https://sputnik.az/20241229/neft-bazarinda-firtina-gozlemek-olar-469725216.html
Neft bazarında fırtına gözləmək olar
Neft bazarında fırtına gözləmək olar
Sputnik Azərbaycan
2024-cü ildə nisbətən sabitlik müşahidə olunan neft bazarında 2025-ci il fırtınalar dövrü ola bilər. 29.12.2024, Sputnik Azərbaycan
2024-12-29T08:43+0400
2024-12-29T08:43+0400
2024-12-29T08:43+0400
neft
neft-qaz
abş
şist nefti
donald tramp
opec
opec +
https://cdnn1.img.sputnik.az/img/07e8/06/04/465129347_0:161:3070:1888_1920x0_80_0_0_2cdc6da96cf27163b932b115860dc090.jpg
BAKI, 29 dekabr — Sputnik. Neft bazarında 2024-cü il həm sabitləşmə dövrünə, həm də digər tərəfdən reallaşmamış planlar dövrünə çevrildi. Bu, bir çox istehsalçı ölkələrə şamil edilə bilər. Rusiya 2024-cü ildə Rusiya neftinin alıcılarının siyahısı nəhayət sabitləşdi. Keçən ilin hər ayında Rusiya xam neftinin ilk üç idxalçısı dəyişməz qalıb - Hindistan, Çin, Türkiyə. 2024-cü ilin noyabrında Rusiya neftinin tankerlərlə ixracının 83,4%-i onların payına düşüb. Eyni zamanda dəniz yolu ilə daşınan neftin alışında Hindistan həmişə lider olub. Amma tanker və boru kəmərlərinin tədarükünün cəmini nəzərə alsaq, Çin böyük fərqlə liderliyini qoruyub saxlayır. Bir tərəfdən satış bazarlarının güclü konsentrasiyası müəyyən risklər daşıyır, digər tərəfdən Hindistan və Çin böyük satış bazarlarıdır, burada rəsmi səviyyədə səlahiyyətlilər Avropadan fərqli olaraq qarşıya tam dekarbonizasiyanı həyata keçirmək vəzifəsini qoymayıblar. Ümumiyyətlə, Rusiya 2024-cü ildə neft hasilatını sabitləşdirə bildi. Rusiya Federasiyası Baş nazirinin müvafiq müavini Aleksandr Novakın sözlərinə görə, ilin sonuna olan məlumata görə hasilat həcmi təqribən 518-521 mln ton təşkil edir (2023-cü ildə bu rəqəm 527 mln olub). Rusiya, digər OPEC+ ölkələri kimi, ilin sonunda hasilat kvotalarının artırılmasına və müvafiq olaraq hasilat göstəricilərinin artmasına ümid edirdi. İyun ayında ölkələr oktyabrda hasilatı artırmağa başlamaq barədə razılığa gəldilər. Qeyd edək ki, bu qərar neftin dünya bazarında nisbətən yüksək qiymətləri fonunda qəbul edilib. 2024-cü ilin yanvar-avqust aylarında Brent markalı neftin orta aylıq qiyməti 80 dollar/barel üzərində qalıb. OPEC+ gözləyirdi ki, bu vəziyyət davam edərsə, hasilatın artımı ağrısız keçəcək: qiymət bazarda əlavə tədarük nəticəsində azalsa da, bu kritik səviyyədə olmayacaq. Lakin sentyabrın sonunda vəziyyət əhəmiyyətli dərəcədə dəyişdi - qiymətlər aşağı düşdü (sentyabrda Brent neftinin orta qiyməti bir barel üçün 74,4 dollar idi). Müvafiq olaraq, OPEC+ ölkələri hasilatı planlaşdırıldığı kimi artırsaydılar, qiymətlər təxminən 60 dollar və ya daha aşağı düşə bilərdi, bu da genişləndirilmiş kartelin bir çox iştirakçıları üçün qəbuledilməzdir. Belə olan halda mövcud endirim səbəbiylə Rusiya neftinin qiyməti 50 dollar civarına düşə bilərdi. Yeni şəraitdə ən rasional qərar OPEC+ ölkələrində neft hasilatının