https://sputnik.az/20241228/tokayev-aktauda-qezaya-ugrayan-teyyare-ile-bagli-hokumete-tapsiriq-verdi-469717485.html
Tokayev Aktauda qəzaya uğrayan təyyarə ilə bağlı hökumətə tapşırıq verdi
Tokayev Aktauda qəzaya uğrayan təyyarə ilə bağlı hökumətə tapşırıq verdi
Sputnik Azərbaycan
Qazaxıstan vətəndaşları ilk dəqiqələrdən həmrəylik, səmimi şəfqət və təşkilatçılıq nümayiş etdirərək zərərçəkənlərə yardım əlini uzadıblar. 28.12.2024, Sputnik Azərbaycan
2024-12-28T13:05+0400
2024-12-28T13:05+0400
2024-12-28T13:27+0400
kasım-jomart tokayev
qazaxıstan
rusiya
qırğızıstan
aktau
təyyarə
təyyarə qəzası
aktauda azal-ın təyyarəsinin qəzaya uğraması
https://cdnn1.img.sputnik.az/img/07e8/07/04/465803007_0:0:1939:1091_1920x0_80_0_0_85b82ff1f53b5aa1567a52f477549bac.jpg
BAKI, 28 dekabr — Sputnik. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aktau yaxınlığında qəzaya uğrayan təyyarə ilə bağlı iclas keçirib. Bu barədə Qazaxıtan KİV-i məlumat yayıb. İclası açan Qazaxıstan prezidenti bir daha həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib. O xatırladıb ki, bir neçə gün əvvəl Manqistau vilayətində təyyarə qəzası nəticəsində baş vermiş faciə qurbanları arasında Qazaxıstan vətəndaşları da var. Tokayev vurğulayıb ki, fövqəladə hallar xidmətləri fəlakət zamanı ardıcıl və operativ hərəkət edib: O qeyd edib ki, qazaxıstanlıların faciəyə reaksiyası həm yerli, həm də xarici mətbuatda geniş işıqlandırılıb. Və bütün dünya qazaxıstanlı xilasedicilərin, həkimlərin və könüllülərin fədakar əməyinin şahidi oldu. Qonşu dost ölkələrin - Azərbaycan, Rusiya, Qırğızıstan vətəndaşları xüsusi minnətdarlıqlarını bildirirlər. Prezident təyyarə qəzasının nəticələrinin aradan qaldırılması zamanı şücaət və yüksək peşəkarlıq nümayiş etdirmiş fərqlənən vətəndaşların dövlət mükafatlarına təqdim olunmasını hökumətə tapşırıb.Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.Dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.Prezidenti İlham Əliyev çoxsaylı insan itkisindən sonra dekabrın 26-da ölkədə matəm elan edilməsi ilə bağlı Sərəncam imzalayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/07/04/465803007_99:0:1939:1380_1920x0_80_0_0_57266f8ecd3ef24068f87605e4719bc3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kasım-jomart tokayev, qazaxıstan, rusiya, qırğızıstan, aktau, təyyarə, təyyarə qəzası
kasım-jomart tokayev, qazaxıstan, rusiya, qırğızıstan, aktau, təyyarə, təyyarə qəzası
Tokayev Aktauda qəzaya uğrayan təyyarə ilə bağlı hökumətə tapşırıq verdi
13:05 28.12.2024 (Yenilənib: 13:27 28.12.2024) Qazaxıstan vətəndaşları ilk dəqiqələrdən həmrəylik, səmimi şəfqət və təşkilatçılıq nümayiş etdirərək zərərçəkənlərə yardım əlini uzadıblar.
BAKI, 28 dekabr — Sputnik. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aktau yaxınlığında qəzaya uğrayan təyyarə ilə bağlı iclas keçirib. Bu barədə Qazaxıtan KİV-i məlumat yayıb.
İclası açan Qazaxıstan prezidenti bir daha həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.
O xatırladıb ki, bir neçə gün əvvəl Manqistau vilayətində təyyarə qəzası nəticəsində baş vermiş faciə qurbanları arasında Qazaxıstan vətəndaşları da var. Tokayev vurğulayıb ki, fövqəladə hallar xidmətləri fəlakət zamanı ardıcıl və operativ hərəkət edib:
"Qəzanın daha ciddi nəticələrinin qarşısını ala və çoxlu insan həyatını xilas edə bildik. Xilasetmə işləri yüksək səviyyədə həyata keçirilib. Hadisə ilə bağlı hərtərəfli məlumat operativ şəkildə ictimaiyyətə çatdırılıb. Vətəndaşlarımız ilk dəqiqələrdən həmrəylik, səmimi şəfqət və təşkilatçılıq nümayiş etdirərək zərərçəkənlərə yardım əlini uzadıblar. İnsanlar qan vermək üçün növbəyə düzülüb. Bir çox soydaşlarımız Azərbaycan səfirliyinin binası önünə gül dəstələri qoyublar".
O qeyd edib ki, qazaxıstanlıların faciəyə reaksiyası həm yerli, həm də xarici mətbuatda geniş işıqlandırılıb. Və bütün dünya qazaxıstanlı xilasedicilərin, həkimlərin və könüllülərin fədakar əməyinin şahidi oldu. Qonşu dost ölkələrin - Azərbaycan, Rusiya, Qırğızıstan vətəndaşları xüsusi minnətdarlıqlarını bildirirlər.
Prezident təyyarə qəzasının nəticələrinin aradan qaldırılması zamanı şücaət və yüksək peşəkarlıq nümayiş etdirmiş fərqlənən vətəndaşların dövlət mükafatlarına təqdim olunmasını hökumətə tapşırıb.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Prezidenti İlham Əliyev çoxsaylı insan itkisindən sonra dekabrın 26-da ölkədə matəm elan edilməsi ilə bağlı Sərəncam imzalayıb.