https://sputnik.az/20241229/pasinyanin-qovdugu-adam-gedib-partiya-yaratdi-469744868.html
Paşinyanın qovduğu adam gedib partiya yaratdı
Paşinyanın qovduğu adam gedib partiya yaratdı
Sputnik Azərbaycan
Deputatın sözlərinə görə, yeni siyasi təşkilat “Vahid Milli Sosialist Partiyası” adlanacaq. 29.12.2024, Sputnik Azərbaycan
2024-12-29T23:52+0400
2024-12-29T23:52+0400
2024-12-29T23:52+0400
ermənistanın baş naziri nikol paşinyan
siyasət
partiya
partiya
ermənistan
siyasi partiyalar
https://cdnn1.img.sputnik.az/img/07e8/0a/18/468279099_0:39:3165:1819_1920x0_80_0_0_0346157390c968f5e1c88286f5035239.jpg
BAKI, 29 dekabr — Sputnik. Paşinyanın “Vətəndaş müqaviləsi” partiyasından qovulmuş Ovik Ağazaryan yeni partiya yaratdığını elan edib. Bu barədə o, sosial şəbəkədə məlumat verib. “Təşəbbüs qrupu adından bəyan etmək səlahiyyətinə malikəm ki, Ermənistan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada partiyanın yaradılması prosesinə başlayırıq”, - Ağazaryan yazıb. Deputatın sözlərinə görə, yeni siyasi təşkilat “Vahid Milli Sosialist Partiyası” adlanacaq. Partiyanın təsis yığıncağının vaxtı və yeri 2025-ci il yanvarın 3-də açıqlanacaq. Xatırladaq ki, oktyabrın sonunda parlamentdə Ağazaryanla İstintaq Komitəsinin rəhbəri Arqişti Kərəmyan arasında söz atışması baş verib və az qala dava həddinə çatıb. Bundan az sonra Kərəmyan vəzifəsindən azad edildi. Mübahisəyə qatılan deputat Narek Zeynalyan da istefa verib. Ağazaryan “Vətəndaş müqaviləsi” partiyasından ayrıldıqdan sonra müstəqil deputat olub. Öz növbəsində baş nazir Nikol Paşinyan bildirib ki, qanunda nəzərdə tutulmuş bütün mexanizmlərdən istifadə etməklə Ağazaryanı deputat mandatından məhrum etmək lazımdır. Hökumət başçısının sözlərinə görə, Ağazaryan dövlət təhlükəsizliyi və əks-kəşfiyyatla bağlı məlumatların ötürülməsində iştirak edib. Korrupsiyaya Qarşı Mübarizə Komitəsindən Sputnik Ermənistan-a verilən məlumata görə, onun barəsində Cinayət Məcəlləsinin 427-ci (dövlət sirrini ehtiva edən məlumatların dərc edilməsi) maddəsi ilə cinayət işi başlanıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0a/18/468279099_288:0:3019:2048_1920x0_80_0_0_178c3dd6f79854da6e19d70173c87617.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ermənistanın baş naziri nikol paşinyan, partiya, partiya, ermənistan, siyasi partiyalar
ermənistanın baş naziri nikol paşinyan, partiya, partiya, ermənistan, siyasi partiyalar
Paşinyanın qovduğu adam gedib partiya yaratdı
Deputatın sözlərinə görə, yeni siyasi təşkilat “Vahid Milli Sosialist Partiyası” adlanacaq.
BAKI, 29 dekabr — Sputnik. Paşinyanın “Vətəndaş müqaviləsi” partiyasından qovulmuş Ovik Ağazaryan yeni partiya yaratdığını elan edib. Bu barədə o, sosial şəbəkədə məlumat verib.
“Təşəbbüs qrupu adından bəyan etmək səlahiyyətinə malikəm ki, Ermənistan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada partiyanın yaradılması prosesinə başlayırıq”, - Ağazaryan yazıb.
Deputatın sözlərinə görə, yeni siyasi təşkilat “Vahid Milli Sosialist Partiyası” adlanacaq. Partiyanın təsis yığıncağının vaxtı və yeri 2025-ci il yanvarın 3-də açıqlanacaq.
Xatırladaq ki, oktyabrın sonunda parlamentdə Ağazaryanla İstintaq Komitəsinin rəhbəri Arqişti Kərəmyan arasında söz atışması baş verib və az qala dava həddinə çatıb. Bundan az sonra Kərəmyan vəzifəsindən azad edildi. Mübahisəyə qatılan deputat Narek Zeynalyan da istefa verib. Ağazaryan “Vətəndaş müqaviləsi” partiyasından ayrıldıqdan sonra müstəqil deputat olub.
Öz növbəsində baş nazir Nikol Paşinyan bildirib ki, qanunda nəzərdə tutulmuş bütün mexanizmlərdən istifadə etməklə Ağazaryanı deputat mandatından məhrum etmək lazımdır.
Hökumət başçısının sözlərinə görə, Ağazaryan dövlət təhlükəsizliyi və əks-kəşfiyyatla bağlı məlumatların ötürülməsində iştirak edib. Korrupsiyaya Qarşı Mübarizə Komitəsindən Sputnik Ermənistan-a verilən məlumata görə, onun barəsində Cinayət Məcəlləsinin 427-ci (dövlət sirrini ehtiva edən məlumatların dərc edilməsi) maddəsi ilə cinayət işi başlanıb.