Embraer 190 - Sputnik Azərbaycan, 1920, 26.12.2024
Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması
Dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Təyyarə qəzası ilə bağlı istintaq tədbirləri davam etdirilir - Baş prokurorluq

© Photo : Administration of the Mangystau Region via APAzərbaycan Hava Yolları aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən Embraer 190 təyyarəsinin Aktau şəhərinin yaxınlığında qəzaya uğraması
Azərbaycan Hava Yolları aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən Embraer 190 təyyarəsinin Aktau şəhərinin yaxınlığında qəzaya uğraması - Sputnik Azərbaycan, 1920, 30.12.2024
Abunə olmaq
Qroznı şəhərinə ezam olunmuş Azərbaycan prokurorluğunun əməkdaşlarına rusiyalı həmkarları tərəfindən lazımi dəstək göstərildiyi qeyd olunub.
BAKI, 30 dekabr - Sputnik. Dekabrın 25-də Aktau şəhərinin yaxınlığında “Azərbaycan Hava Yolları” QSC-yə məxsus Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli təyyarənin qəzaya uğraması faktı üzrə başlanılmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Baş Prokurorluqdan Azərtac-a bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən, Baş prokuror Kamran Əliyev hadisə baş verdiyi gündən etibarən Qazaxıstanın Baş prokuroru Berik Asılov, Rusiyanın Baş prokuroru İqor Krasnov, İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin, eləcə də Braziliyanın Baş prokuroru Paulo Qonet ilə intensiv təmasda olub.
Habelə, hadisənin tam, obyektiv və hərtərəfli araşdırılması məqsədilə Azərbaycan, Qazaxıstan, Rusiya və Braziliyadan olan peşəkar müstəntiq və mütəxəssislərin iştirakı ilə hadisə yerində genişmiqyaslı istintaq hərəkətləri həyata keçirilib.
Qazaxıstanlı həmkarı Berik Asılovla müzakirələr zamanı Kamran Əliyev baş vermiş hadisəyə dair toplanmış sübutlara düzgün hüquqi qiymətin verilməsi ilə bağlı fikir mübadiləsi aparıb, hadisə yerinin müayinəsi, iş üzrə ilkin sübutların toplanması və əhəmiyyət kəsb edən digər halların araşdırılması, birgə zəruri istintaq və prosessual hərəkətlərin həyata keçirilməsi, eləcə də, hadisənin təfərrüatlarının tam müəyyən olunması üçün göstərilən hərtərfli dəstəyə görə təşəkkürünü bildirib.
© Official website of President of Azerbaijan RepublicBaş Prokurorluq
Генеральная прокуратура Азербайджанской Республики - Sputnik Azərbaycan, 1920, 30.12.2024
Baş Prokurorluq
Rusiyanın Baş prokuroru İqor Krasnovla apardığı danışıq zamanı o, Qroznı şəhərinə ezam olunmuş Azərbaycan prokurorluğunun əməkdaşlarına rusiyalı həmkarları tərəfindən lazımi dəstək göstərildiyini qeyd edərək cinayət işinin istintaqının aparılmasında səmərəli əməkdaşlığın və iş üzrə hər iki tərəfin topladığı sübutların mübadiləsinin zəruriliyini vurğulayıb.
Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Baş prokuror Kamran Əliyevə zəng edərək Rusiyada araşdırılan cinayət işinin tam, hərtərəfli və obyektiv istintaq olunması məqsədilə peşəkar müstəntiq və kriminalistlərdən ibarət istintaq qrupunun yaradıldığını, təyyarənin qəzaya uğramasının kənar müdaxilə nəticəsində baş verməsi daxil olmaqla, hadisənin səbəb və şəraitinin hərtərəfli araşdırıldığını, təqsirkar şəxslərin müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirlərinin davam etdirildiyi barədə məlumat verib.
İstintaqın gedişatı barədə Baş Prokurorluq tərəfindən ictimaiyyətə mütəmadi məlumat veriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0