərzaq təhlükəsizliyi tədbirləri üçün böyük həcmdə vəsait nəzərdə tutulur. Eyni zamanda hökumət tərəfindən regionların sosial-iqtisadi inkişafına dair növbəti 5 illik dövlət proqramının hazırlanması planlaşdırılır. Sənəddə sahibkarlığın inkişafının dəstəklənməsi, kənd yerlərində infrastrukturun inkişafı və məşğulluğun artırılması, turizm potensialının reallaşdırılması tədbirləri nəzərdə tutulur", - Baş nazir qeyd edib.
xankəndi şəhəri
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/0b/469337141_171:0:2902:2048_1920x0_80_0_0_0f549faefefc1ba6d6da4e67532b2764.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
avro-2024-ün seçmə mərhələsi, xankəndi şəhəri, əli əsədov, prezident ilham əliyev, vüqar bayramov, sosial, sosial-iqtisadi inkişaf, sosial müavinət, dövlət büdcəsi
avro-2024-ün seçmə mərhələsi, xankəndi şəhəri, əli əsədov, prezident ilham əliyev, vüqar bayramov, sosial, sosial-iqtisadi inkişaf, sosial müavinət, dövlət büdcəsi
BAKI, 31 dekabr — Sputnik. "2024-cü il Azərbaycan üçün vacib illərdən biri kimi xarakterizə olundu. Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etdi və bu, dünyanın ən böyük tədbirlərdən biri kimi qiymətləndirilir. Həmin tədbirə qatılan ölkələrin sayı bir daha təsdiq etdi ki, Azərbaycan 2024-cü ildə qlobal iqlim dəyişikliyinə töhfə verən ölkələrdən biri kimi, məhz regionda yaşıl zona şəbəkəsinin formalaşmasına da dəstəyini davam etdirdi".
Bu sözləri Sputnik Azərbaycan-a Milli Məclisin deputatı Vüqar Bayramov 2024-cü ilin iqtisadi yekunlarını şərh edərkən deyib.
Deputat bildirib ki, Azərbaycanda 2024-cü il üçün xarakterik cəhətlərdən biri məhz ümumi daxili məhsul (ÜDM) istehsalında artım tempinin qorunub saxlanılması və ÜDM istehsalında artımın proqnozlaşdırılandan daha çox olmasıdır: "İlkin nəticələrə əsasən, ölkədə ÜDM istehsalı 4,1 faiz, qeyri-neft sektorunda ÜDM istehsalı 6,7 faiz artıb. Bu, ölkə iqtisadiyyatında artımın daha çox qeyri-neft sektoru hesabına formalaşması anlamına gəlir. Qeyri-neft sektorunun iqtisadi artımda payının artması 2024-cü ilin müsbət cəhətlərindən biridir".
"Artıq 10 minə yaxın keçmiş məcburi köçkün öz ata-baba yurdlarına qayıdıb"
"Bu il Qarabağ və Şərqi Zəngəzurun bərpası, yenidən qurulması davam etdirildi. Ümumiyyətlə, Zəfərdən sonra Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpasına yalnız dövlət büdcəsindən 18 milyard manata yaxın vəsait ayırıb. Növbəti il ən azı 4 milyard manat vəsait bu istiqamətə yönəldiləcək. Bu da ondan xəbər verir ki, işğaldan azad edilmiş ərazilərin bərpası əvvəlki illərdə olduğu kimi, 2024-cü ildə də prioritet oldu. Qarabağ və Şərqi Zəngəzurda məskunlaşma davam etdi və artıq 10 minə yaxın keçmiş məcburi köçkün öz ata-baba yurdlarına qayıdıb və 2025-ci ildə də bu proses davam etdiriləcək", - o qeyd edib.
Deputat diqqətə çatdırıb ki, 2024-cü il həm də Azərbaycanın mavi qaz hasilatının artması və regionun, eləcə də Avropanın enerji təhlükəsizliyinə töhfəsini genişləndirməsi ilə yadda qaldı: "Avropa İttifaqının mavi qaz idxal etdiyi ölkələr arasında artıq Azərbaycan ilk beşlikdə yer alır. İlkin gözləntilərə görə, 2024-cü ildə Azərbaycanın Avropaya mavi qaz ixracı 8 faizə yaxın artacaq. Bu kontekstdən 2024-cü il Azərbaycanın enerji ixracında xüsusi rola malik olan illərdən oldu. Eyni zamanda qeyri-neft ixracımızda artım tempi qorunub saxlanıldı. Xüsusən 2024-cü ilin ikinci yarısında bu istiqamətdə artımları müşahidə etdik".
2025-ci ilin prioritetləri...
