Embraer 190 - Sputnik Azərbaycan, 1920, 26.12.2024
Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması
Dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Aktauda qəzaya uğrayan təyyarəmizin "qara qutu"ları Braziliyada açılacaq – YENİLƏNİB

© Photo : Administration of the Mangystau Region via APAzərbaycan Hava Yolları aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən Embraer 190 təyyarəsinin Aktau şəhərinin yaxınlığında qəzaya uğraması
Azərbaycan Hava Yolları aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən Embraer 190 təyyarəsinin Aktau şəhərinin yaxınlığında qəzaya uğraması - Sputnik Azərbaycan, 1920, 30.12.2024
Abunə olmaq
Təhqiqat aparan dövlət uçuş qeydlərinin oxunmasını təmin edir və qara qutuların deşifrə edilməsi üçün hansı ölkənin istifadə olunacağına qərar verir.
BAKI, 30 dekabr — Sputnik. “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarəsinin qəzaya uğramasını araşdıran komissiya uçuş registratorunun məlumatlarının şifrənin açılması üçün Braziliyanın Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzinə (CENIPA) göndərilməsi barədə qərar qəbul edib. Bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, Qazaxıstanın 1992-ci ildə ratifikasiya etdiyi Çikaqo Konvensiyasının 13-cü Əlavəsinin standartlarına uyğun olaraq, təhqiqat aparan dövlət uçuş yazıcılarının oxunmasını təmin edir və qara qutuların oxunması və dekodlanması üçün ölkənin seçilməsinə qərar verir.

“Yuxarıda qeyd olunan sənəd, habelə ICAO-nun (Beynəlxalq mülki aviasiya təşkilatı) tövsiyələri və Azərbaycan və Rusiyanın aviasiya orqanları ilə məsləhətləşmələr nəzərə alınmaqla, Qazaxıstanın nəqliyyat naziri Marat Karabayevin rəhbərlik etdiyi Aviasiya Qəzalarının Araşdırılması Komissiyası qərar qəbul edib ki, uçuş qeydləri (qara qutular) Embraer təyyarəsinin mənşə ölkəsi olan Braziliya Aviasiya Qəzalarının Təhqiqat və Qarşısının Alınması Mərkəzinə (CENIPA) göndərilsin", - məlumatda deyilir.

Qeyd olunur ki, CENIPA lazımi texniki imkanlara malikdir, müvafiq avadanlıq və onların oxunması üçün sertifikatlaşdırılmış laboratoriya ilə təchiz olunub.
"Bu məsələ Qazaxıstan rəhbərinin şəxsi nəzarətindədir", - məlumatda deyilir.
26.12.24, 20:36
"Azərbaycan Hava Yollarının Qazaxıstanda qəzaya uğrayan təyyarəsinə aid daha bir "qara qutu" tapılıb".
Bunu jurnalistlərə Manqistau vilayətinin nəqliyyat prokuroru Abılaybek Ordabayev deyib.
O həmçinin əlavə edib ki, zərərçəkənlərin və havalimanının yerüstü xidmətlərinin əməkdaşlarının izahatları alınıb:
“Dispetçerlərlə ekipaj arasındakı danışıqların səs yazıları götürülüb. Hazırda bütün şahidlərin əhatə dairəsi müəyyənləşdirilir. Eyni zamanda 4 min kv.km. ərazinin müayinə prosesi başa çatmaq üzrədir. Ərazinin mühafizəsi polis əməkdaşları tərəfindən təmin edilir”.
AZAL-ın prezidenti qəza ilə bağlı açıqlama verdi: Təyyarənin "qara qutusu" tapılıb
Aktau yaxınlığında qəzaya uğrayan AZAL təyyarəsinin "qara qutusu" tapılıb.
Bunu Bakı beynəlxalq hava limanında jurnalistlərə açıqlama verən "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Samir Rzayev bildirib.
Qeyd edək ki, Bakı beynəlxalq hava limanında Aktau qəzasının qurbanlarının xatirəsini anmaq üçün insanlar uzun növbəyə düzülüb.
AZAL prezidenti Samir Rzayev də anım mərasimində iştirak edib. O, qəza ilə bağlı jurnalistlərə açıqlama verib.
AZAL-ın başçısı qəzaya uğrayan təyyarədə heç bir texniki nasazlığın olmadığını bildirib. Qeyd edib ki, Aktauda qəzaya uğrayan təyyarəsinin ekipaj üzvlərinin peşəkarlığı nəticəsində 29 sərnişin sağ qalıb:
"Pilotlarımız çox təcrübəli idilər. Onların qəhrəmanlığı sayəsində 20-dən çox sərnişinin həyatını xilas etmək mümkün olub. Təəssüf ki, pilotlardan hər ikisi və bir stüardessa həyatını itirib" - S.Rzayev deyib.
O qeyd edib ki, qəzada xəsarət alan 12 vətəndaşımız bu gün Azərbaycana gətiriləcək. Ölənlərin də nəşinin gətirilməsi üçün iki ölkə arasında danışıq aparılır.
"Bu, bizim üçün çox böyük hadisə idi. Məsələ araşdırılır və səbəbləri barədə ictimaiyyətə məlumat veriləcək. Allah həlak olanlara rəhmət, sağ qalanlara şəfa versin”.
S.Rzayev sağ qalanların ölkəyə gətirmə prosesinə də aydınlıq gətirib:

