DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

NASA-nın Parker zondu Günəşə rekord həddə yaxınlaşıb - NASA

© AP Photo / Brynn AndersonNASA
NASA - Sputnik Azərbaycan, 1920, 30.12.2024
Abunə olmaq
NASA-nın rəsmi saytında verilən açıqlamada bildirilir ki, zonddan gələn siqnal dekabrın 26-da yerli vaxtla gecə yarısından az əvvəl qəbul edilib.
BAKI, 30 dekabr — Sputnik. NASA-nın Parker zondu Günəşə rekord həddə yaxınlaşdıqdan sonra əlaqə yaradıb. Bu barədə NASA-nın Eyes onlayn xidməti məlumat yayıb.

"Parker Solar Probe mərkəzə zəng etdi! Dekabrın 24-də günəşin səthinə 6,1 milyon kilometr məsafəni - tarixdə ən yaxın uçuşu keçdikdən sonra biz zondun təhlükəsiz olduğuna dair siqnal aldıq", - məlumatda deyilir.

NASA-nın rəsmi saytında verilən açıqlamada bildirilir ki, zonddan gələn siqnal dekabrın 26-da yerli vaxtla gecə yarısından az əvvəl qəbul edilib. Onun vəziyyətinin təfərrüatlarını yanvarın 1-də göndərəcəyi gözlənilir.
Parker 2018-ci ildə kosmosa buraxılıb və bütün bu müddət ərzində Günəşə yaxınlaşıb, ulduzun ətrafında dövr edib və yaxınlaşmaq üçün Veneranın orbitindən istifadə edib.
Həmin ilin noyabrında zond uğurla Günəşə 24 milyon kilometr məsafəyə qədər yaxınlaşıb və ilk siqnalı Yerə ötürüb. O, iİnsan tərəfindən yaradılmış bütün cihazlar içərsində Günəşə ən çox yaxınlaşan olub.
Zond kosmosda saatda 692 min kilometrə qədər sürətlə hərəkət edir və 982 dərəcə Selsiyə qədər olan temperaturlara tab gətirə bilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0