https://sputnik.az/20241230/azerbaycan-suriyaya-erzaq-ve-qida-mehsulu-gonderir-469762690.html
Azərbaycan Suriyaya ərzaq və qida məhsulu göndərib
Azərbaycan Suriyaya ərzaq və qida məhsulu göndərib
Sputnik Azərbaycan
Yardım Azərbaycan, Gürcüstan və Türkiyə vsitəsilə Suriyaya çatdırılacaq. 30.12.2024, Sputnik Azərbaycan
2024-12-30T11:03+0400
2024-12-30T11:03+0400
2024-12-30T11:04+0400
azərbaycan xəbərləri
humanitar yardım
azərbaycan
rusiya
azərbaycan xin
ayxan hacızadə
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e7/08/1d/458147585_0:19:656:388_1920x0_80_0_0_788f0803a1fa08bef4a7b6144fab574b.jpg
BAKI, 30 dekabr - Sputnik. “Azərbaycana Prezidentinin göstərişinə əsasən, Suriyada humanitar böhrandan əziyyət çəkən əhaliyə yardım məqsədilə müvafiq yardım göndərilir”. Bunu jurnalistlərə açıqlamasından Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə deyib.Diplomat bildirib ki, sözügedən konvoy, ümumilikdə, 200 tona yaxın ərzaq və qida məhsullarını əhatə edir.Suriyada yaranmış humanitar problemlərlə əlaqədar olaraq Azərbaycandan Suriyaya ilk humanitar yardım karvanı yola düşüb.Qeyd edək ki, Azərbaycan xarici işlər nazirinin müavinin rəhbərlik etdiyi nümayəndə heyəti Suriyada səfərdədir. Onlar keçid hökumətinin xarici işlər naziri ilə müvafiq görüş keçiriblər və Suriya ilə Azərbaycan arasındakı əməkdaşlıq məsələlərini müzakirə ediblər.Görüşdə Suriyada Azərbaycan səfirliyinin 2012-ci ildən fəaliyyət göstərməməsi və səfirliyin bərpası məsələsi müzakirə olunub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/1d/458147585_86:0:603:388_1920x0_80_0_0_0af6f711e1626bc9d63e0d42fd65ff74.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
humanitar yardım, azərbaycan, rusiya, azərbaycan xin, ayxan hacızadə, azərbaycan
humanitar yardım, azərbaycan, rusiya, azərbaycan xin, ayxan hacızadə, azərbaycan
Azərbaycan Suriyaya ərzaq və qida məhsulu göndərib
11:03 30.12.2024 (Yenilənib: 11:04 30.12.2024) Yardım Azərbaycan, Gürcüstan və Türkiyə vsitəsilə Suriyaya çatdırılacaq.
BAKI, 30 dekabr - Sputnik. “Azərbaycana Prezidentinin göstərişinə əsasən, Suriyada humanitar böhrandan əziyyət çəkən əhaliyə yardım məqsədilə müvafiq yardım göndərilir”. Bunu jurnalistlərə açıqlamasından Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə deyib.
Diplomat bildirib ki, sözügedən konvoy, ümumilikdə, 200 tona yaxın ərzaq və qida məhsullarını əhatə edir.
“Konvoy Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Suriyaya və oradan da İdlib şəhərinə çatdırılacaq. Yardımın Türkiyənin AFAD təşkilatı vasitəsilə Suriyada ehtiyacı olan əhaliyə ayrılması nəzərdə tutulub”, - XİN rəsmisi bildirib.
Suriyada yaranmış humanitar problemlərlə əlaqədar olaraq Azərbaycandan Suriyaya ilk humanitar yardım karvanı yola düşüb.
Qeyd edək ki, Azərbaycan xarici işlər nazirinin müavinin rəhbərlik etdiyi nümayəndə heyəti Suriyada səfərdədir. Onlar keçid hökumətinin xarici işlər naziri ilə müvafiq görüş keçiriblər və Suriya ilə Azərbaycan arasındakı əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Görüşdə Suriyada Azərbaycan səfirliyinin 2012-ci ildən fəaliyyət göstərməməsi və səfirliyin bərpası məsələsi müzakirə olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.