artırılmasının təxirə salınması oldu. Qazaxıstan Rusiyanın OPEC+ üzrə tərəfdaşları da neft hasilatını artırmaq potensialına malikdirlər, lakin müxtəlif səbəblərdən bunu tam reallaşdıra bilmirlər. Qazaxıstanda 2024-cü ilin yanvar-noyabr ayları ərzində hasilat 80,5 milyon ton neft təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə (82,2 milyon ton) 2% azdır. Qazaxıstan Respublikasının energetika naziri Almasadam Satkaliev dekabrda bildirib ki, Qazaxıstan ilin sonuna qədər 88,4 milyon ton neft hasil edəcək, halbuki əvvəllər hasilat 90,3 milyon ton səviyyəsində proqnozlaşdırılırdı. Planın yerinə yetirilməməsi iri yataqlarda təmirin uzun sürməsi ilə izah olunur. Qazaxıstanda neft hasilatı ilə bağlı vəziyyəti vaxtaşırı neftin Rusiyaya alternativ olan ixrac marşrutuna yönləndirilməsi cəhdləri daha da ağırlaşdırır. Respublikada hasil edilən neftin əsas həcmi Xəzər Boru Kəməri Konsorsiumu (özünün ixrac terminalı ilə bitən Novorossiyskə gedən neft kəməri) vasitəsilə ixrac olunur. Noyabrda Reuters energetika naziri Almasadam Satkalievə istinadən Qazaxıstanın Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə neft ixracını 2025-ci ildə 1,5 milyon tondan 20 milyon tona çatdıracağını bildirmişdi. Lakin bunun üçün Qazaxıstandan Bakıya neft daşımaq üçün tankerlərin sayını artırmaq, respublikada ixrac infrastrukturunun, həm də Qafqazda qəbuledici infrastrukturun imkanlarını genişləndirmək lazımdır. Eyni zamanda, belə bir marşrutun səmərəsi Rusiyadan keçən ixracın dəyərindən aşağıdır. Ona görə də neft ixracının istiqamətini dəyişmək cəhdləri Qazaxıstan üçün iqtisadi itkilərlə nəticələnə bilər. Qazaxıstan "Dostluq" neft kəməri ilə Almaniyaya neft tədarükünü də artıra bilib. Alman neft emalı zavodlarına 1,4 milyon ton neft tədarük etmək planlaşdırılırdı. 2024-cü ildə ilin 10 ayında 1,2 milyon ton neft nəql etmək mümkün olub. Azərbaycan Azərbaycanda neft hasilatı azalıb. Əgər 2023-cü ilin 11 ayında ölkədə 27,598 milyon ton neft hasil edilibsə, bu ilin eyni dövründə bu göstərici 26,5 milyon tona bərabər olub. Bu gözlənilən hadisədi idi. Çünki Azərbaycanda neft hasilatı, pik nöqtəsi olan 2015-ci ildən aşağı düşür. Lakin bu vəziyyət Azərbaycana Qərb mediasının informasiya təxribatlarından qaçmağa imkan verir. Noyabrda Bloombergin köşə yazarı Xavyer Blas Qazaxıstanın 2025-ci ildə hasilatı artırmaq planlarına görə Qazaxıstanı OPEC+-ın "daxili düşməni" adlandırmışdı və bunun sazişin pozulmasına gətirib çıxara biləcəyini qeyd etmişdi. Rusiya, Səudiyyə Ərəbistanı və Qazaxıstan OPEC+ sazişinlə bağlı bütün tərəflərin həmrəyliyini nümayiş etdirmək üçün ayrıca üçtərəfli görüş keçirməli oldu. Azərbaycanda 2025-ci ildə neft hasilatı ilə bağlı qeyri-müəyyənlik Qərb mediasına imkan vermir ki, Bakını OPEC+-da nizam-intizamı pozmaq planlarında ittiham etsin. Qeyri-müəyyənliyin özü isə Beynəlxalq Enerji Agentliyinin (BEA) nikbin proqnozu ilə ortaya çıxdı. Energetika