https://sputnik.az/20241230/turkiyede-il-erzinde-bas-veren-yol-qezalarinin-yarisina-motosiklet-suruculeri-sebeb-olub-469767768.html
Türkiyədə il ərzində baş verən yol qəzalarının yarısına motosiklet sürücüləri səbəb olub
Türkiyədə il ərzində baş verən yol qəzalarının yarısına motosiklet sürücüləri səbəb olub
Sputnik Azərbaycan
Türkiyənin daxili işlər naziri nəqliyyat vasitələri sahiblərinə müraciət edib. 30.12.2024, Sputnik Azərbaycan
2024-12-30T17:01+0400
2024-12-30T17:01+0400
2025-01-02T10:50+0400
dünya xəbərləri
türkiyə
qəza
motosiklet
qəza
nazir
səfər
azərbaycan
inzibati xəta
https://cdnn1.img.sputnik.az/img/07e4/09/07/424864290_0:0:3072:1728_1920x0_80_0_0_2c8ff978e93f9873714b31b7caec55bd.jpg
BAKI, 30 dekabr - Sputnik. Türkiyədə 2024-cü ildə baş verən yol qəzalarının yarısına motosiklet sürücüləri səbəb olub. Bu barədə Azərbaycan Dövlət İnformasiya Agentliyinin ölkənin daxili işlər naziri Ali Yerlikayaya istinadən məlumatında deyilir. Bildirilir ki, 2024-cü ildə Türkiyədə baş verən yol nəqliyyat hadisələrinin 53 faizi motosikletçilər üzündən baş verib. Məlumata əsasən, il ərzində Türkiyənin motosikletlərdən daha çox istifadə edilən şəhərlərində bu nəqliyyat vasitəsinin sürücüləri barədə ümumilikdə 2,9 milyona yaxın inzibati xəta protokolu tərtib edilib.Nazir bununla bağlı etdiyi paylaşımda motosiklet sürücülərinə səslənib.Qeyd edək ki, bu ilin səkkiz ayı ərzində Türkiyədə motosikletlərin səbəb olduğu qəzalarda 75 minə yaxın insan ölüb və ya xəsarət alıb.Mütəxəssislər ölkədə motosikletlərin sayının sürətlə artmasına diqqət yönəldirlər.Qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, cari ilin 11 ayı ərzində Azərbaycanda baş vermiş 505 yol-nəqliyyat hadisəsi nəticəsində 344 nəfər ölüb, 335 nəfər isə yaralanıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/07/424864290_341:0:3072:2048_1920x0_80_0_0_311a336fda658922858e87bccaf97eb0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkiyə, qəza, motosiklet, qəza, nazir, səfər, azərbaycan, inzibati xəta
türkiyə, qəza, motosiklet, qəza, nazir, səfər, azərbaycan, inzibati xəta
Türkiyədə il ərzində baş verən yol qəzalarının yarısına motosiklet sürücüləri səbəb olub
17:01 30.12.2024 (Yenilənib: 10:50 02.01.2025) Türkiyənin daxili işlər naziri nəqliyyat vasitələri sahiblərinə müraciət edib.
BAKI, 30 dekabr - Sputnik. Türkiyədə 2024-cü ildə baş verən yol qəzalarının yarısına motosiklet sürücüləri səbəb olub. Bu barədə Azərbaycan Dövlət İnformasiya Agentliyinin ölkənin daxili işlər naziri Ali Yerlikayaya istinadən məlumatında deyilir.
Bildirilir ki, 2024-cü ildə Türkiyədə baş verən yol nəqliyyat hadisələrinin 53 faizi motosikletçilər üzündən baş verib.
Məlumata əsasən, il ərzində Türkiyənin motosikletlərdən daha çox istifadə edilən şəhərlərində bu nəqliyyat vasitəsinin sürücüləri barədə ümumilikdə 2,9 milyona yaxın inzibati xəta protokolu tərtib edilib.
Nazir bununla bağlı etdiyi paylaşımda motosiklet sürücülərinə səslənib.
“Səfərlər sizi sevdiklərinizə qovuşdurmaq üçündür, ayırmaq üçün deyil” - nazir bildirib.
Qeyd edək ki, bu ilin səkkiz ayı ərzində Türkiyədə motosikletlərin səbəb olduğu qəzalarda 75 minə yaxın insan ölüb və ya xəsarət alıb.
Mütəxəssislər ölkədə motosikletlərin sayının sürətlə artmasına diqqət yönəldirlər.
Qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, cari ilin 11 ayı ərzində Azərbaycanda baş vermiş 505 yol-nəqliyyat hadisəsi nəticəsində 344 nəfər ölüb, 335 nəfər isə yaralanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.