CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 28 dekabr – FOTO

© Sputnik / Elnur Salayev28 dekabr
28 dekabr  - Sputnik Azərbaycan, 1920, 28.12.2024
Abunə olmaq
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 28 dekabr — Sputnik. Dekabrın 28-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Dekabrın 28-də kimlər anadan olub?
Zeynəb Xanlarova (1936) - Azərbaycan müğənnisi və SSRİ xalq artistidir.
© Official website of President of Azerbaijan RepublicZeynəb Xanlarova, arxiv şəkli
Zeynəb Xanlarova, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.12.2024
Zeynəb Xanlarova, arxiv şəkli
Tomas Vudro Vilson (1856-1924) - ABŞ-ın 28-ci prezidenti (1913-1921) və 1919-cu il "Nobel" sülh mükafatı laureatıdır.
© AP Photo Tomas Vudro Vilson

Tomas Vudro Vilson - Sputnik Azərbaycan, 1920, 27.12.2024
Tomas Vudro Vilson
Dama Marqaret Natali (Meggi) Smit (1934) - ingilis aktrisasıdır. O, iki dəfə "Oskar", yeddi dəfə BAFTA, üç dəfə "Qızıl Qlobus" və dörd dəfə "Emmi" mükafatları laureatıdır. Aktrisa "Harri Potter" filmlərində professor Minerva MakQonaqall rolunu oynayıb.
© AP Photo / AnonymousDama Marqaret Natali (Meggi) Smit
Dama Marqaret Natali (Meggi) Smit - Sputnik Azərbaycan, 1920, 27.12.2024
Dama Marqaret Natali (Meggi) Smit
Denzel Vaşinqton (1954) - ABŞ aktyoru, kinorejissoru və prodüseridir. O, "Oskar" mükafatı laureatıdır.
© AP Photo / Andrew HarnikDenzel Vaşinqton
Американский актер Дензел Вашингтон - Sputnik Azərbaycan, 1920, 27.12.2024
Denzel Vaşinqton
Linus Torvalds (1969) - fin-amerikalı proqramçı. Hazırda pulsuz əməliyyat sistemlərinin ən geniş yayılmış "Linux" nüvəsinin proqramlaşdırılmasınının yaradıcısıdır.
© AP Photo / Jarno MelaLinus Torvalds
Linus Torvalds - Sputnik Azərbaycan, 1920, 27.12.2024
Linus Torvalds
Dekabrın 28-də dünyada baş verən tarixi hadisələr
1065-ci ildə Londonda Böyük Britaniya monarxlarının ənənəvi tacqoyma mərasiminin keçirildiyi və dəfn yeri olan Vestminster abbatlığı təqdis olunub.
1869-cu ildə ABŞ-ın Ohayo şəhərində amerikalı Uilyam Semple tərəfindən ilk saqqız patentləşdirilib.
1895-ci ildə Parisdə "Lümyer Qardaşlarının Kinematoqrafiyası"nın ilk ictimai seansı baş tutub. Məhz bu tarix Beynəlxalq Kino Günü kimi qeyd olunur.
1895-ci ildə alman fizik Vilhelm Rentgen ilk dəfə Vürzburqda rentgen şüalarının kəşfi barədə elan edib.
1908-ci ildə Siciliyada baş verən zəlzələ nəticəsində 75 mindən çox insan həlak olub.
2004-cü ildə Azərbaycanda Məhkəmə-Hüquq Şurası haqqında qanun qəbul edilib.
2005-ci ildə Azərbaycanın yeni manatının təqdimatı keçirilib. Pul islahatı nəticəsində yeni 1 manat köhnə 5000 manata bərabər olub.
2010-cu ildə Azərbaycanda ən böyük infrastruktur layihələrindən biri olan Oğuz-Qəbələ-Bakı su kəməri istifadəyə verilib. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Uzunluğu 262 km-dən çox olan kəmərin istifadəyə verilməsi nəticəsində Bakı şəhərinin əhalisinin 75 faizini Ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verən təmiz su ilə fasiləsiz təmin etmək mümkün olub.
2019-cu ildən Azərbaycanda Vəkil Günü qeyd olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0