Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycan banklarının bayram günlərində iş qrafiki açıqlanıb

© sputnik.azMilli bank
Milli bank - Sputnik Azərbaycan, 1920, 28.12.2024
Abunə olmaq
Bankların və "Azərpoçt" MMC-nin bəzi filial və şöbələri, habelə valyuta mübadilə məntəqələri fəaliyyət göstərəcəklər.
BAKI, 28 dekabr - Sputnik. Dekabrın 30-dan yanvarın 5-dək qeyri-iş günlərində bankların və "Azərpoçt" MMC-nin bəzi filial və şöbələri, habelə valyuta mübadilə məntəqələri fəaliyyət göstərəcəklər.
Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Bayram günlərində Azərbaycanda səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 13 bankın 97 satış nöqtəsi (o cümlədən, 3 bank üzrə 8 satış nöqtəsi 24 saat rejimində olmaqla), "Azərpoçt" MMC-nin 68 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 7 valyuta mübadiləsi məntəqəsi (o cümlədən, 2-i 24 saat rejimində olmaqla) müştərilərə xidmət göstərəcək.
Nazirlər Kabinetinin qərarına əsasən, Dünya azərbaycanlılarının həmrəyliyi günü - dekabrın 31-i, Yeni il bayramı - 1 və 2 yanvar qeyri-iş günüdür. Gələn il 4 və 5 yanvar şənbə və bazar günlərinə təsadüf edir. Beləliklə, bir həftə ardıcıl - 30 dekabr və 31 dekabr 2024-cü il, 1 yanvar, 2 yanvar, 3 yanvar, 4 yanvar və 5 yanvar 2025-ci il tarixləri qeyri-iş günləri olacaq.
Xəbər lenti
0