“Sağ qalan şəxslərin ölkəyə gətirilməsi günün ikinci yarısında həyata keçiriləcək. Həyatını itirən şəxslərin cənazəsi isə iki gün ərzində ölkəyə gətiriləcək. Təyyarənin qəza səbəbi barədə nəsə demək tezdir. Hazırda detallı araşdırılma aparılır. Qara qutu tapılıb və oxunması qanunvericiliyə uyğun həyata keçiriləcək”.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.
Eyni zamanda dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
***
Qəzaya uğrayan təyyarədə bir kəndinin 8 sakini olub: Öldüyü bildirilənlərdən biri sağdır
"Zaqatalanın Danaçı kəndində 8 nəfərin Bakıdan Qroznıya uçan AZAL-a məxsus sərnişin təyyarəsində qəzaya uğradığı bildirilir. Onların çoxunun ailəsinə hələki bir məlumat verilməyib. Hadisə zamanı ölənlərdən üç nəfər - Carayev Arif, Carayev Mahir, Carayev Hacı əmiuşaqlarıdır. Əvvəl Arifin öldüyü bildirilsə də, indi zəng gəldi ki, o komadadır".
Bunu ötən gecə Sputnik Azərbaycan-a açıqlamasında Danaçı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin sədri Məhəmməd Vaşiyev bildirib.
O, deyib ki, indiyədək yaralılardan biri - Cəlilov Nizami ilə əlaqə saxlayıb:

"Onunla danışdım. Səhhətində ciddi problem olmadığını söylədi. Sonra telefonun enerjisi bitdi, söhbətimizi davam etdirə bilmədik. Öldüyü bildirilənlərin ailələrinə məlumat verməmişik. Çünki, hələ onların hadisə zamanı öldüyü tam təsdiqlənməyib. Bu dəqiqələrdə Carayev Arifin komada olduğu məlumatı gəldi. Onun 47-48 yaşı var. Hamısı orta yaşlı insanlardır. Onların çoxu iş üçün gedirdilər. Bəziləri isə orada olan övladlarını görməyə gedənlərdir".

Qeyd edək ki, AZAL-ın qəzaya uğrayan təyyarəsində Zaqataladan 8 nəfər olub. Sputnik Azərbaycan-ın məlumatına görə, onlardan 6-sı həlak olub, 2-si yaralanıb.
Həlak olan və yaralananların hamısı Zaqatalanın Danaçı kəndindəndirlər.
Həlak olanlar:
Carayev Arif
Carayev Mahir
Carayev Hacı
Ceerov Xizri
Ceerova G.
Siracova Müslümət
Yaralılar:
Siracov Nurulla
Cəlilov Nizami
Qeyd edək ki, dekabrın 25-də Aktau yaxınlığında “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarə qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.
Xəbər lenti
0