https://sputnik.az/20241227/herbi-xidmete-cagiris-muddetinin-yuxari-heddi-35-yasdan-30-yasa-endirilir-469691498.html
Hərbi xidmətə çağırış müddətinin yuxarı həddi 35 yaşdan 30 yaşa endirilir
Hərbi xidmətə çağırış müddətinin yuxarı həddi 35 yaşdan 30 yaşa endirilir
Sputnik Azərbaycan
Dəyişikliyə əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycan... 27.12.2024, Sputnik Azərbaycan
2024-12-27T20:50+0400
2024-12-27T20:50+0400
2024-12-27T20:50+0400
hərbi
hərbi
xidmət
azərbaycan
ekspert
arzu nağıyev
ramil məmmədli
deputat
yaş
çağırış
https://cdnn1.img.sputnik.az/img/07e6/02/06/438885899_0:50:1000:613_1920x0_80_0_0_61b240ceb876325365c7a8eaebb5d0ec.jpg
BAKI, 27 dekabr— Sputnik. Müddətli həqiqi hərbi xidmətə çağırış yaşının yuxarı həddi 35-dən 30-a endirilir. Bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Qüvvədə olan qanuna əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 35 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarıdır. Dəyişikliyə əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları olacaq. Beləliklə, çağırışa möhlət hüququnu itirmiş çağırışçılar, habelə möhlət hüququ olmayan və ya çağırışdan azad edilmək üçün bu Qanunda nəzərdə tutulmuş əsasları olmayan, müxtəlif səbəblərə görə müəyyən edilmiş müddətlərdə müddətli həqiqi hərbi xidmətə çağırılmamış şəxslər 35 yaşına çatanadək növbəti çağırış keçirilərkən hərbi xidmətə çağırılmalı idilərsə, dəyişikliyə əsasən həmin şəxslər 30 yaşına çatanadək növbəti çağırış keçirilərkən hərbi xidmətə çağırılacaqlar. Çağırışa möhlət hüququnu itirmiş çağırışçılar, habelə möhlət hüququ olmayan və ya çağırışdan azad edilmək üçün bu Qanunda nəzərdə tutulmuş əsasları olmayan, müxtəlif səbəblərə görə müəyyən edilmiş müddətlərdə müddətli həqiqi hərbi xidmətə çağırılmamış şəxslər 30 yaşına çatanadək növbəti çağırış keçirilərkən hərbi xidmətə çağırılacaqlar. Çağırışçılara ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət də 30 yaşa qədər veriləcək. Bu yaşa qədər çağırışdan möhlət hüququnu itirməmiş şəxslər dinc dövrdə müddətli həqiqi hərbi xidmətdən azad olunacaq və ehtiyata keçiriləcəklər. Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib. Qeyd edək ki, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib ki, hərbi xidmətə çağırışla bağlı yaş həddinin endirilməsi çox vacibdir: "44 günlük Vətən müharibəsindən sonra orduda islahatların aparılması, bir sıra qanunvericilikdə dəyişikliklərin edilməsi Prezident tərəfindən labüd sayılıb. Bu islahatlara uyğun olaraq əsas istiqamətlərdən biri də çağırış məsələsidir. Bu gün cəmiyyəti narahat edən və eyni zamanda sevindirə bilən bir sıra dəyişikliklər var". O bildirib ki, orduya çağırışla bağlı bir sıra ölkələrin qanunları müxtəlifdir:Millət vəkilinin sözlərinə görə, əsasən 18-30 yaş arası insanlar yeni bacarıqları daha tez öyrənirlər: "Çağırışçılar üçün psixoloji aspektlər də çox mühüm əhəmiyyət kəsb edir. Onlar həkim komissiyasından keçdikdə psixoloji müayinədə stress altında davranışla bağlı suallar, digər məsələlər aydınlaşdırılır. Yəni son vaxtlar bir sıra ordularda gedən müharibələri də görürük. Ağır şizofreniya, travma sonrası stress və adaptasiya pozğunluğu kimi problemlər nəzərəalınandır. Yaş həddinin aşağı salınması da çox mühüm əhəmiyyət kəsb edir". Hərbi ekspert Ramil Məmmədli bildirib ki, Vətən müharibəsi başa çatdıqdan sonra hərbi xidmət keçməklə bağlı dəyişikliklər edilməsi üçün müzakirələr başlamışdı:"Həm hərbi xidmətin yaş həddi, həm də xidmət küçmə müddəti müzakirə mövzusudur. Təbii ki, bu prosesdə həqiqi xhərbi xidmət müddətinin ali təhsili olmayanlar üçün 1 il 6 aydan bir ilə, ali təhsillilər üçün üçün isə 1 ildən 8 aya endirilməsi müəyyən dairələrdətəklif edilirdi. Müharibə şəraitində olan bir ölkə üçün 35 yaş həddi məqbul hesab edilirdi. Artıq müharibə bitib, ərazi bütövlüyümüz təmin edilib. Bu baxımdan yaş həddinin 30-a endirilməsi anlaşılandır. Hətta mən hesab edirəm ki, yaş həddi 27-28 yaşa salınsın. Bu yaşa qədər şəxslər daha enerjili və qavrama qabiliyyəti daha güclü olur". Ekspert hesab edir ki, yaş həddinin endirilməsi Azərbaycan ordusunun şəxsi heyətinin sayına və ordunun komplektləşdiirlməsinə hər hansı bir narahatlıq gətirməyəcək. Bu baxımdan, artıq bu məsələyə baxmaq və qərar vermək vaxtı yetişib:"Düşünürəm ki, hazırda parlament bu dəyişiklikləri qəbul etmək qərarına gəlib və bu dəyişiklikləri dəstəkləyəcək. Çağırış müddəti ilə bağlı məsələyə də bundan sonra baxılacaq". Ekspert xidmətə qəbul yaşının qaldırılmasını doğru hesab etmir. Onun sözlərinə görə, 18 yaş daha məqsədə uyğundur. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/06/438885899_59:0:942:662_1920x0_80_0_0_6b39a2ac51cd5517a0972a6c1b299d33.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
hərbi, xidmət, azərbaycan, ekspert, arzu nağıyev, ramil məmmədli, deputat, yaş, çağırış
hərbi, xidmət, azərbaycan, ekspert, arzu nağıyev, ramil məmmədli, deputat, yaş, çağırış
Hərbi xidmətə çağırış müddətinin yuxarı həddi 35 yaşdan 30 yaşa endirilir
Dəyişikliyə əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları olacaq.
