Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Milli Məclis dünya azərbaycanlılarına müraciət edib

© Sputnik / Murad OrujovMilli Məclis
Milli Məclis - Sputnik Azərbaycan, 1920, 29.12.2024
Abunə olmaq
Sahibə Qafarova bildirib ki, hər il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində Milli Məclis soydaşlarımıza və həmvətənlərimizə müraciət edir və gündəliyin sonuncu məsələsi məhz Milli Məclisin müraciəti ilə bağlıdır.
BAKI, 29 dekabr— Sputnik. Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə müraciət mətni hazırlayıb.
Parlamentin payız sessiyası üzrə bu gün keçirilən son plenar iclasının gündəliyinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Azərbaycan Milli Məclisinin müraciətinin təsdiq edilməsi haqqında məsələ daxil edilib.
Sahibə Qafarova bildirib ki, hər il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində Milli Məclis soydaşlarımıza və həmvətənlərimizə müraciət edir və gündəliyin sonuncu məsələsi məhz Milli Məclisin müraciəti ilə bağlıdır.
Spiker müraciətin mətninin hazır olduğunu bildirib və onu səsləndirmək üçün deputat Samir Vəliyevə söz verib.
S.Vəliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Milli Məclisin müraciətini oxuyub.
“...Biz Həmrəylik gününü qeyd edərkən xalqımızın əsrlər boyu yaratdığı milli dəyərlərə sadiqliyimizi ifadə edirik. Etnik-siyasi baxımdan mütəşəkkil qüvvəyə çevrilə bilməyən xalqlar öz hüquq və mənafelərini həyata keçirmək hüquqlarından məhrum olurlar. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız ümummilli məqsədlərimizin gerçəkləşməsi naminə diaspor təşkilatlarımızı güclənir, mərkəzlənir. Dünya azərbaycanlılarının bir-biri ilə əlaqələrinin gücləndirilməsinə, soydaşlarımızın təhlükəsizliyinin qorunmasına, Azərbaycan milli adət və ənənələrinin qorunub-saxlanmasına dəstək verilməsi Azərbaycanın dövlət siyasətinin ayrılmaz tərkib hissəsini təşkil edir. Xalqımızın yeni dövrdə yüksəlişinin rolu Dünya azərbaycanlılarının möhkəmlənməsindən irəli gəlir. Azərbaycanın dünyaya tanıdılması sahəsində görüləsi işlərimiz çoxdur. Soydaşlarımızın bir vəzifəsi də yaşadıqları ölkələrə inteqrasiya etməklə yanaşı milliliyimizi qorumaqdır. Əziz həmvətənlər sizi sıx birləşməyə, xalqımızın mənafeyinin qorunması istiqamətində mübarizəyə çağırırıq!” - müraciətdə diqqətə çatdırılıb.
Sonra Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Azərbaycan Milli Məclisinin müraciəti səsə qoyularaq qəbul edilib.
Xəbər lenti
0