Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan-Rusiya iqtisadi əlaqələri - 2024-cü ilin yekunları

© Official website of President of Azerbaijan RepublicAzərbaycan ilə Rusiya arasında imzalanmış sənədlər mübadilə edilib
Azərbaycan ilə Rusiya arasında imzalanmış sənədlər mübadilə edilib - Sputnik Azərbaycan, 1920, 30.12.2024
Abunə olmaq
Ekspert bildirib ki, Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi illər üzrə durmadan artır
BAKI, 30 dekabr — Sputnik. Azərbaycan ilə Rusiya arasında iqtisadi əlaqələr genişlənir. Rusiya Azərbaycanın ən böyük qonşusu olmaqla yanaşı, ölkəmizdə istehsal olunan məhsullar üçün böyük bazardır. Azərbaycan iqtisadiyyatı, sahibkarları üçün bu bazar vacib əhəmiyyət daşıyır.
2024-cü ildə Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsində də artım müşahidə edilir. Azərbaycanın Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 4,3 milyard dollar təşkil edib. Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 10,8 faiz çoxdur. 11 ayda Azərbaycanın xarici ticarət dövriyyəsinin 10,16 faizi Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb və Rusiya Azərbaycanın üçüncü xarici ticarət tərəfdaşı olub. 11 ayda Azərbaycandan Rusiyaya 1 milyard dollardan çox məhsul ixrac edilib. Azərbaycan Rusiyadan isə 3,2 milyard dollarlıq məhsul alıb.
"Rusiya ənənəvi tərəfdaşlarla əlaqələrini genişləndirir"
Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Mənsur Bərxudarov Sputnik Azərbaycan-a bildirib ki, Qərbin Rusiyaya qarşı sanksiyaları fonunda Rusiya ənənəvi tərəfdaşlarla əlaqələrini genişləndirir:
"Bu da postsovet ölkələrinə öz təsirini göstərir və ticarət dövriyyəsində müsbət nəticələr müşahidə edilir".
© Photo : UNECAzərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Mənsur Bərxudarov
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Mənsur Bərxudarov - Sputnik Azərbaycan, 1920, 30.12.2024
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Mənsur Bərxudarov
O qeyd edib ki, digər tərəfdən, Rusiya-Azərbaycan münasibətlərinin daha da inkişaf etməsi nəticədə qarşılıqlı ticarətə və eyni zamanda qarşılıqlı investisiyanın həyata keçirilməsinə müsbət təsir göstərir:

"Xüsusilə Rusiya şirkətlərinin Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunda dinamikanın artdığını müşahidə edirik. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında investisiyaların genişlənməsi də Azərbaycan iqtisadiyyatının canlanması baxımından Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin artımına öz müsbət təsirini göstərir".

"Azərbaycanın qeyri-neft ixracatında ən böyük tərəfdaşı Rusiyadır"
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov da Sputnik Azərbaycan-a deyib ki, son illər Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi artmaqdadır:

"Hətta Rusiya-Ukrayna münaqişəsindən əvvəl də biz həm ticarət dövriyyəmizdə, həm də iqtisadi əlaqələrimizdə genişlənmə müşahidə edirdik. Son dövrlərdə Azərbaycanın Rusiyaya ixracında artımlar qeydə alınıb. Azərbaycanın qeyri-neft ixracatında ən böyük tərəfdaşı Rusiyadır. Azərbaycanın ixrac etdiyi qeyri-neft məhsullarının 30 faizindən çoxu Rusiyanın payına düşür".

© Photo : TRENDMilli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov
Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov - Sputnik Azərbaycan, 1920, 30.12.2024
Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov
O diqqətə çatdırıb ki, digər tərəfdən, Azərbaycan Rusiyadan idxalı artırıb.
"İki ölkə arasında ticarət dövriyyəsinin artması bir daha təsdiq edir ki, ölkələr arasında iqtisadi münasibətlərin genişlənməsi müşahidə olunur",- deyə V.Bayramov əlavə edib.
"Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi daha da artacaq"
Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Emin Qəribli Sputnik Azərbaycan-a bildirib ki, Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi illər üzrə durmadan artır:

"Azərbaycan Prezidenti ilə Rusiya Prezidenti arasında mütəmadi görüşlər, yeni sərhəd-buraxılış məntəqələrinin inşası, kənd təsərrüfatı məhsullarının daşınması üçün şəraitin yaradılması, yeni sənədlərin imzalanması ticarət dövriyyəsinin daha da artmasına gətirib çıxardacaq. Azərbaycanın aqrar məhsulları ən çox Rusiya bazarına göndərilir. Sahibkarlarımız Rusiya bazarına daha çox üstünlük verirlər. Hazırda ticarət üçün yeni imkanların yaradılmasına səylər göstərilir. Ona görə də növbəti dövrlərdə Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi daha da artacaq və bunun üçün müvafiq şərait mövcuddur".

