https://sputnik.az/20241228/pasinyan-niye-kecmise-qayidir-469649702.html
Paşinyan niyə keçmişə qayıdır?
Paşinyan niyə keçmişə qayıdır?
Sputnik Azərbaycan
Millət vəkili bildirib ki, Paşinyan şifahi olaraq Azərbaycanın tələblərini qəbul edir, baxmayaraq ki, əməli addımlar atmır. 28.12.2024, Sputnik Azərbaycan
2024-12-28T10:01+0400
2024-12-28T10:01+0400
2024-12-28T10:01+0400
nikol paşinyan
siyasət
ermənistan
sülh
millət vəkili
politoloq
keçmiş baş nazir
hakimiyyət
avropa ittifaqı
nato
https://cdnn1.img.sputnik.az/img/07e8/0a/04/467864860_0:157:2966:1825_1920x0_80_0_0_afe9a62c508656b656ff72ed316fc03d.jpg
BAKI, 28 dekabr — Sputnik. Ermənistan baş naziri Nikol Paşinyanın son açıqlamaları bu ölkənin siyasi mühitində yenidən çaxnaşma yaradıb. Paşinyan bildirib ki, 1994-cü ildə atəşəkəs haqqında saziş imzalandıqdan sonra aparılan bütün danışıqların əsas mövzusu Qarabağın Azərbaycana qaytarılması olub və bundan başqa yol olmayıb. Ermənistan baş naziri bu həqiqəti gec də olsa etiraf etdiyini açıqlayıb. Onun bu açıqlamalarına Ermənistanda kəskin reaksiya verilib. Bəs Paşinyan nə üçün indi belə bir etiraf etməyə ehtiyac duyub? Millət vəkili Elman Nəsirov bildirir ki, Ermənistanın keçmiş liderlərini günahlandırması öz daxili işləridir:"Paşinyan daha əvvəllər də keçmiş liderləri ittiham etmişdi. O, bütün məsuliyyəti əvvəlki Ermənistan liderlərinin üstünə atır. Paşinyan sülh danışıqlarının davam etdirilməsində maraqlıdır, o, Yeni ilə qədər də bu addımı atmağa hazırdır. Lakin Paşinyan yarımçıq sülh müqaviləsi imzalamaq istəyir ki, buna da Azərbaycan tərəfi razı deyil. Bütün bəndlər üzrə razılıq əldə edildikdən sonra sülh əldə edilə bilər". Millət vəkili bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində də vurğuladı ki, iki məsələ üzrə hələ razılaşma əldə edilməyib:Politoloq Samir Hümbətov isə deyir ki, Paşinyanın bu cür çıxışlar etməsinin arxasında bir neçə səbəb dayana bilər:"Paşinyan bilir ki, onu qızışdırıb silahlandıranların məqsədi nədir. Anlayır ki, Azərbaycanla müharibəyə getsə, uduzacaq".Eyni zamanda politoloqun qənaətinə görə, Ermənistan Baş naziri ona qarşı daxildə yarana biləcək müxalif qüvələri sıradan çıxarmaq üçün bu cür çıxışlar edir."Paşinyan göstərməyə çalışır ki, baş verənlər keçmiş Ermənistan hakimiyyətlərinin səhvlərinin nəticəsidir. Paşinyan öz hakimiyyətini sığortalamağa çalışır", - S.Hümbətov fikrini tamamlayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20241223/ermenistanin-demir-yolu-teklifi-pasinyan-eslinde-ne-isteyir-469553636.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0a/04/467864860_163:0:2804:1981_1920x0_80_0_0_43f0b87edc81ca4ca0f98e9c16a2a68b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
nikol paşinyan, ermənistan, sülh, millət vəkili, politoloq, keçmiş baş nazir, hakimiyyət, avropa ittifaqı, nato, elman nəsirov
nikol paşinyan, ermənistan, sülh, millət vəkili, politoloq, keçmiş baş nazir, hakimiyyət, avropa ittifaqı, nato, elman nəsirov
Paşinyan niyə keçmişə qayıdır?
Millət vəkili bildirib ki, Paşinyan şifahi olaraq Azərbaycanın tələblərini qəbul edir, baxmayaraq ki, əməli addımlar atmır.
BAKI, 28 dekabr — Sputnik. Ermənistan baş naziri Nikol Paşinyanın son açıqlamaları bu ölkənin siyasi mühitində yenidən çaxnaşma yaradıb. Paşinyan bildirib ki, 1994-cü ildə atəşəkəs haqqında saziş imzalandıqdan sonra aparılan bütün danışıqların əsas mövzusu Qarabağın Azərbaycana qaytarılması olub və bundan başqa yol olmayıb. Ermənistan baş naziri bu həqiqəti gec də olsa etiraf etdiyini açıqlayıb. Onun bu açıqlamalarına Ermənistanda kəskin reaksiya verilib.
Bəs Paşinyan nə üçün indi belə bir etiraf etməyə ehtiyac duyub?
Millət vəkili Elman Nəsirov bildirir ki, Ermənistanın keçmiş liderlərini günahlandırması öz daxili işləridir:
"Paşinyan daha əvvəllər də keçmiş liderləri ittiham etmişdi. O, bütün məsuliyyəti əvvəlki Ermənistan liderlərinin üstünə atır. Paşinyan sülh danışıqlarının davam etdirilməsində maraqlıdır, o, Yeni ilə qədər də bu addımı atmağa hazırdır. Lakin Paşinyan yarımçıq sülh müqaviləsi imzalamaq istəyir ki, buna da Azərbaycan tərəfi razı deyil. Bütün bəndlər üzrə razılıq əldə edildikdən sonra sülh əldə edilə bilər".
Millət vəkili bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində də vurğuladı ki, iki məsələ üzrə hələ razılaşma əldə edilməyib:
"Bunlardan biri Aİ mülki Missiyasının bölgədə mövcudluğu ilə bağlıdır. Son dövrlər bu missiya NATO missiyasına çevrilib. İndi onun say tərkibi də dəyişib. Bu missiyanın fəaliyyətinə son qoyulmalıdır. Digər önəmli məqam Ermənistan konstitusiyasında Azərbaycan qarşı ərazi iddiaları və ATƏT-in Minsk Qrupunun mövcudluğu ilə bağlıdır. Adı çəkilən məsələlər həll olunduqdan sonra sülh sazişindən danışmaq olar. Paşinyan şifahi olaraq Azərbaycanın tələblərini qəbul edir, baxmayaraq ki, əməli addımlar atmır. Ermənistan mvövcud reallıqları düzgün qiymətləndirməlidir".
Politoloq Samir Hümbətov isə deyir ki, Paşinyanın bu cür çıxışlar etməsinin arxasında bir neçə səbəb dayana bilər:
"Paşinyan bilir ki, onu qızışdırıb silahlandıranların məqsədi nədir. Anlayır ki, Azərbaycanla müharibəyə getsə, uduzacaq".
Eyni zamanda politoloqun qənaətinə görə, Ermənistan Baş naziri ona qarşı daxildə yarana biləcək müxalif qüvələri sıradan çıxarmaq üçün bu cür çıxışlar edir.
"Paşinyan göstərməyə çalışır ki, baş verənlər keçmiş Ermənistan hakimiyyətlərinin səhvlərinin nəticəsidir. Paşinyan öz hakimiyyətini sığortalamağa çalışır", - S.Hümbətov fikrini tamamlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.