https://sputnik.az/20241227/novbeti-koc-karvani-xocalinin-ballica-kendine-yola-salinib-469692612.html
Növbəti köç karvanı Xocalının Ballıca kəndinə yola salınıb
Növbəti köç karvanı Xocalının Ballıca kəndinə yola salınıb
Sputnik Azərbaycan
Kənd elektrik enerjisi, içməli su, təbii qaz və sürətli internetlə təmin olunub. 27.12.2024, Sputnik Azərbaycan
2024-12-27T15:26+0400
2024-12-27T15:26+0400
2024-12-27T15:26+0400
köç
qarabağın dirçəlişi və reinteqrasiyası
xocalı
kənd
işğaldan azad edilmiş ərazilər
https://cdnn1.img.sputnik.az/img/07e8/09/1a/467669713_0:50:944:581_1920x0_80_0_0_df2dc096e50e4508604a0bae561aec4b.jpg
BAKI, 27 dekabr — Sputnik. Xocalı rayonunun Ballıca kəndinə növbəti köç karvanı yola salınıb. Sputnik Azərbaycan-ın məlumatına görə, dekabrın 27-də 119 nəfərdən ibarət 21 ailənin Xocalı rayonunun Ballıca kəndinə köçürülməsi həyata keçirilib. Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində öz ata-baba yurdlarına qayıdan keçmiş məcburi köçkünlər 32 ildən sonra ilk dəfə olaraq hər iki bayramı doğma torpaqlarında qeyd edəcəklər. Ballıca kəndində bütün infrastruktur yenidən qurulub. Kənd elektrik enerjisi, içməli su, təbii qaz və sürətli internetlə təmin olunub. Qeyd edək ki, Ballıca kəndi 1992-ci ildə Ermənistan ordusu tərəfindən işğal edilib. Kənd 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş lokal xarakterli antiterror əməliyyatı nəticəsində azad olunub. Xatırladaq ki, dekabrın 13-də Ballıcaya 152 nəfərdən ibarət 27 ailə köçürülüb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/09/1a/467669713_52:0:892:630_1920x0_80_0_0_07e003722e311157328ebd83b3959049.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
köç, xocalı, kənd, işğaldan azad edilmiş ərazilər
köç, xocalı, kənd, işğaldan azad edilmiş ərazilər
Növbəti köç karvanı Xocalının Ballıca kəndinə yola salınıb
Kənd elektrik enerjisi, içməli su, təbii qaz və sürətli internetlə təmin olunub.
BAKI, 27 dekabr — Sputnik. Xocalı rayonunun Ballıca kəndinə növbəti köç karvanı yola salınıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, dekabrın 27-də 119 nəfərdən ibarət 21 ailənin Xocalı rayonunun Ballıca kəndinə köçürülməsi həyata keçirilib.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində öz ata-baba yurdlarına qayıdan keçmiş məcburi köçkünlər 32 ildən sonra ilk dəfə olaraq hər iki bayramı doğma torpaqlarında qeyd edəcəklər.
Ballıca kəndində bütün infrastruktur yenidən qurulub. Kənd elektrik enerjisi, içməli su, təbii qaz və sürətli internetlə təmin olunub.
Qeyd edək ki, Ballıca kəndi 1992-ci ildə Ermənistan ordusu tərəfindən işğal edilib. Kənd 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş lokal xarakterli antiterror əməliyyatı nəticəsində azad olunub.
Xatırladaq ki, dekabrın 13-də Ballıcaya 152 nəfərdən ibarət 27 ailə köçürülüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.