https://sputnik.az/20241227/kosmik-fealiyyet-haqqinda-qanunvericiliyi-pozanlar-5-min-manatadek-cerimelenecek-469692225.html
Kosmik fəaliyyət haqqında qanunvericiliyi pozanlar 5 min manatadək cərimələnəcək
Kosmik fəaliyyət haqqında qanunvericiliyi pozanlar 5 min manatadək cərimələnəcək
Sputnik Azərbaycan
Dəyişiklik Milli Məclisin iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 602-4.1-ci maddəsində əksini tapıb. 27.12.2024, Sputnik Azərbaycan
2024-12-27T16:58+0400
2024-12-27T16:58+0400
2024-12-27T16:59+0400
kosmik
elm
fəaliyyət
azərbaycan
milli məclis
min
manat
cərimə
https://cdnn1.img.sputnik.az/img/07e8/0a/1f/468417378_0:125:1600:1025_1920x0_80_0_0_dd99605213464d926d75940fb3092822.jpg
BAKI, 27 dekabr— Sputnik. Kosmik fəaliyyət haqqında qanunvericiliyin pozulmasına görə 5 min manatadək cərimələr tətbiq ediləcək. Bu, Milli Məclisin iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 602-4.1-ci maddəsində əksini tapıb. Layihəyə əsasən, Kosmik fəaliyyət haqqında qanunvericiliyin pozulmasına, yəni: Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib. Xatırladaq ki, "Kosmik fəaliyyət haqqında" qanuna görə kosmik fəaliyyət – Yerətrafı orbitlər, habelə Ay və digər səma cisimləri və onların orbitləri daxil olmaqla, kosmik fəzanın texniki, iqtisadi, müdafiə, təhlükəsizlik, informasiya, elmi, ekoloji və digər məqsədlər üçün kosmik obyekt vasitəsilə tədqiqi və istifadəsi, kosmik obyektin kosmik fəzaya çıxarılması, idarə edilməsi, istismarı və Yerə qaytarılması, yaxud istismardan çıxarılmasıdır. Kosmik obyekt – kosmik fəzaya çıxarılması nəzərdə tutulan və ya çıxarılmış kosmik aparat (peyk, kosmik gəmi), kosmik qurğu, raketdaşıyıcı, habelə kosmik aparatların və kosmik qurğuların öz funksiyalarını düzgün icra etməsi üçün nəzərdə tutulan digər avadanlıqdır. Kosmik fəaliyyətin subyektləri – kosmik operatorlar, fiziki və hüquqi şəxslər, dövlət orqanları (qurumları).Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0a/1f/468417378_34:0:1567:1150_1920x0_80_0_0_de8f3a1516c4ec7347ef64015a92f7f7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
kosmik, fəaliyyət, azərbaycan, milli məclis, min, manat, cərimə
kosmik, fəaliyyət, azərbaycan, milli məclis, min, manat, cərimə
Kosmik fəaliyyət haqqında qanunvericiliyi pozanlar 5 min manatadək cərimələnəcək
16:58 27.12.2024 (Yenilənib: 16:59 27.12.2024) Dəyişiklik Milli Məclisin iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 602-4.1-ci maddəsində əksini tapıb.
BAKI, 27 dekabr— Sputnik. Kosmik fəaliyyət haqqında qanunvericiliyin pozulmasına görə 5 min manatadək cərimələr tətbiq ediləcək.
Bu, Milli Məclisin iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 602-4.1-ci maddəsində əksini tapıb.
Layihəyə əsasən, Kosmik fəaliyyət haqqında qanunvericiliyin pozulmasına, yəni:
Azərbaycan Respublikasının vətəndaşı və ya hüquqi şəxsi Azərbaycan Respublikasından kənarda kosmik obyekt üzərində əmlak hüququnu əldə edənədək bu barədə milli kosmik operatora əvvəlcədən yazılı məlumat verməməsinə;
Azərbaycan Respublikasının kosmik obyektlərinin dövlət reyestrində qeydiyyata alınmış kosmik obyektin mülkiyyətçisinin kosmik obyektin istismardan çıxarılması barədə dərhal milli kosmik operatora yazılı məlumat verməməsinə;
Azərbaycan Respublikasından kənarda kosmik obyektin istehsalını sifariş etmiş Azərbaycan Respublikasının vətəndaşı və ya hüquqi şəxsi sifariş verdiyi andan 30 (otuz) gün müddətində bu barədə milli kosmik operatora yazılı məlumat verməməsinə görə fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə ediləcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Xatırladaq ki, "Kosmik fəaliyyət haqqında" qanuna görə kosmik fəaliyyət – Yerətrafı orbitlər, habelə Ay və digər səma cisimləri və onların orbitləri daxil olmaqla, kosmik fəzanın texniki, iqtisadi, müdafiə, təhlükəsizlik, informasiya, elmi, ekoloji və digər məqsədlər üçün kosmik obyekt vasitəsilə tədqiqi və istifadəsi, kosmik obyektin kosmik fəzaya çıxarılması, idarə edilməsi, istismarı və Yerə qaytarılması, yaxud istismardan çıxarılmasıdır.
Kosmik obyekt – kosmik fəzaya çıxarılması nəzərdə tutulan və ya çıxarılmış kosmik aparat (peyk, kosmik gəmi), kosmik qurğu, raketdaşıyıcı, habelə kosmik aparatların və kosmik qurğuların öz funksiyalarını düzgün icra etməsi üçün nəzərdə tutulan digər avadanlıqdır.
Kosmik fəaliyyətin subyektləri – kosmik operatorlar, fiziki və hüquqi şəxslər, dövlət orqanları (qurumları).
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.