İnstitutunun məlumatına görə, son on ildə Azərbaycanda neft hasilatı ildə orta hesabla 3,6% azalıb. Lakin 2024-cü ilin dekabrında BEA respublikada hasilatın gündəlik 0,61 milyon bareldən 2025-ci ilin birinci rübündə gündəlik 0,64 milyon barrelə qədər artacağına dair proqnoz açıqlayıb. Baxmayaraq ki, Azərbaycan Hesablama Palatası noyabr ayında 2024-cü ildə ölkədə neft hasilatının ötən illə müqayisədə 3%, 2025-ci ildə isə daha 1,7% azalacağını bildirmişdi. Yəni rəsmi versiya istehsalın azaldılmasının davam edəcəyini bildirir. Bu olan halda neftin qiymətini saxlamaq üçün OPEC+-nın hasilat kvotaları ilə bağlı sərt siyasəti Azərbaycana sərf edəcək. Proqnoz Neft bazarında oyunçuların 2025-ci ilin əvvəlində nəzər yetirəcəkləri əsas amil Donald Trampın ABŞ prezidentliyinə gəlməsidir. O, ölkədə hasilatı artıracağını vəd edib ki, bu da OPEC+ ölkələri üçün son dərəcə əlverişsizdir. Amma reallıqda vəziyyət daha mürəkkəb ola bilər. Axı ABŞ-da prezident neft şirkətlərinə nə qədər neft hasil etmək lazım olduğunu deyə bilməz. Onlar buna dair qərarı iqtisadi hesablamalar əsasında özləri verir. Və qiymətləri aşağı salmaq üçün hasilatı artırmaq onlar üçün sərfəli deyil, çünki ABŞ-da şist layihələrində istehsal xərcləri yüksəkdir. Beləliklə, neft bazarında intriqa qalmaqdadır. 2024-cü ildə neft bazarındakı sakitlik 2025-ci ildə fırtınanın xəbərçisi ola bilər.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Nadir Şəfiyev
https://cdnn1.img.sputnik.az/img/41883/47/418834744_399:0:1729:1330_100x100_80_0_0_2fd2e6aed9b21de8279a52ec8667076f.jpg
Nadir Şəfiyev
https://cdnn1.img.sputnik.az/img/41883/47/418834744_399:0:1729:1330_100x100_80_0_0_2fd2e6aed9b21de8279a52ec8667076f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/06/04/465129347_170:0:2901:2048_1920x0_80_0_0_23824fccd28aaccc99ee3f2be4656153.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Nadir Şəfiyev
https://cdnn1.img.sputnik.az/img/41883/47/418834744_399:0:1729:1330_100x100_80_0_0_2fd2e6aed9b21de8279a52ec8667076f.jpg
neft, abş, şist nefti, donald tramp, opec, opec +
neft, abş, şist nefti, donald tramp, opec, opec +
Neft bazarında fırtına gözləmək olar
2024-cü ildə nisbətən sabitlik müşahidə olunan neft bazarında 2025-ci il fırtınalar dövrü ola bilər.
BAKI, 29 dekabr — Sputnik. Neft bazarında 2024-cü il həm sabitləşmə dövrünə, həm də digər tərəfdən reallaşmamış planlar dövrünə çevrildi. Bu, bir çox istehsalçı ölkələrə şamil edilə bilər.
2024-cü ildə Rusiya neftinin alıcılarının siyahısı nəhayət sabitləşdi. Keçən ilin hər ayında Rusiya xam neftinin ilk üç idxalçısı dəyişməz qalıb - Hindistan, Çin, Türkiyə. 2024-cü ilin noyabrında Rusiya neftinin tankerlərlə ixracının 83,4%-i onların payına düşüb. Eyni zamanda dəniz yolu ilə daşınan neftin alışında Hindistan həmişə lider olub. Amma tanker və boru kəmərlərinin tədarükünün cəmini nəzərə alsaq, Çin böyük fərqlə liderliyini qoruyub saxlayır.