O bildirib ki, 2025-ci il üçün prioritetlərimiz var: "Azərbaycan Prezidenti tərəfindən yeni dövrün yeni hədəfləri müəyyənləşdirilib. İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması davam etdiriləcək. Eyni zamanda növbəti sosial paket genişlənəcək və 3 milyon insanı əhatə edən sosial ayırmalar həyata keçiriləcək. Ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin gücləndirilməsi davam etdiriləcək".
"2025-ci ildə də iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun payının artırılması, sahibkarların daha yaxından dəstəklənməsi ilə bağlı islahatların dərinləşməsi gözlənilir. Bunlar prioritet olaraq qalmaqdadır. Digər vacib məqamlardan biri də yaşıl iqtisadiyyatın genişləndirilməsi ilə bağlıdır. Gözlənilir ki, Azərbaycan 2025-ci ildə yaşıl iqtisadiyyat ilə bağlı daha çox layihələr reallaşdıracaq", - deputat əlavə edib.
Statistik məlumatlar nə deyir?
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin yanvar-noyabr aylarında ölkədə 113,2 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,1 faiz çox ümumi daxili məhsul istehsal olunub. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,4 faiz, qeyri-neft-qaz sektorunda isə 6,4 faiz artıb. ÜDM istehsalının 37,1 faizi sənaye, 10 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 7,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,2 faizi tikinti, 6,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 19,2 faizi digər sahələrin payına düşüb.
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2024-cü ilin yanvar-noyabr aylarında 58,3 milyard manatlıq və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz çox sənaye məhsulu istehsal edilib. Neft-qaz sektorunda məhsul istehsalı 0,6 faiz, qeyri-neft-qaz sektorunda isə 7,2 faiz artıb.
2024-cü ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,8 faiz artaraq 993,2 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
İstifadə olunmuş investisiyanın 8,1 milyard manatı və ya 51,2 faizi məhsul istehsalı sahələrinə, 5,6 milyard manatı (35,3 faizi) xidmət sahələrinə, 2,1 milyard manatı (13,5 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
İşğaldan azad edilmiş ərazilərdə yeni iş yerlərinin sayı artır
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin yanvar-sentyabr aylarında işğaldan azad edilmiş ərazilərdə 1532 yeni iş yeri yaradılıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 55 faiz artım deməkdir. Keçən ilin eyni dövründə azad edilmiş ərazilərdə 989 yeni iş yeri açılıb. Cari ilin yanvar-sentyabr aylarında azad edilmiş ərazilərdə ən çox yeni iş yerləri Laçın, Şuşa və Xankəndidə yaradılıb. Belə ki, hesabat dövründə Laçında 409, Şuşada 324, Xankəndində 209 yeni iş yeri açılıb.
Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-a məlumat verilib ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi ölkə iqtisadiyyatının qeyri neft-qaz sektorunda dayanıqlı inkişafın təmin edilməsinə, iqtisadiyyatın diversifikasiyası nəticəsində yeni istehsal və emal müəssisələrinin fəaliyyətə başlamasına, prioritet sahələrə irihəcmli investisiyaların yönəldilməsi yeni müəssisələrin yaradılmasına və yeni iş yerlərinin açılmasına zəmin yaradıb. Ölkə ərazisində 2024-cü ilin doqquz ayı ərzində yaradılmış 10505 yeni müəssisə və təşkilatın 2,2 faizi Qarabağ iqtisadi rayonunda, 1 faizi Şərqi Zəngəzur iqtisadi rayonunda qeydiyyatda olub.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev mediaya bildirib ki, dövlət başçısı tərəfindən "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" təsdiq edilib: "Bu Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərə qayıtmış keçmiş məcburi köçkünlərin məşğulluğu ilə bağlı geniş, aktiv tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Hazırda Qarabağ və Şərqi Zəngəzura qayıtmış üç min şəxsin aktiv məşğulluğu nazirlik tərəfindən təmin olunub. Bu, həmin ərazidə olan iqtisadi fəal əhalinin təxminən 85-86 faizini təşkil edir. İşğaldan azad olunmuş ərazilərdə hazırda böyük quruculuq, bərpa işləri həyata keçirilir. Dövlət vəsaiti hesabına böyük infrastruktur layihələri icra olunur".
Nazir müavini bildirib ki, 2026-cı ilin sonunadək 12 min şəxsin yalnız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə peşə hazırlığına cəlb olunmasını planlaşdırırıq: "Digər bir istiqamət isə özünüməşğulluq proqramıdır. İşğaldan azad olunmuş ərazilərdə müxtəlif istiqamətlər üzrə özünüməşğulluq proqramının həyata keçirilməsini hədəfləmişik və tədbirlərimizi davam etdiririk".