© Sputnik / Murad OrujovEmin Qəribli
Доцент кафедры Международная экономика Азербайджанского государственного экономического университета Эмин Гарибли - Sputnik Azərbaycan, 1920, 30.12.2024
Emin Qəribli
"Ticarət dövriyyəsi 5 milyard dollara çatdırıla bilər"
İqtisadçı-ekspert Xalid Kərimli də Sputnik Azərbaycan-a deyib ki, Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 5 milyard dollara çatdırıla bilər və bunun üçün potensial var:

"Xüsusən də Rusiyanın Avropa İttifaqı ilə ticarət əlaqələrinin məhdudlaşdırılması bu ölkənin digər bazarlara yönəlməsinə gətirib çıxardır. Azərbaycanın Rusiya ilə idxal-ixrac əməliyyatlarının artırılması hər iki ölkənin maraqlarına uyğundur".

© Photo : Social media page of Khalid Kerimliİqtisadçı-ekspert Xalid Kərimli
İqtisadçı-ekspert Xalid Kərimli - Sputnik Azərbaycan, 1920, 30.12.2024
İqtisadçı-ekspert Xalid Kərimli
Azərbaycan-Rusiya İşçi Qrupunun iclası keçirilib
Qeyd edək ki, bu yaxınlarda Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi və Rusiyanın Kənd Təsərrüfatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya İşçi Qrupunun beşinci iclası keçirilib. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a məlumat verilib ki, iclasda Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov, Rusiyanın kənd təsərrüfatı nazirinin müavini Sergey Levin, iki ölkənin müvafiq strukturları və aqrar sahədə fəaliyyət göstərən müəssisələrin nümayəndələri iştirak ediblər.
İclasda Azərbaycan və Rusiya arasında kənd təsərrüfatında mövcud vəziyyətə toxunulub, tərəflər Azərbaycan ilə Rusiya arasında iqtisadiyyatın bütün sahələrində olduğu kimi kənd təsərrüfatı sahəsində də əlaqələrin inkişaf etdiyini vurğulayıblar.
İşçi Qrupunun iclasında iki ölkə arasında kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, aqrar sahədə ən müasir texnologiyaların transferi, rəqəmsallaşma, elmi-tədqiqat və təhsil sahələrində təcrübə proqramlarının həyata keçirilməsi sahələrində əməkdaşlıq və digər məsələlər müzakirə olunub. Qeyd olunub ki, iki ölkə arasında kənd təsərrüfatı sahəsində əlaqələrin genişləndirilməsi üçün böyük potensial mövcuddur. İclas çərçivəsində kənd təsərrüfatı sahəsində yeni əməkdaşlıq imkanları nəzərdən keçirilib, əlaqələrin genişləndirilməsi məqsədilə qurumlar arasında davamlı dialoqun qurulmasının vacibliyi vurğulanıb.
"Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi dinamik artır"
Bu il Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikovla görüşündə iqtisadi-ticarət əməkdaşlığının aktual məsələləri müzakirə edilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanın Rusiya ilə iqtisadi əlaqələrin inkişafına önəm verdiyini vurğulayıb. Ölkələrimiz arasında imzalanmış 260-dan çox sənədin münasibətlərimizin çoxistiqamətli şəkildə genişləndirilməsi üçün möhkəm hüquqi baza yaratdığı vurğulanıb. Bildirilib ki, Azərbaycanın qeyri-neft ixracatında ən böyük tərəfdaşı olan Rusiya ilə ticarət dövriyyəsi dinamik artır. 2023-cü ildə Rusiya ilə ticarət dövriyyəsinin həcmi təxminən 4,5 milyard ABŞ dolları təşkil edib. 2022-ci illə müqayisədə ötən il qonşu ölkə ilə ticarət dövriyyəsi 17 faiz artıb. Rusiya ilə iqtisadi əlaqələrin güclənməsi fonunda ölkələrimizin işgüzar dairələrinin tərəfdaşlıq münasibətləri də genişlənir. Mövcud iqtisadi əməkdaşlıq potensialının reallaşdırılması ticarət dövriyyəsinin həcmini daha da artıra bilər.
Qeyd olunub ki, Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuraları biznes dairələri arasında qarşılıqlı faydalı işbirliyinin qurulmasında mühüm platformadır.
Diqqətə çatdırılıb ki, Rusiya ilə ticarət, nəqliyyat, sənaye, turizm, ətraf mühitin qorunması, kənd təsərrüfatı, gömrük və digər istiqamətlər üzrə tərəfdaşlığın inkişafı üçün böyük potensial var.
Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov Azərbaycanla iqtisadiyyatın müxtəlif sahələri, o cümlədən qarşılıqlı ticarətin artan tendensiyası, birgə istehsal və digər sahələr üzrə səmərəli əməkaşlığa dair göstəriciləri müsbət qiymətləndirib. Vurğulanıb ki, qeyri-neft sənayesi üzrə birgə layihələr uğurla həyata keçirilir.
Görüşdə Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə Yol Xəritəsinin icrası ilə bağlı fikir mübadiləsi aparılıb. Tərəflər ticarət, nəqliyyat, biznes dairələri arasında əlaqələrin gücləndirilməsi, əməkdaşlıq üçün yeni sahələrin müəyyənləşdirilməsi və digər məsələlər haqqında müzakirələr aparıblar.
Rusiya şirkətləri Qarabağda və Şərqi Zəngəzurda - Sputnik Azərbaycan, 1920, 18.08.2024
İNFOQRAFİKA
Qarabağ və Şərqi Zəngəzurda Rusiya şirkətləri
Xəbər lenti
0