Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

2024-cü ili Azərbaycan üçün uğurlu il hesab etmək olar - Politoloq

© Sputnik / Murad OrujovCOP29-un bağlanış plenar iclası
COP29-un bağlanış plenar iclası - Sputnik Azərbaycan, 1920, 31.12.2024
Abunə olmaq
Politoloq hesab edir ki, ən yeni tarixdə Qərblə Azərbaycan münasibətlərinin inkişaf tendensiası razılaşmalar əsasında qurulub.
BAKI, 31 dekabr — Sputnik. "Əgər Azərbaycan-Qərb münasibətlərindən danışırıqsa, bunu iki mərhələyə bölmək olar: 44 günlük müharibəyə qədərki və ondan sonrakı dövr". Bunu Sputnik Azərbaycan-a Azərbaycan-Qərb münasibətlərinin 2024-cü il üzrə yekunları barədə danışarkən politoloq Yeganə Hacıyeva deyib.
Onun sözlərinə görə, müharibəyə qədərki dövrdə bəlli beynəlxalq münasibətlər müstəvisində ehtiyyatlı, güzəştli yanaşmalar var idi: "Həmin dövrdə də Azərbaycanın məqsədi milli maraqlarını müdafiə etməklə öz mövqeyini ifadə etmək idi. Müharibədən sonra bu yanaşma bir az fərqli oldu. Bu isə buna adət etməmiş Minsk Qrupunun həmsədr ölkələrinin xoşuna gəlməməyə başladı".
"Geridə qoyduğumuz il Azərbaycan üçün beynəlxalq müstəvidə öz mövqeyini möhkəmləndirməsi üçün vacib il oldu. Biz COP29 tədbirini keçirdik və il ərzində bu tədbirin ətrafında hüququ, sosial, iqtisadi, insan haqları sahələrin hamısında mövcud beynəlxalq beynəlxalq oyunçuları toplaya bildik. Bakıda keçirilmiş COP29 yetərincə uğurlu oldu", - politoloq bildirib.
© Sputnik / Murad OrujovCOP29-un bağlanış plenar iclası
COP29-un bağlanış plenar iclası - Sputnik Azərbaycan, 1920, 28.12.2024
COP29-un bağlanış plenar iclası
Yeganə Hacıyeva deyib ki, 2024-cü ili Azərbacan üçün uğurlu il hesab etmək olar: "Bununla belə ölkəmiz üçün risklər də var. Bu riskləri gözardı etmək mümkün deyil. Azərbaycan ətrafında təzyiq halqası formalaşdırmağa çalışırlar. Bunun üçün müxtəlif alətlərdən istifadə edilir. Bütün bunlar Azərbaycana qarşı demarşdır. Bu mərhələdə əsas məqsəd Azərbaycanın beynəlxalq təşkilatlarda fəaliyyətini məhdudlaşdırmaqdır. Proseslər Azərbaycan rəhbərliyinin nəzarəti altındadır. Amma bir şeyi də deməliyik ki, 2025-ci il Azərbaycan üçün surprizlər hazırlayır. 2025-ci ilin yanvar, fevral aylarından başlayaraq ötən ildən qalma problemlərlə bağlı müəyyən narahatlıqlar olacaq".
Politoloq hesab edir ki, ən yeni tarixdə Qərblə Azərbaycan münasibətlərinin inkişaf tendensiası razılaşmalar əsasında qurulub: "Münasibətlərin korlanması Azərbaycanın atdığı addımlarla bağlı deyil. Qərbin post-sovet məkanına yanlış yanaşması var. Onlar hesab edirlər ki, buradakı dəstəkçiləri vasitəsilə texnoloji imkanlardan istifadə etməklə porseslərə təsir edirlər. İndi ABŞ, Fransa və digər Qərb ölkələri hesab edirlər ki, Azərbaycan və başqa post-sovet ölkələri ilə təzyiq dili ilə danışmaq olar, ancaq onlar yanılırlar. Məsələ budur ki, bu gün Qərbin bu regionda rıçaqları zəifdir. Son proseslər onu göstərir ki, yeni texnoloji alətlərlə fikir formalaşdırılması üzən rejimə buraxılıb"
"Azərbaycan və Qərb münasibətlərinin normallaşması üçün hər iki tərəfdən atılmalı addımlar addımlar var. Tramp adimistrasiyası dövründə münasibətlər yumşalacağını deyə bimlərik. Bu ABŞ konqresində və hökumətinin tərkibi ilə bağlıdır. Eyni xətti Avropada da müşahidə edirik", - politoloq bildirib.
Xəbər lenti
0