CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxt və bölgələrdə pirotexniki vasitələr satanlar müəyyən olunub

© Photo : DGK Mətbuat XidmətiAşkar edilmiş pirotexniki vasitələr, arxiv
Aşkar edilmiş pirotexniki vasitələr, arxiv - Sputnik Azərbaycan, 1920, 30.12.2024
Abunə olmaq
Pirotexniki vasitələrin dövriyyəsi yalnız Fövqəladə Hallar Nazirliyi tərəfindən verilən xüsusi icəzə əsasında həyata keçirilə bilər.
BAKI, 30 dekabr - Sputnik. Polis əməkdaşları tərəfindən ölkə ərazisində pirotexniki vasitələrin gizli satışını təşkil edən şəxslərə qarşı növbəti tədbirlər həyata keçirilib.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, paytaxtın Sabunçu, Nərimanov, Xətai, həmçinin Abşeron, Saatlı və Beyləqan rayonlarında keçirilən tədbirlərlə partlayıcı maddələrin, pirotexniki vasitələrin satışı ilə məşğul olan daha 11 nəfər müəyyən olunaraq saxlanılıb.
Onlardan müxtəlif təyinatlı pirotexniki vasitələr aşkarlanıb.
Faktlar üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəmələrə göndərilib.
© Sputnik / Nikolay Khizhnyak / Mediabanka keçid Pirotexniki vasitələr, arxiv
Пиротехнические средства, фото из архива - Sputnik Azərbaycan, 1920, 30.12.2024
Pirotexniki vasitələr, arxiv
Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında Azərbaycan Respublikasının 23 dekabr 2003-cü il tarixli 565 nömrəli Qanununa əsasən həmin siyahıya daxil edilən pirotexniki vasitələrin dövriyyəsi Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2005-ci il tarixli 292 nömrəli fərmanında nəzərdə tutulmuş qaydada, yalnız Fövqəladə Hallar Nazirliyi tərəfindən verilən xüsusi icəzə əsasında həyata keçirilə bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0