Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Yan Nepomnyaşi və Maqnus Karlsen blits üzrə dünya çempionatında birinci yeri bölüşüblər

© AP Photo / Jon GambrellKarlsen
Karlsen  - Sputnik Azərbaycan, 1920, 01.01.2025
Abunə olmaq
Turnir zamanı Karlsen geyim qaydalarına əməl etmədiyi üçün artıq xəbərdarlıq alsa da, heç bir reaksiya verməyib.
BAKI, 1 yanvar — Sputnik. Rusiyalı şahmatçı Yan Nepomnyaşi və norveçli qrossmeyster Maqnus Karlsen blits üzrə dünya çempionatında birinci yeri bölüşüblər.
ABŞ-ın Nyu York şəhərində keçirilmiş final qarşılaşmasının ilk iki oyununda Karlsen qələbə qazanıb.
Daha sonra Nepomnyaşi iki dəfə onu məyus edib. Üç əlavə görüşdə isə heç-heçə qeydə alınıb.
Ardınca norveçli şahmatçı rəqibinə dünya çempionu titulunu bölüşməyə dəvət edib. Beləliklə, Beynəlxalq Şahmat Federasiyası ilk dəfə iki qrossmeysterin blits üzrə dünya çempionu olacağını açıqlayıb.
Daha əvvəl Maqnus Karlsen geyim qaydalarını pozduğu üçün rapid üzrə yarışdan kənarlaşdırılıb. O, biltsdə mübarizə aparmayacağını açıqlasa da, sonradan fikrindən danışıb.
Azərbaycan dünya çempionatında 15 şahmatçı ilə təmsil olunub. Onlardan heç biri blitsdə 1/4 finala yüksələ bilməyiblər. Rapiddə ən yaxşı nəticəni kişilərdən Məhəmməd Muradlı (12-ci yer), qadınlardan isə Günay Məmmədzadə (23-cü yer) göstəriblər.
Karlsen cins şalvara görə Dünya Rapid Çempionatından diskvalifikasiya edilib
Norveç şahmatçısı Maqnus Karlsen dress-kod qaydalarını dəfələrlə pozduğuna görə Rapid üzrə dünya çempionatından diskvalifikasiya edilib.
Bu barədə "Çempionat" məlumat yayıb.
Şahmatçının yarışdan kənarlaşdırılmasına səbəb onun geyindiyi cins şalvar olub. Turnir zamanı Karlsen geyim qaydalarına əməl etmədiyi üçün artıq xəbərdarlıq alsa da, heç bir reaksiya verməyib.
Rapid üzrə dünya çempionatının ilk günündən sonra Maqnus Karlsen 82-ci yerdə qərarlaşıb, o, mümkün beş xaldan 2,5 xal toplayıb.
Bundan əvvəl Hindistanlı Domaraju Qukeşin şahmat tarixində ən gənc dünya çempionu olduğu barədə məlumat verilmişdi.
Xəbər lenti
0