Qeyd edək ki, hazırda Dövlət Məşğulluq Agentliyi tərəfindən işğaldan azad olunan ərazilər üzrə aktiv vakansiya və iş imkanı mövcuddur. Vakansiyalar üzrə əməkhaqqı işəgötürən tərəfindən müəyyən edilir. Dövlət Məşğulluq Agentliyinin rəsmi internet səhifəsində "Qarabağda iş imkanları" adlı platformada vətəndaşlar onlara uyğun vakansiyalarla tanış ola və müraciət edə bilərlər.
Ən yüksək maaş Xankəndi şəhərində verilir
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8 faiz artaraq 993 manat təşkil edib. Hesabat dövründə işğaldan azad edilmiş ərazilərdə orta aylıq əməkhaqqı ən yüksək Xankəndi şəhərində olub. Belə ki, Xankəndi şəhərində muzdlu işçilərin orta aylıq əməkhaqqı 1771 manat təşkil edib. Bundan başqa, Ağdərə rayonunda muzdlu işçilərin orta aylıq əməkhaqqı 926 manat, Şuşa rayonunda orta aylıq əməkhaqqı 891 manat, Zəngilan rayonunda orta aylıq əməkhaqqı 883 manat təşkil edib və s.
Azad edilmiş ərazilərdə sahibkarlara güzəştlər edilir
Dövlət Vergi Xidmətinin məlumatına əsasən, işğaldan azad edilmiş ərazilər əlverişli coğrafi quruluşa və böyük istehsal potensialına malikdir. Burada həm sənayeləşmə, həm də hasilat sənayesi baxımından kifayət qədər geniş imkanlar mövcuddur. Buna görə də həmin ərazilərdə rezident kimi qeydiyyatdan keçən subyektlər genişhəcmli güzəştlərlə əhatə olunub. İşğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad edilib. İşğaldan azad edilmiş ərazinin rezidenti dedikdə, işğaldan azad edilmiş ərazilərdə vergi uçotuna alınan və bilavasitə həmin ərazilərdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslər başa düşülür. Həmçinin işğaldan azad edilmiş ərazilərdə rezidentlər tərəfindən texnika, texnoloji avadanlıqlar və qurğular, habelə xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində vergidən azad edilib. Bütövlükdə, işğaldan azad olunmuş ərazilərdə real sektorun bütün sahələri, yəni ticarət, xidmət, istehsal, tikinti sektoru, hasilat sənayesi və s. vergi güzəştləri ilə əhatə edilib.
İşğaldan azad edilmiş ərazilərimizdə fəaliyyət göstərən işəgötürənlər tərəfindən işçilər üçün ödənilən sosial sığorta haqları 2026-cı ilədək tam olaraq dövlət tərəfindən subsidiyalaşdırılacaq. Muzdlu işçisi olan sahibkarlarla yanaşı, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə də özlərinə görə ödədiyi məcburi dövlət sosial sığorta haqları 10 il müddətində 100 faiz miqdarında dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılacaq. Yəni həmin ərazilərdə fəaliyyət göstərən sahibkarlar ödədikləri məcburi dövlət sosial sığorta haqlarını dövlət büdcəsi hesabına subsidiya vasitəsilə geri ala biləcəklər. Əsas məqsəd işğaldan azad edilmiş ərazilərdə sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün əlverişli şəraitin yaradılması, sığortaedənlərin xərclərinin minimum səviyyəyə endirilməsidir.
Azərbaycan Prezidentinin 7 iyul 2021-ci il tarixli Fərmanı ilə iqtisadi rayonların yeni bölgüsü təsdiqlənib. Yeni bölgüyə əsasən iqtisadi rayonların sayı 14-ə çatdırılıb. Qarabağ iqtisadi rayonu dedikdə Xankəndi şəhəri, Ağcabədi rayonu, Ağdam rayonu, Ağdərə rayonu, Bərdə rayonu, Füzuli rayonu, Xocalı rayonu, Xocavənd rayonu, Şuşa rayonu, Tərtər rayonu nəzərdə tutulur. Şərqi Zəngəzur iqtisadi rayonu dedikdə isə Cəbrayıl rayonu, Kəlbəcər rayonu, Qubadlı rayonu, Laçın rayonu, Zəngilan rayonu nəzərdə tutulur.
"Əməkhaqqı, pensiya, müavinət və təqaüdlərdə yeni artımlar ediləcək"
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sputnik Azərbaycan-a bildiriblər ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" 23 dekabr 2024-cü il tarixli Sərəncam dövlət başçısının siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayandığını və bu məqsədlə aparılan sosial islahatların uğurla davam etdirildiyini bir daha göstərir.
-2025-ci il yanvarın 1-dən ölkəmizdə minimum aylıq əməkhaqqının məbləği 345 manatdan 16 faiz artımla 400 manata,
-2025-ci il fevralın 1-dən əmək pensiyasının minimum məbləği 280 manatdan 14,3 faiz artımla 320 manata çatdırılacaq.
