https://sputnik.az/20241228/rusiya-vetendaslarinin-azerbaycanda-qalma-muddetine-deyisiklik-edilecek-469727988.html
Rusiya vətəndaşlarının Azərbaycanda qalma müddətinə dəyişiklik ediləcək
Rusiya vətəndaşlarının Azərbaycanda qalma müddətinə dəyişiklik ediləcək
Sputnik Azərbaycan
XİN rəsmisi deyib ki, Azərbaycan tərəfi hər bir xarici siyasət məsələlərində olduğu kimi, müvəqqəti olma və miqrasiya məsələlərində də paritet və qarşılılıq... 28.12.2024, Sputnik Azərbaycan
2024-12-28T15:30+0400
2024-12-28T15:30+0400
2024-12-28T15:30+0400
rusiya pasportu
siyasət
azərbaycan xin
ayxan hacızadə
vətəndaşlar
https://cdnn1.img.sputnik.az/img/07e8/02/11/462700522_0:0:3074:1730_1920x0_80_0_0_1a8dff0df78ef9770cdbba4f2f410673.jpg
BAKI, 28 dekabr — Sputnik. Rusiya tərəfinin tətbiq etdiyi yeni qaydalar və ölkədə qalma müddəti ilə bağlı tələblərin sərtləşdirilməsi ilk növbədə vətəndaşlarımızın hüquqları kontekstində nəzərdən keçirilir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat katibi Ayxan Hacızadənin Rusiya Federasiyasında xarici vətəndaşların müvəqqəti olma müddəti ilə əlaqədar qəbul edilmiş yeni qaydalar ilə bağlı yerli medianın sualına cavabında bildirib. Onun sözlərinə görə, Azərbaycan tərəfi hər bir xarici siyasət məsələlərində olduğu kimi, müvəqqəti olma və miqrasiya məsələlərində də paritet və qarşılılıq prinsiplərindən çıxış edəcək. XİN rəsmisi qeyd edib ki, bununla əlaqədar, yaxın günlərdə Azərbaycan Respublikası ərazisində Rusiya Federasiyası vətəndaşlarının müvəqqəti olma müddəti barədə qaydalara dəyişiklik edilməsi nəzərdə tutulub. Qeyd edək ki, 1 yanvar 2025-ci il tarixdən Rusiya Federasiyasında miqrasiya sahəsində yeni qaydalar qüvvəyə minəcək. Belə ki, bu tarixdən etibarən Azərbaycan Respublikası vətəndaşlarının Rusiya Federasiyası ərazisində müvəqqəti olma müddəti bir təqvim ili ərzində cəmi 90 gün olacaq. Qeyd edilən müddət Rusiya Federasiyası qanunvericiliyində nəzərdə tutulmuş əsaslar mövcud olduqda (əmək fəaliyyəti üçün patent aldıqda, müvəqqəti yaşamaq üçün müraciəti qəbul olunduqda və s.) uzadıla bilər. Bu tarixdən etibarən Azərbaycan Respublikası vətəndaşlarının Rusiya Federasiyası ərazisində müvəqqəti olma müddəti bir təqvim ili ərzində cəmi 90 gün olacaqdır. Hazırda isə bu müddət 180 gündür.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/02/11/462700522_0:0:2732:2048_1920x0_80_0_0_d42c5f8686eed3a88a255ff956a64e43.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya pasportu, azərbaycan xin, ayxan hacızadə, vətəndaşlar
rusiya pasportu, azərbaycan xin, ayxan hacızadə, vətəndaşlar
Rusiya vətəndaşlarının Azərbaycanda qalma müddətinə dəyişiklik ediləcək
XİN rəsmisi deyib ki, Azərbaycan tərəfi hər bir xarici siyasət məsələlərində olduğu kimi, müvəqqəti olma və miqrasiya məsələlərində də paritet və qarşılılıq prinsiplərindən çıxış edəcək.
BAKI, 28 dekabr — Sputnik. Rusiya tərəfinin tətbiq etdiyi yeni qaydalar və ölkədə qalma müddəti ilə bağlı tələblərin sərtləşdirilməsi ilk növbədə vətəndaşlarımızın hüquqları kontekstində nəzərdən keçirilir.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat katibi Ayxan Hacızadənin Rusiya Federasiyasında xarici vətəndaşların müvəqqəti olma müddəti ilə əlaqədar qəbul edilmiş yeni qaydalar ilə bağlı yerli medianın sualına cavabında bildirib.
Onun sözlərinə görə, Azərbaycan tərəfi hər bir xarici siyasət məsələlərində olduğu kimi, müvəqqəti olma və miqrasiya məsələlərində də paritet və qarşılılıq prinsiplərindən çıxış edəcək.
XİN rəsmisi qeyd edib ki, bununla əlaqədar, yaxın günlərdə Azərbaycan Respublikası ərazisində Rusiya Federasiyası vətəndaşlarının müvəqqəti olma müddəti barədə qaydalara dəyişiklik edilməsi nəzərdə tutulub.
Qeyd edək ki, 1 yanvar 2025-ci il tarixdən Rusiya Federasiyasında miqrasiya sahəsində yeni qaydalar qüvvəyə minəcək.
Belə ki, bu tarixdən etibarən Azərbaycan Respublikası vətəndaşlarının Rusiya Federasiyası ərazisində müvəqqəti olma müddəti bir təqvim ili ərzində cəmi 90 gün olacaq.
Qeyd edilən müddət Rusiya Federasiyası qanunvericiliyində nəzərdə tutulmuş əsaslar mövcud olduqda (əmək fəaliyyəti üçün patent aldıqda, müvəqqəti yaşamaq üçün müraciəti qəbul olunduqda və s.) uzadıla bilər.
Bu tarixdən etibarən Azərbaycan Respublikası vətəndaşlarının Rusiya Federasiyası ərazisində müvəqqəti olma müddəti bir təqvim ili ərzində cəmi 90 gün olacaqdır. Hazırda isə bu müddət 180 gündür.