Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Minsk 2025-ci ildə diqqəti Aİİ-nin ümumi əməkdaşlıq məkanının formalaşmasına yönəldəcək

© Sputnik Viktor Tolochko / Mediabanka keçidMinsk
Minsk  - Sputnik Azərbaycan, 1920, 27.12.2024
Abunə olmaq
Minskin Aİİ-yə sədrliyi dövründə Avrasiya inteqrasiyasının sosial komponentinin formalaşmasına xüsusi diqqət yetiriləcək.
BAKI, 27 dekabr — Sputnik. Belarus Avrasiya İqtisadi İttifaqının (Aİİ) sədri kimi 2025-ci ildə ittifaqın ümumi əməkdaşlıq məkanının formalaşdırılmasına diqqət yetirmək niyyətindədir.
Bu barədə Belarusun "BelTA" dövlət agentliyi Rusiya Federasiyasında keçirilən ittifaq sammitinin yekunlarına əsasən məlumat verib.
Belarus Prezidenti Aleksandr Lukaşenko bu yaxınlarda Aİİ sammitində bildirib ki, Minsk Aİİ tərəfdaşlarına gələn il ittifaqa sədrliyinin prioritetlərini yazılı şəkildə göndərəcək.

"Belarus tərəfi, xüsusilə diqqətini Aİİ-nin texnoloji potensialının artırılmasına və ümumi əməkdaşlıq məkanının formalaşmasına yönəltmək istəyir. Burada hər şey sadədir: texnologiya sahəsində müstəqilliyə nail olmaq üçün ölkələrin sənaye və maliyyə potensiallarını birləşdirmək vacibdir", - agentlikdən bildirilib.

"BelTA" dövlət agentliyindən verilən məlumata görə, Minskin prioritetləri arasında Aİİ-də rəqəmsal transformasiya sahəsində qarşılıqlı fəaliyyətin intensivləşdirilməsi də var.
"Belarus hesab edir ki, bu sahədə mövcud disbalansları tez bir zamanda aradan qaldırmaq lazımdır", - məlumatda vurğulanır.
Qeyd olunur ki, rəsmi Minskin fikrincə, "digər vacib məsələ isə Aİİ-nin beynəlxalq mövqeyidir və ticarətin sözün yaxşı mənasında xarici bazarlarda genişlənməsidir".
Söhbət Avrasiya məhsullarının əsas xarici bazarlarda mövcudluğunun artırılması və regiona ən qabaqcıl texnologiyaların cəlb edilməsindən gedir.
Minskin Aİİ-yə sədrliyi dövründə ittifaqda dayanıqlı iqtisadi artımın təmin edilməsində mühüm amil kimi Avrasiya inteqrasiyasının sosial komponentinin formalaşmasına xüsusi diqqət yetiriləcək.

"Şübhəsiz ki, Belarus tərəfi də çətinlikləri həll etməyə - sahibkarlıq fəaliyyətin aparılması üçün şəraitin düzəldilməsini, ittifaqın daxili məkanında ümumi və şəffaf rəqabət mühitinin yaradılmasını davam edəcək. Tərəflər uzun müddətdir ki, son nöqtəyə gələ bilmirlər. Belarusda hesab edirlər ki, vahid xidmət bazarlarının yaradılması məsələlərində daha cəsarətli hərəkət etmək, o cümlədən maliyyə sahəsi üzrə işləri gücləndirmək, şəffaf və suveren prinsiplər əsasında qarşılıqlı ticarətdə hesablaşmaların inkişafına töhfə vermək lazımdır", - "Belta" yazır.

Vurğulanır ki, "sözdə, dörd azadlığın - malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin hərəkətinin təmin edilməsi ilə bağlı hər şey həll olunmayıb", ona görə də ticarətdə maneələr mövzusu hələ də aktualdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0