Bir tərəfdən satış bazarlarının güclü konsentrasiyası müəyyən risklər daşıyır, digər tərəfdən Hindistan və Çin böyük satış bazarlarıdır, burada rəsmi səviyyədə səlahiyyətlilər Avropadan fərqli olaraq qarşıya tam dekarbonizasiyanı həyata keçirmək vəzifəsini qoymayıblar.
Ümumiyyətlə, Rusiya 2024-cü ildə neft hasilatını sabitləşdirə bildi. Rusiya Federasiyası Baş nazirinin müvafiq müavini Aleksandr Novakın sözlərinə görə, ilin sonuna olan məlumata görə hasilat həcmi təqribən 518-521 mln ton təşkil edir (2023-cü ildə bu rəqəm 527 mln olub).
Rusiya, digər OPEC+ ölkələri kimi, ilin sonunda hasilat kvotalarının artırılmasına və müvafiq olaraq hasilat göstəricilərinin artmasına ümid edirdi. İyun ayında ölkələr oktyabrda hasilatı artırmağa başlamaq barədə razılığa gəldilər. Qeyd edək ki, bu qərar neftin dünya bazarında nisbətən yüksək qiymətləri fonunda qəbul edilib. 2024-cü ilin yanvar-avqust aylarında Brent markalı neftin orta aylıq qiyməti 80 dollar/barel üzərində qalıb. OPEC+ gözləyirdi ki, bu vəziyyət davam edərsə, hasilatın artımı ağrısız keçəcək: qiymət bazarda əlavə tədarük nəticəsində azalsa da, bu kritik səviyyədə olmayacaq.
Lakin sentyabrın sonunda vəziyyət əhəmiyyətli dərəcədə dəyişdi - qiymətlər aşağı düşdü (sentyabrda Brent neftinin orta qiyməti bir barel üçün 74,4 dollar idi). Müvafiq olaraq, OPEC+ ölkələri hasilatı planlaşdırıldığı kimi artırsaydılar, qiymətlər təxminən 60 dollar və ya daha aşağı düşə bilərdi, bu da genişləndirilmiş kartelin bir çox iştirakçıları üçün qəbuledilməzdir. Belə olan halda mövcud endirim səbəbiylə Rusiya neftinin qiyməti 50 dollar civarına düşə bilərdi. Yeni şəraitdə ən rasional qərar OPEC+ ölkələrində neft hasilatının artırılmasının təxirə salınması oldu.
Rusiyanın OPEC+ üzrə tərəfdaşları da neft hasilatını artırmaq potensialına malikdirlər, lakin müxtəlif səbəblərdən bunu tam reallaşdıra bilmirlər. Qazaxıstanda 2024-cü ilin yanvar-noyabr ayları ərzində hasilat 80,5 milyon ton neft təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə (82,2 milyon ton) 2% azdır. Qazaxıstan Respublikasının energetika naziri Almasadam Satkaliev dekabrda bildirib ki, Qazaxıstan ilin sonuna qədər 88,4 milyon ton neft hasil edəcək, halbuki əvvəllər hasilat 90,3 milyon ton səviyyəsində proqnozlaşdırılırdı. Planın yerinə yetirilməməsi iri yataqlarda təmirin uzun sürməsi ilə izah olunur.
Qazaxıstanda neft hasilatı ilə bağlı vəziyyəti vaxtaşırı neftin Rusiyaya alternativ olan ixrac marşrutuna yönləndirilməsi cəhdləri daha da ağırlaşdırır. Respublikada hasil edilən neftin əsas həcmi Xəzər Boru Kəməri Konsorsiumu (özünün ixrac terminalı ilə bitən Novorossiyskə gedən neft kəməri) vasitəsilə ixrac olunur. Noyabrda Reuters energetika naziri Almasadam Satkalievə istinadən Qazaxıstanın Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə neft ixracını 2025-ci ildə 1,5 milyon tondan 20 milyon tona çatdıracağını bildirmişdi. Lakin bunun üçün Qazaxıstandan Bakıya neft daşımaq üçün tankerlərin sayını artırmaq, respublikada ixrac infrastrukturunun, həm də Qafqazda qəbuledici infrastrukturun imkanlarını genişləndirmək lazımdır. Eyni zamanda, belə bir marşrutun səmərəsi Rusiyadan keçən ixracın dəyərindən aşağıdır. Ona görə də neft ixracının istiqamətini dəyişmək cəhdləri Qazaxıstan üçün iqtisadi itkilərlə nəticələnə bilər.
