https://sputnik.az/20241228/keyfiyyetsiz-qidalardan-sikayet-ucun-yeni-sayt-yaradildi-469722112.html
Keyfiyyətsiz qidalardan şikayət üçün yeni sayt yaradıldı
Keyfiyyətsiz qidalardan şikayət üçün yeni sayt yaradıldı
Sputnik Azərbaycan
Vətəndaşlar "Müraciətlərim" bölməsinə daxil olaraq müraciətlərinin icra vəziyyəti haqqında məlumat əldə edə biləcəklər. 28.12.2024, Sputnik Azərbaycan
2024-12-28T18:30+0400
2024-12-28T18:30+0400
2024-12-28T18:30+0400
aqta
cəmiyyət
keyfiyyətsiz materiallar
şikayət
https://cdnn1.img.sputnik.az/img/07e8/06/0b/465311694_0:61:649:426_1920x0_80_0_0_4454cfb3388b23f151eb983882d50fee.jpg
BAKI, 28 dekabr — Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida sahəsində ictimai nəzarətin gücləndirilməsi, bu sahədə istehlakçı hüquqlarının qorunması və vətəndaş şikayətlərinin operativ şəkildə icrasının təmin edilməsi məqsədilə hazırlanan "E-Qidam" mobil tətbiqi media vasitəsilə ictimaiyyətə təqdim olunub. AQTA-dan Sputnik Azərbaycan-a bildirilib ki, vətəndaşlar qida sahəsində hər hansı bir neqativ halla rastlaşdıqda, bu barədə "E-Qidam" tətbiqi vasitəsilə dərhal AQTA-ya bildirə biləcəklər. Tətbiqin əsas üstünlüyü qida təhlükəsizliyinin təmin olunması prosesində vətəndaşların aktiv iştirakı ilə ictimai nəzarəti təmin etmək və baş verən hər hansı neqativ hallara qarşı təsir imkanlarını genişləndirməkdir. Həmçinin vurğulanıb ki, vətəndaşlar tətbiqdən istifadə etmək üçün "Android" və "iOS" əməliyyat sistemli mobil telefonlar vasitəsilə "E-Qidam" mobil tətbiqini telefonlarına yükləyə bilərlər. Qeydiyyatdan keçən istifadəçilər hər hansı şikayəti göndərmək üçün "Müraciət göndər" bölməsinə keçid etməli, ardınca şikayət olunan qida məhsulunun adı və satışının həyata keçirildiyi ünvanı qeyd edib "Göndər" düyməsinə klikləməlidirlər. Şikayət agentlik tərəfindən qəbul edilərək qanunvericiliyə uyğun olaraq araşdırılacaq. Vətəndaşlar "Müraciətlərim" bölməsinə daxil olaraq müraciətlərinin icra vəziyyəti haqqında məlumat əldə edə biləcəklər. Bundan başqa, vətəndaşlar mobil tətbiq vasitəsilə qida təhlükəsizliyi ilə bağlı görülən işlər, tədbirlər, xəbərlər, maarifləndirici yazılar və ən son yeniliklərlə anında tanış ola biləcəklər. Bundan başqa Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən təklif olunan təlimlər, laborator analizlər, eləcə də vakansiyalar barədə ən son məlumatları əldə edəcəklər. Ən əsası isə sahibkarlıq subyektləri "Bildiriş" funksiyasını aktiv etməklə fəaliyyət sahəsi üzrə agentlik tərəfindən mobil tətbiqdə paylaşılan məlumatlar haqqında bildirişlər alacaqlar.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/06/0b/465311694_0:0:649:487_1920x0_80_0_0_a355f31f1d51ed436d19bbaf72922a36.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
aqta, keyfiyyətsiz materiallar, şikayət
aqta, keyfiyyətsiz materiallar, şikayət
Keyfiyyətsiz qidalardan şikayət üçün yeni sayt yaradıldı
Vətəndaşlar "Müraciətlərim" bölməsinə daxil olaraq müraciətlərinin icra vəziyyəti haqqında məlumat əldə edə biləcəklər.
BAKI, 28 dekabr — Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida sahəsində ictimai nəzarətin gücləndirilməsi, bu sahədə istehlakçı hüquqlarının qorunması və vətəndaş şikayətlərinin operativ şəkildə icrasının təmin edilməsi məqsədilə hazırlanan "E-Qidam" mobil tətbiqi media vasitəsilə ictimaiyyətə təqdim olunub.
AQTA-dan Sputnik Azərbaycan-a bildirilib ki, vətəndaşlar qida sahəsində hər hansı bir neqativ halla rastlaşdıqda, bu barədə "E-Qidam" tətbiqi vasitəsilə dərhal AQTA-ya bildirə biləcəklər.
Tətbiqin əsas üstünlüyü qida təhlükəsizliyinin təmin olunması prosesində vətəndaşların aktiv iştirakı ilə ictimai nəzarəti təmin etmək və baş verən hər hansı neqativ hallara qarşı təsir imkanlarını genişləndirməkdir.
Həmçinin vurğulanıb ki, vətəndaşlar tətbiqdən istifadə etmək üçün "Android" və "iOS" əməliyyat sistemli mobil telefonlar vasitəsilə "E-Qidam" mobil tətbiqini telefonlarına yükləyə bilərlər.
Qeydiyyatdan keçən istifadəçilər hər hansı şikayəti göndərmək üçün "Müraciət göndər" bölməsinə keçid etməli, ardınca şikayət olunan qida məhsulunun adı və satışının həyata keçirildiyi ünvanı qeyd edib "Göndər" düyməsinə klikləməlidirlər.
Şikayət agentlik tərəfindən qəbul edilərək qanunvericiliyə uyğun olaraq araşdırılacaq. Vətəndaşlar "Müraciətlərim" bölməsinə daxil olaraq müraciətlərinin icra vəziyyəti haqqında məlumat əldə edə biləcəklər.
Bundan başqa, vətəndaşlar mobil tətbiq vasitəsilə qida təhlükəsizliyi ilə bağlı görülən işlər, tədbirlər, xəbərlər, maarifləndirici yazılar və ən son yeniliklərlə anında tanış ola biləcəklər.
Bundan başqa Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən təklif olunan təlimlər, laborator analizlər, eləcə də vakansiyalar barədə ən son məlumatları əldə edəcəklər. Ən əsası isə sahibkarlıq subyektləri "Bildiriş" funksiyasını aktiv etməklə fəaliyyət sahəsi üzrə agentlik tərəfindən mobil tətbiqdə paylaşılan məlumatlar haqqında bildirişlər alacaqlar.