Embraer 190 - Sputnik Azərbaycan, 1920, 26.12.2024
Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması
Dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Təyyarə qəzasında xəsarət alan 3 yaralı Bakıda xəstəxanaya yerləşdirilib

© Kazakhstan's Emergency Ministry Press Service via APAzərbaycan Hava Yolları aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən Embraer 190 təyyarəsinin Aktau şəhərinin yaxınlığında qəzaya uğraması
Azərbaycan Hava Yolları aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən Embraer 190 təyyarəsinin Aktau şəhərinin yaxınlığında qəzaya uğraması - Sputnik Azərbaycan, 1920, 30.12.2024
Abunə olmaq
Mangistau regional multidissiplinar klinikasında müalicə olunan yaralı Azərbaycan vətəndaşlarının hamısı Qazaxıstandan Azərbaycan gətirilib.
BAKI, 30 dekabr — Sputnik. Təyyarə qəzası zamanı xəsarət alan və Qazaxıstanın Aktau şəhərində müalicə olunan daha üç yaralı Bakıya gətirilib. Onlar "Yeni klinika"ya yerləşdiriliblər.
Bu barədə Azərbaycanın səhiyyə naziri Teymur Musayev “Yeni Klinika”ya yerləşdirilən yaralıların son vəziyyəti barədə danışarkən deyib.
Nazir bildirib ki, xəsarət alanlar reanimasiya şöbəsindədir.

"Vəziyyətləri orta sabitdir", - nazir bildirib.

T.Musayevin sözlərinə görə, xəsarət alanlardan doqquzu artıq evə buraxılıb.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.
TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov “Yeni Klinika”ya yerləşdirilən yaralıların son vəziyyəti barədə jurnalistlərə açıqlamasında deyib ki, müalicə alan doqquz yaralı evə buraxılıb. Onların müalicəsi ev şəraitində davam edəcək.
Qurum rəhbəri həmçinin bildirib ki, evə buraxılanların durumu yaxşıdır:

"Bu gün Qazaxıstandan gətirilən üç yaralının durumu isə sabitdir".

Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti, dekabrın 29-da isə 3-ü ekipaj üzvü olmaqla 24 nəfərin nəşi ölkəyə gətirilib.
30.12.24, 21:13
Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğraması nəticəsində xəsarət alan 3 Azərbaycan vətəndaşının Aktau hava limanına çatdırılmasına köməklik göstərib. Onlar vətənlərinə təyyarə ilə göndərilib. Bu barədə TASS Qazaxıstan FHN-ə istinadən xəbər yayıb.

“Aktauda Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin dəstəyi ilə təyyarənin qəzaya uğraması nəticəsində xəsarət almış 3 Azərbaycan Respublikası vətəndaşı sağ-salamat hava limanına çatdırılıb. Fövqəladə Hallar Nazirliyi qonşu fövqəladə hallar şöbəsinə lazımi köməklik göstərərək tam nəqliyyat dəstəyi göstərib”, - məlumatda bildirilir.

Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən TASS-a verilən məlumata görə, xəsarət alan üç nəfər Azərbaycan nümayəndə heyətinə təhvil verilib və onlar təyyarə ilə vətənlərinə aparılacaqlar.
Qazaxıstanın Manqistau vilayəti administrasiyasının mətbuat xidmətinin daha sonra verdiyi məlumata görə, regional xəstəxananın reanimasiya şöbəsində müalicə alan üç Azərbaycan vətəndaşı “Azərbaycandan gələn xüsusi təyyarə ilə evə aparılıb”.

“Bu günə qədər Mangistau regional multidissiplinar klinikasında təyyarə qəzası nəticəsində xəsarət alan yoxdur. Manqistau vilayətinin həkimləri 29 vətəndaşın hamısının sağ-salamat evlərinə qayıtmasına çox şaddır”, - mətbuat xidmətindən qeyd edilib.

Dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları”na məxsus Embraer 190 sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarədə 67 nəfər - 62 sərnişin və 5 ekipaj üzvü, o cümlədən Azərbaycan, Rusiya, Qazaxıstan və Qırğızıstan vətəndaşları olub. Son məlumatlara görə, 29 nəfər sağ qalıb.
27.12.24, 12:27
AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən təyyarənin Aktau şəhəri yaxınlığında dekabrın 25-də qəzaya uğraması nəticəsində xəsarət alan və ötən gün Bakıya gətirilən yaralıların ilkin müayinləri aparılıb, vəziyyətləri qənaətbəxşdir.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu səhiyyə naziri Teymur Musayev Yeni Klinikada müalicəsi davam edən yaralıların son vəziyyəti barədə jurnalistlərə açıqlamasında deyib.
© Photo : Azerbaijan Ministry of Health Teymur Musayev
 Teymur Musayev - Sputnik Azərbaycan, 1920, 27.12.2024
Teymur Musayev
Onun sözlərinə görə Qazaxıstanda müalicəsi davam edən 3 nəfərin vəziyyəti orta ağırdır:

"Həmin şəxslərin müalicəsi daim nəzarət altındadır. Bakıdan oraya həkim və tibb bacısı qrupu göndəriləcək".

T.Musayev həmçinin yaralıların hansı səbəbdən xəsarət aldıqlarının hələ ki məlum olmadığını da bildrib:
"Onların qəlpə, yaxud güllə yarasından xəsarət aldıqları barədə konkret bir şey deyə bilmirik. Çünki bu başqa araşdırma mövzusudur".
Nazir bildirib ki, aviaqəzada şəxsiyyəti müəyyənləşdirilməyən həlak olanlarla bağlı DNT analizləri götürülüb. Onun sözlərinə görə, hazırda proses davam edir:

"Ona görə də əlavə məlumat verə bilməyəcəyəm".

Qeyd edək ki, təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0