Qazaxıstan "Dostluq" neft kəməri ilə Almaniyaya neft tədarükünü də artıra bilib. Alman neft emalı zavodlarına 1,4 milyon ton neft tədarük etmək planlaşdırılırdı. 2024-cü ildə ilin 10 ayında 1,2 milyon ton neft nəql etmək mümkün olub.
Azərbaycanda neft hasilatı azalıb. Əgər 2023-cü ilin 11 ayında ölkədə 27,598 milyon ton neft hasil edilibsə, bu ilin eyni dövründə bu göstərici 26,5 milyon tona bərabər olub. Bu gözlənilən hadisədi idi. Çünki Azərbaycanda neft hasilatı, pik nöqtəsi olan 2015-ci ildən aşağı düşür.
Lakin bu vəziyyət Azərbaycana Qərb mediasının informasiya təxribatlarından qaçmağa imkan verir. Noyabrda Bloombergin köşə yazarı Xavyer Blas Qazaxıstanın 2025-ci ildə hasilatı artırmaq planlarına görə Qazaxıstanı OPEC+-ın "daxili düşməni" adlandırmışdı və bunun sazişin pozulmasına gətirib çıxara biləcəyini qeyd etmişdi. Rusiya, Səudiyyə Ərəbistanı və Qazaxıstan OPEC+ sazişinlə bağlı bütün tərəflərin həmrəyliyini nümayiş etdirmək üçün ayrıca üçtərəfli görüş keçirməli oldu.
Azərbaycanda 2025-ci ildə neft hasilatı ilə bağlı qeyri-müəyyənlik Qərb mediasına imkan vermir ki, Bakını OPEC+-da nizam-intizamı pozmaq planlarında ittiham etsin. Qeyri-müəyyənliyin özü isə Beynəlxalq Enerji Agentliyinin (BEA) nikbin proqnozu ilə ortaya çıxdı. Energetika İnstitutunun məlumatına görə, son on ildə Azərbaycanda neft hasilatı ildə orta hesabla 3,6% azalıb. Lakin 2024-cü ilin dekabrında BEA respublikada hasilatın gündəlik 0,61 milyon bareldən 2025-ci ilin birinci rübündə gündəlik 0,64 milyon barrelə qədər artacağına dair proqnoz açıqlayıb. Baxmayaraq ki, Azərbaycan Hesablama Palatası noyabr ayında 2024-cü ildə ölkədə neft hasilatının ötən illə müqayisədə 3%, 2025-ci ildə isə daha 1,7% azalacağını bildirmişdi. Yəni rəsmi versiya istehsalın azaldılmasının davam edəcəyini bildirir. Bu olan halda neftin qiymətini saxlamaq üçün OPEC+-nın hasilat kvotaları ilə bağlı sərt siyasəti Azərbaycana sərf edəcək.
Neft bazarında oyunçuların 2025-ci ilin əvvəlində nəzər yetirəcəkləri əsas amil Donald Trampın ABŞ prezidentliyinə gəlməsidir. O, ölkədə hasilatı artıracağını vəd edib ki, bu da OPEC+ ölkələri üçün son dərəcə əlverişsizdir. Amma reallıqda vəziyyət daha mürəkkəb ola bilər. Axı ABŞ-da prezident neft şirkətlərinə nə qədər neft hasil etmək lazım olduğunu deyə bilməz. Onlar buna dair qərarı iqtisadi hesablamalar əsasında özləri verir. Və qiymətləri aşağı salmaq üçün hasilatı artırmaq onlar üçün sərfəli deyil, çünki ABŞ-da şist layihələrində istehsal xərcləri yüksəkdir. Beləliklə, neft bazarında intriqa qalmaqdadır. 2024-cü ildə neft bazarındakı sakitlik 2025-ci ildə fırtınanın xəbərçisi ola bilər.