https://sputnik.az/20241230/azerbaycan-turkiye-serhedinde-neqliyyatin-gundelik-buraxilis-qabiliyyeti-artirilacaq-469766999.html
Azərbaycan-Türkiyə sərhədində nəqliyyatın gündəlik buraxılış qabiliyyəti artırılacaq
Azərbaycan-Türkiyə sərhədində nəqliyyatın gündəlik buraxılış qabiliyyəti artırılacaq
Sputnik Azərbaycan
Sədərək buraxılış məntəqəsinin infrastrukturu 6 giriş, 6 çıxış yolu ilə 24 saat fasiləsiz xidmət göstərir. 30.12.2024, Sputnik Azərbaycan
2024-12-30T19:45+0400
2024-12-30T19:45+0400
2024-12-30T19:45+0400
iqtisadiyyat
sədərək
türkiyə
gömrük
keçid
avtomobil
ayna
dövlət gömrük komitəsi
yük
nəqliyyat
https://cdnn1.img.sputnik.az/img/07e5/05/01/426841987_0:0:1509:850_1920x0_80_0_0_aa1238616038740bc5d6538afb6dc56b.jpg
BAKI, 30 dekabr - Sputnik. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) nümayəndələri Dövlət Gömrük Komitəsinin təmsilçiləri ilə Sədərək və Türkiyənin Dilucu sərhəd buraxılış məntəqələrinə səfər ediblər.AYNA-dan Azərbaycan bildirilib ki, görüşlər zamanı buraxılış məntəqələrində yük nəqliyyat vasitələrinin qəbulu, növbələrin təşkili, yük nəqliyyat vasitələrinin yoxlanılması və sənədlərin rəsmiləşdirilməsi qaydaları ilə yerində tanışlıq olub.Bildirilib ki, milli daşıyıcılar da daxil olmaqla, bütün ölkələrin daşıyıcılarına bərabərhüquqlu xidmət göstərilir. Növbələr elektron qaydada təşkil edilir. Nəqliyyat vasitələrinin yoxlamaya cəlb olunması məlumatların əvvəlcədən emalı hesabına yük nəqliyyat vasitələrinin sürətli sərhəd keçidinə, çevik gömrük rəsmiləşdirilməsinə şərait yaradan, süni intellekt əsaslı maşın öyrənmə alqoritmləri ilə işləyən Avtomatlaşdırılmış Risk Analizi Sistemi vasitəsilə həyata keçirilir.Qeyd edilib ki, Sədərək buraxılış məntəqəsinin infrastrukturu ən yüksək tələblərə cavab verir və 6 giriş, 6 çıxış yolu ilə 24 saat fasiləsiz xidmət göstərilir.Türkiyə tərəfi ilə görüş zamanı buraxılış qabiliyyətinin artırılması üçün hazırda 3 giriş və 3 çıxış yolu olan Dilucu buraxılış məntəqəsinin infrastrukturunun təkmilləşdirilərək Sədərək keçid məntəqəsi ilə eyniləşdirilməsi zərurəti qeyd edilib. Qarşı tərəf bu istiqamətdə işlərə yaxın zamanda başlanılacağını bildirib.Hər iki məntəqənin buraxılış imkanı eyniləşdirildiyi halda, günlük bir istiqamətdə 400-450 yük nəqliyyat vasitəsinin buraxıla biləcəyi vurğulanıb.Görüşlər zamanı Sədərək və Dilucu sərhəd buraxılış məntəqələrinin Cənub-Qərb marşrutu üzrə beynəlxalq daşımalarda mühüm rol oynadığı qeyd edilərək, buraxılış qabiliyyətinin artırılması istiqamətində birgə səylərin davam etdirilməsi haqqında razılığa gəlinib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/01/426841987_69:0:1509:1080_1920x0_80_0_0_3c6567eb2f8b14cd066d6ffcd730c331.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sədərək, türkiyə, gömrük, keçid, avtomobil, ayna, dövlət gömrük komitəsi, yük, nəqliyyat
sədərək, türkiyə, gömrük, keçid, avtomobil, ayna, dövlət gömrük komitəsi, yük, nəqliyyat
Azərbaycan-Türkiyə sərhədində nəqliyyatın gündəlik buraxılış qabiliyyəti artırılacaq
Sədərək buraxılış məntəqəsinin infrastrukturu 6 giriş, 6 çıxış yolu ilə 24 saat fasiləsiz xidmət göstərir.
BAKI, 30 dekabr - Sputnik. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) nümayəndələri Dövlət Gömrük Komitəsinin təmsilçiləri ilə Sədərək və Türkiyənin Dilucu sərhəd buraxılış məntəqələrinə səfər ediblər.
AYNA-dan Azərbaycan bildirilib ki, görüşlər zamanı buraxılış məntəqələrində yük nəqliyyat vasitələrinin qəbulu, növbələrin təşkili, yük nəqliyyat vasitələrinin yoxlanılması və sənədlərin rəsmiləşdirilməsi qaydaları ilə yerində tanışlıq olub.
Bildirilib ki, milli daşıyıcılar da daxil olmaqla, bütün ölkələrin daşıyıcılarına bərabərhüquqlu xidmət göstərilir. Növbələr elektron qaydada təşkil edilir. Nəqliyyat vasitələrinin yoxlamaya cəlb olunması məlumatların əvvəlcədən emalı hesabına yük nəqliyyat vasitələrinin sürətli sərhəd keçidinə, çevik gömrük rəsmiləşdirilməsinə şərait yaradan, süni intellekt əsaslı maşın öyrənmə alqoritmləri ilə işləyən Avtomatlaşdırılmış Risk Analizi Sistemi vasitəsilə həyata keçirilir.
Qeyd edilib ki, Sədərək buraxılış məntəqəsinin infrastrukturu ən yüksək tələblərə cavab verir və 6 giriş, 6 çıxış yolu ilə 24 saat fasiləsiz xidmət göstərilir.
Türkiyə tərəfi ilə görüş zamanı buraxılış qabiliyyətinin artırılması üçün hazırda 3 giriş və 3 çıxış yolu olan Dilucu buraxılış məntəqəsinin infrastrukturunun təkmilləşdirilərək Sədərək keçid məntəqəsi ilə eyniləşdirilməsi zərurəti qeyd edilib. Qarşı tərəf bu istiqamətdə işlərə yaxın zamanda başlanılacağını bildirib.
Hər iki məntəqənin buraxılış imkanı eyniləşdirildiyi halda, günlük bir istiqamətdə 400-450 yük nəqliyyat vasitəsinin buraxıla biləcəyi vurğulanıb.
Görüşlər zamanı Sədərək və Dilucu sərhəd buraxılış məntəqələrinin Cənub-Qərb marşrutu üzrə beynəlxalq daşımalarda mühüm rol oynadığı qeyd edilərək, buraxılış qabiliyyətinin artırılması istiqamətində birgə səylərin davam etdirilməsi haqqında razılığa gəlinib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.