https://sputnik.az/20241227/teyyare-qezasinda-yaralanan-beledci-qaz-balonu-iddiasini-tekzib-etdi-469699411.html
Təyyarə qəzasında yaralanan bələdçi qaz balonu iddiasını təkzib etdi
Təyyarə qəzasında yaralanan bələdçi qaz balonu iddiasını təkzib etdi
Sputnik Azərbaycan
Zülfüqar Əsədov qeyd edib ki, təyyarəyə bayırdan təsir olub, təyyarəyə nəsə dəyib, kənardan salona keçən yad cisim onun qolunu yaralayıb. 27.12.2024, Sputnik Azərbaycan
2024-12-27T14:57+0400
2024-12-27T14:57+0400
2024-12-27T20:36+0400
bələdçi
təyyarə
"embraer 190" təyyarəsi
aktau
qəza
azərbaycan
bakı
qroznı
aktauda azal-ın təyyarəsinin qəzaya uğraması
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/1b/469699229_0:0:637:358_1920x0_80_0_0_b7b0bdc807cf3b8e9bb2043d877801ca.jpg.webp
BAKI, 27 dekabr — Sputnik. "Təyyarənin salonunda qaz balonunun partlaması versiyası ağlasığmazdır, yalandır". Bunu APA-ya açıqlamasında təyyarə qəzasında sağ qalan təyyarə bələdçisi Zülfüqar Əsədov deyib. Bələdçi qeyd edib ki, təyyarənin salonunda hər hansı bir şey, hətta oksigen balonu belə partlasa, təyyarə həmin an parçalanardı. Zülfüqar Əsədov qeyd edib ki, təyyarəyə bayırdan təsir olub, təyyarəyə nəsə dəyib, kənardan salona keçən yad cisim onun qolunu yaralayıb. Qeyd edək ki, təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb. Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/1b/469699229_63:0:596:400_1920x0_80_0_0_0bbd876715befa9813eb75302245b09c.jpg.webpSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bələdçi, təyyarə, "embraer 190" təyyarəsi, aktau, qəza, azərbaycan, bakı, qroznı
bələdçi, təyyarə, "embraer 190" təyyarəsi, aktau, qəza, azərbaycan, bakı, qroznı
Təyyarə qəzasında yaralanan bələdçi qaz balonu iddiasını təkzib etdi
14:57 27.12.2024 (Yenilənib: 20:36 27.12.2024) Zülfüqar Əsədov qeyd edib ki, təyyarəyə bayırdan təsir olub, təyyarəyə nəsə dəyib, kənardan salona keçən yad cisim onun qolunu yaralayıb.
BAKI, 27 dekabr — Sputnik. "Təyyarənin salonunda qaz balonunun partlaması versiyası ağlasığmazdır, yalandır". Bunu APA-ya açıqlamasında təyyarə qəzasında sağ qalan təyyarə bələdçisi Zülfüqar Əsədov deyib.
Bələdçi qeyd edib ki, təyyarənin salonunda hər hansı bir şey, hətta oksigen balonu belə partlasa, təyyarə həmin an parçalanardı.
"Təyyarənin salonuna qaz balonu keçirmək mümkün deyil. Hava limanında bütün yüklər, o cümlədən əl yükləri yoxlanılır", - deyə bələdçi bildirib.
Zülfüqar Əsədov qeyd edib ki, təyyarəyə bayırdan təsir olub, təyyarəyə nəsə dəyib, kənardan salona keçən yad cisim onun qolunu yaralayıb.
Qeyd edək ki, təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.