https://sputnik.az/20241227/pilota-basqa-variantlar-teklif-edilse-de-qazaxistana-ucmaq-qerarina-gelib---yadrov-469701755.html
Pilota başqa variantlar təklif edilsə də, Qazaxıstana uçmaq qərarına gəlib - Yadrov
Pilota başqa variantlar təklif edilsə də, Qazaxıstana uçmaq qərarına gəlib - Yadrov
Sputnik Azərbaycan
Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin rəhbəri AZAL-ın təyyarəsinə hara eniş təklif edildiyini açıqlamayıb. 27.12.2024, Sputnik Azərbaycan
2024-12-27T15:56+0400
2024-12-27T15:56+0400
2024-12-27T20:35+0400
qazaxıstan
rusiya
aviasiya
qəza
azərbaycan
pilot
eniş
aktauda azal-ın təyyarəsinin qəzaya uğraması
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/1b/469702934_0:0:3105:1748_1920x0_80_0_0_61e5576ef34893bf5d9d4b1dbe486c6d.jpg
BAKI, 27 dekabr — Sputnik. Qazaxıstanda qəzaya uğrayan "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) təyyarəsinin komandirinə Qroznıda eniş cəhdi alınmadıqdan sonra başqa hava limanları təklif edilib, lakin o, Aktauya uçmaq qərarına gəlib. Bunu Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) rəhbəri Dmitri Yadrov deyib. Yadrovun sözlərinə görə, AZAL-ın təyyarəsi hava şəraiti (500 metr yüksəklikdə görmə qabiliyyətinin pisləşməsinə səbəb olan duman) və "Ukraynanın terror hücumları" səbəbindən tətbiq edilən "Xalça" planı səbəbindən Qroznıya enə bilməyib:Yadrov AZAL-ın təyyarəsinə hara eniş təklif edildiyini açıqlamayıb. Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. Dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb. Prezidenti İlham Əliyev çoxsaylı insan itkisindən sonra dekabrın 26-da ölkədə matəm elan edilməsi ilə bağlı Sərəncam imzalayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/1b/469702934_376:0:3105:2047_1920x0_80_0_0_1010e244e8344b39977b8b6e9f1b3b5d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
qazaxıstan, rusiya, aviasiya, qəza, azərbaycan, pilot, eniş
qazaxıstan, rusiya, aviasiya, qəza, azərbaycan, pilot, eniş
Pilota başqa variantlar təklif edilsə də, Qazaxıstana uçmaq qərarına gəlib - Yadrov
15:56 27.12.2024 (Yenilənib: 20:35 27.12.2024) Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin rəhbəri AZAL-ın təyyarəsinə hara eniş təklif edildiyini açıqlamayıb.
BAKI, 27 dekabr — Sputnik. Qazaxıstanda qəzaya uğrayan "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) təyyarəsinin komandirinə Qroznıda eniş cəhdi alınmadıqdan sonra başqa hava limanları təklif edilib, lakin o, Aktauya uçmaq qərarına gəlib. Bunu Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) rəhbəri Dmitri Yadrov deyib.
Yadrovun sözlərinə görə, AZAL-ın təyyarəsi hava şəraiti (500 metr yüksəklikdə görmə qabiliyyətinin pisləşməsinə səbəb olan duman) və "Ukraynanın terror hücumları" səbəbindən tətbiq edilən "Xalça" planı səbəbindən Qroznıya enə bilməyib:
"Təyyarəni endirmək üçün iki cəhddən sonra komandir pilota başqa variantlar təklif edilsə də, Qazaxıstana uçmaq qərarına gəlib".
Yadrov AZAL-ın təyyarəsinə hara eniş təklif edildiyini açıqlamayıb.
"Birgə araşdırılmalı olan bir çox müxtəlif məsələlər var. Biz həmkarlarımızla birgə bu işə tam hazırıq", - Yadrov fikirlərini yekunlaşdırıb.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Prezidenti İlham Əliyev çoxsaylı insan itkisindən sonra dekabrın 26-da ölkədə matəm elan edilməsi ilə bağlı Sərəncam imzalayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.