https://sputnik.az/20241228/emin-emrullayev-bakinin-mekteb-direktorlarini-basina-yigib-onlarin-tekliflerini-dinledi-469737642.html
Emin Əmrullayev Bakının məktəb direktorlarını başına yığıb onların təkliflərini dinlədi
Emin Əmrullayev Bakının məktəb direktorlarını başına yığıb onların təkliflərini dinlədi
Sputnik Azərbaycan
Şagirdlərin qiymətləndirilmə prosesinin şəffaf və obyektiv təşkilinin vacibliyini vurğulayan nazir bu yanaşmanın yalnız nəticələrə deyil, təhsilin keyfiyyətinə... 28.12.2024, Sputnik Azərbaycan
2024-12-28T18:53+0400
2024-12-28T18:53+0400
2024-12-28T18:53+0400
təhsil
eşqi bağırov
emin əmrullayev
elm və təhsil nazirliyi
mütda
məktəb direktorları
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/1c/469735667_0:0:850:478_1920x0_80_0_0_8355fff1adcf5d9aca8bf9774c282662.jpg
BAKI, 28 dekabr - Sputnik. Elm və təhsil naziri Emin Əmrullayev Bakının Nəsimi, Xətai, Qaradağ və Binəqədi rayonlarının məktəb direktorları ilə görüş keçirib.Bu barədə Bakı Şəhər Təhsil İdarəsi məlumat yayıb. Qeyd edilib ki, görüşdə Elm və Təhsil Nazirliyinin struktur bölmələrinin rəhbərləri, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov, MÜTDA-nın direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova iştirak ediblər.Görüşün əsas mövzusu məktəb idarəetməsinin təkmilləşdirilməsi, tədrisin keyfiyyətinin yaxşılaşdırılması, vətəndaş məmnuniyyətinin artırılması, həmçinin məktəb-icma əməkdaşlığının inkişaf etdirilməsi və digər müvafiq məsələlərlə bağlı olub.Elm və təhsil naziri Emin Əmrullayev məktəblərin inzibati idarəetməsində mövcud problemlər və bu onların həlli istiqamətində atıla biləcək addımlardan söz açıb.Şagirdlərin qiymətləndirilmə prosesinin şəffaf və obyektiv təşkilinin vacibliyini vurğulayan nazir bu yanaşmanın yalnız nəticələrə deyil, təhsilin keyfiyyətinə də əhəmiyyətli təsir göstərəcəyini qeyd edib. Həmçinin şagirdlərin təhsil göstəricilərini artırmaq üçün səriştə əsaslı yanaşmaların tətbiqi məsələləri müzakirə edilib. Bu prosesdə innovativ təhsil metodlarının, layihə əsaslı öyrənmənin və şagirdlərə fərdi yanaşmanın əhəmiyyəti vurğulanıb.Məktəb və müəllimin cəmiyyətdəki nüfuzunun artırılmasının əhəmiyyətinə toxunan Emin Əmrullayev müəllimlərin peşəkar inkişafına dəstək göstərilməsinin, eləcə də nümunəvi təhsil mühitinin yaradılmasının prioritet məsələlərdən biri olduğunu qeyd edib.İcma ilə ünsiyyətin əhəmiyyətindən bəhs edən nazir məktəblərin yalnız təhsil müəssisəsi deyil, həm də cəmiyyətin inkişafında əsas mərkəzlərdən biri olduğunu bildirərək valideyn və icma üzvlərinin təhsil prosesinə daha fəal cəlb edilməsinin vacibliyini nəzərə çatdırıb.Əlavə edilib ki, bu əlaqələrin möhkəmləndirilməsi həm şagirdlərin, həm də valideynlərin təhsil prosesinə daha aktiv cəlb olunmasına şərait yaradacaq.Görüş məktəb direktorları ilə qarşılıqlı fikir mübadiləsi şəraitində davam etdirilib, onların təklif və tövsiyələri dinlənilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/1c/469735667_72:0:779:530_1920x0_80_0_0_85c750e833e19721aeac32267374450a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
eşqi bağırov, emin əmrullayev, elm və təhsil nazirliyi, mütda, məktəb direktorları
eşqi bağırov, emin əmrullayev, elm və təhsil nazirliyi, mütda, məktəb direktorları
Emin Əmrullayev Bakının məktəb direktorlarını başına yığıb onların təkliflərini dinlədi
Şagirdlərin qiymətləndirilmə prosesinin şəffaf və obyektiv təşkilinin vacibliyini vurğulayan nazir bu yanaşmanın yalnız nəticələrə deyil, təhsilin keyfiyyətinə də əhəmiyyətli təsir göstərəcəyini qeyd edib.
BAKI, 28 dekabr - Sputnik. Elm və təhsil naziri Emin Əmrullayev Bakının Nəsimi, Xətai, Qaradağ və Binəqədi rayonlarının məktəb direktorları ilə görüş keçirib.
Bu barədə Bakı Şəhər Təhsil İdarəsi məlumat yayıb.
Qeyd edilib ki, görüşdə Elm və Təhsil Nazirliyinin struktur bölmələrinin rəhbərləri, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov, MÜTDA-nın direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova iştirak ediblər.
Görüşün əsas mövzusu məktəb idarəetməsinin təkmilləşdirilməsi, tədrisin keyfiyyətinin yaxşılaşdırılması, vətəndaş məmnuniyyətinin artırılması, həmçinin məktəb-icma əməkdaşlığının inkişaf etdirilməsi və digər müvafiq məsələlərlə bağlı olub.
Elm və təhsil naziri Emin Əmrullayev məktəblərin inzibati idarəetməsində mövcud problemlər və bu onların həlli istiqamətində atıla biləcək addımlardan söz açıb.
Şagirdlərin qiymətləndirilmə prosesinin şəffaf və obyektiv təşkilinin vacibliyini vurğulayan nazir bu yanaşmanın yalnız nəticələrə deyil, təhsilin keyfiyyətinə də əhəmiyyətli təsir göstərəcəyini qeyd edib. Həmçinin şagirdlərin təhsil göstəricilərini artırmaq üçün səriştə əsaslı yanaşmaların tətbiqi məsələləri müzakirə edilib. Bu prosesdə innovativ təhsil metodlarının, layihə əsaslı öyrənmənin və şagirdlərə fərdi yanaşmanın əhəmiyyəti vurğulanıb.
Məktəb və müəllimin cəmiyyətdəki nüfuzunun artırılmasının əhəmiyyətinə toxunan Emin Əmrullayev müəllimlərin peşəkar inkişafına dəstək göstərilməsinin, eləcə də nümunəvi təhsil mühitinin yaradılmasının prioritet məsələlərdən biri olduğunu qeyd edib.
İcma ilə ünsiyyətin əhəmiyyətindən bəhs edən nazir məktəblərin yalnız təhsil müəssisəsi deyil, həm də cəmiyyətin inkişafında əsas mərkəzlərdən biri olduğunu bildirərək valideyn və icma üzvlərinin təhsil prosesinə daha fəal cəlb edilməsinin vacibliyini nəzərə çatdırıb.
Əlavə edilib ki, bu əlaqələrin möhkəmləndirilməsi həm şagirdlərin, həm də valideynlərin təhsil prosesinə daha aktiv cəlb olunmasına şərait yaradacaq.
Görüş məktəb direktorları ilə qarşılıqlı fikir mübadiləsi şəraitində davam etdirilib, onların təklif və tövsiyələri dinlənilib.