Bildirilib ki, bu artımlarla birgə artıq 2018-ci ilin əvvəlindən minimum aylıq əməkhaqqında 3,1 dəfə, minimum pensiyada 3 dəfəyədək artıma nail olunub: "Yeni sosial islahat paketində digər sosial ödənişlərin artırılması da yer alıb. Sərəncamla Nazirlər Kabineti gələn il sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini 3 ay müddətində ölkə Prezidentinə təqdim edəcək. 2018-2024-cü illərdə müavinət və təqaüd ödənişlərində 5 dəfə artım baş verib və göründüyü kimi, bu artım dinamikası gələn il də davam edəcək. Həmçinin, Sərəncamla Nazirlər Kabineti dövlət büdcəsindən maliyyələşən sahələrdə aylıq tarif (vəzifə) maaşlarının minimum aylıq əməkhaqqının artırılmış yeni məbləğinə uyğunlaşdırılmasını təmin edəcək".
Diqqətə çatdırılıb ki, beləliklə, həmin sahələr (sosial, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər, idman, kənd təsərrüfatı, ekologiya, ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat, rabitə, meliorasiya, su təsərrüfatı və s.) üzrə 19 pillədən ibarət vahid tarif cədvəlinin ilk pilləsindəki maaş 400 manata çatdırılmaqla, digər pillələr üzrə maaşlarda da buna uyğun artımlar tətbiq ediləcək.
"Artımlar üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılacaq"
"Yeni Sərəncamla icrasına başlanan növbəti sosial islahat paketi gələn ilin əvvəlindən pensiyaların indeksləşdirilərək artırılması da nəzərə alınmaqla ümumən 3 milyon insanı əhatə edəcək və onlara yönələn əməkhaqqı, pensiya, müavinət və təqaüdlər artırılacaq. Həmin artımlar üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılacaq", - məlumatda vurğulanıb.
Bildirilib ki, dövlət büdcəsində sosialyönlü xərclərin ardıcıl və ciddi artımı da sosial dövlətin mühüm cəhətlərindən biri kimi diqqəti cəlb edir: "Məsələn, bu xərclər 2021-ci ildəki 10,3 milyard manatdan 2024-cü il üçün 15,5 milyard manata çatıb və 2025-ci ilin büdcə layihəsində 16,9 milyard manat nəzərdə tutulur. Beləliklə, həmin xərclərdə qısa müddətdə 6,6 milyard və ya 1,6 dəfə artım olub. Sosialyönlü xərclərin çəkisinin büdcədə 41 faiz olması sosial rifahın dövlət siyasətinin prioritet istiqaməti olduğunu bir daha göstərir".
Əli Əsədov: "Əsas vəzifələrdən biri inflyasiyanın birrəqəmli səviyyəsinin təmin edilməsi olacaq"
Xatırladaq ki, Baş nazir Əli Əsədov Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı bildirib ki, 2025-ci ildə də hökumətin əsas vəzifələrindən biri balanslaşdırılmış büdcənin, makroiqtisadi sabitliyin və inflyasiyanın birrəqəmli səviyyəsinin təmin edilməsi olacaq. Hökumət tərəfindən təsdiq edilmiş müvafiq Tədbirlər Planının icrası da antiinflyasiya tədbirlərinə öz töhfəsini verib.
Baş nazir deyib ki, dünya ərzaq qiymətlərinin nisbətən bahalaşmasına, əsas ticarət tərəfdaşlarında yüksək inflyasiyaya baxmayaraq, 2024-cü ilin 11 ayında Azərbaycanda illik inflyasiya 4,4 faiz olub: "Hazırda dünyada və regionda davam edən geosiyasi gərginliklərə, iqlim dəyişikliklərinə, əmtəə bazarlarında qiymətlərin volatilliyinə baxmayaraq ölkəmizdə makroiqtisadi və maliyyə sabitliyi təmin olunub".
Baş nazir qeyd edib ki, əsas vəzifələrdən biri də ərzaq təhlükəsizliyinin təmin edilməsi, idxalın əvəzləşdirilməsi və ixrac coğrafiyasının şaxələndirilməsidir.
"2025-ci ilin dövlət büdcəsində ərzaq təhlükəsizliyi tədbirləri üçün böyük həcmdə vəsait nəzərdə tutulur. Eyni zamanda hökumət tərəfindən regionların sosial-iqtisadi inkişafına dair növbəti 5 illik dövlət proqramının hazırlanması planlaşdırılır. Sənəddə sahibkarlığın inkişafının dəstəklənməsi, kənd yerlərində infrastrukturun inkişafı və məşğulluğun artırılması, turizm potensialının reallaşdırılması tədbirləri nəzərdə tutulur", - Baş nazir qeyd edib.