Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Milli Məclisin payız sessiyası başa çatıb

© Sputnik / Murad OrujovMilli Məclis
Milli Məclis - Sputnik Azərbaycan, 1920, 29.12.2024
Abunə olmaq
Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.
BAKI, 29 dekabr - Sputnik. Milli Məclisin 2024-cü il payız sessiyası başa çatıb.
Parlamentin sədri Sahibə Qafarova payız sessiyasını bağlı elan edib.
Sonda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Bununla da Milli Məclisin payız sessiyasının sonuncu plenar iclası işini başa çatıb.
***
Milli Məclis payız sessiyasında 16 iclas keçirib, 84 qanun, 41 qərar qəbul edib.
Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında sessiyanın yekunları ilə bağlı çıxış edərkən deyib.
Payız sessiyası və il ərzində görülən işlər haqqında məlumat verən spiker diqqətə çatdırıb ki, indiyə qədər olduğu kimi, Milli Məclisin fəaliyyəti Azərbaycan Prezidenti İlham Əliyevin VII çağırış Milli Məclisin birinci iclasında verdiyi tövsiyələr əsasında qurulub.
Spiker Milli Məclisin Konstitusiya ilə nəzərdə tutulan səlahiyyətlərinin tam yerinə yetirildiyini qeyd edib.
***
Milli Məclisin payız sessiyası üzrə son plenar iclası başlayıb.
Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə 10 məsələnin müzakirəsi daxil edilib.
İclasda Milli Məclis yanında Toponimiya komissiyasının tərkibinə baxılacaq, bir sıra qanun layihələrinin son oxunuşda təsdiqi və Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə parlamentin müraciətinin qəbul edilməsi nəzərdə tutulur.
Xatırladaq ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.
Xəbər lenti
0