BAKI, 27 dekabr— Sputnik. Müddətli həqiqi hərbi xidmətə çağırış yaşının yuxarı həddi 35-dən 30-a endirilir.
Bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 35 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarıdır. Dəyişikliyə əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları olacaq.
Beləliklə, çağırışa möhlət hüququnu itirmiş çağırışçılar, habelə möhlət hüququ olmayan və ya çağırışdan azad edilmək üçün bu Qanunda nəzərdə tutulmuş əsasları olmayan, müxtəlif səbəblərə görə müəyyən edilmiş müddətlərdə müddətli həqiqi hərbi xidmətə çağırılmamış şəxslər 35 yaşına çatanadək növbəti çağırış keçirilərkən hərbi xidmətə çağırılmalı idilərsə, dəyişikliyə əsasən həmin şəxslər 30 yaşına çatanadək növbəti çağırış keçirilərkən hərbi xidmətə çağırılacaqlar.
Çağırışa möhlət hüququnu itirmiş çağırışçılar, habelə möhlət hüququ olmayan və ya çağırışdan azad edilmək üçün bu Qanunda nəzərdə tutulmuş əsasları olmayan, müxtəlif səbəblərə görə müəyyən edilmiş müddətlərdə müddətli həqiqi hərbi xidmətə çağırılmamış şəxslər 30 yaşına çatanadək növbəti çağırış keçirilərkən hərbi xidmətə çağırılacaqlar. Çağırışçılara ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət də 30 yaşa qədər veriləcək. Bu yaşa qədər çağırışdan möhlət hüququnu itirməmiş şəxslər dinc dövrdə müddətli həqiqi hərbi xidmətdən azad olunacaq və ehtiyata keçiriləcəklər.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Qeyd edək ki, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib ki, hərbi xidmətə çağırışla bağlı yaş həddinin endirilməsi çox vacibdir:
"44 günlük Vətən müharibəsindən sonra orduda islahatların aparılması, bir sıra qanunvericilikdə dəyişikliklərin edilməsi Prezident tərəfindən labüd sayılıb. Bu islahatlara uyğun olaraq əsas istiqamətlərdən biri də çağırış məsələsidir. Bu gün cəmiyyəti narahat edən və eyni zamanda sevindirə bilən bir sıra dəyişikliklər var".
O bildirib ki, orduya çağırışla bağlı bir sıra ölkələrin qanunları müxtəlifdir:
"Məsələn, Rusiyada hərbi xidmətə çağırış 18 yaşına çatmış, lakin 27 yaşdan yuxarı olmayan vətəndaşlara şamil edilir. 30 yaşdan aşağı şəxslər adətən daha yaxşı fiziki formada olurlar, intensiv fiziki qabiliyyətə malikdirlər. Psixoloji yetkinlik 18-25 yaş arasında, eyni zamanda 30 yaşına qədər yetkinliyə çatır. Bu, emosional və psixoloji problemlərin öhdəsindən gəlməyə kömək edir".
Millət vəkilinin sözlərinə görə, əsasən 18-30 yaş arası insanlar yeni bacarıqları daha tez öyrənirlər:
"Çağırışçılar üçün psixoloji aspektlər də çox mühüm əhəmiyyət kəsb edir. Onlar həkim komissiyasından keçdikdə psixoloji müayinədə stress altında davranışla bağlı suallar, digər məsələlər aydınlaşdırılır. Yəni son vaxtlar bir sıra ordularda gedən müharibələri də görürük. Ağır şizofreniya, travma sonrası stress və adaptasiya pozğunluğu kimi problemlər nəzərəalınandır. Yaş həddinin aşağı salınması da çox mühüm əhəmiyyət kəsb edir".
Hərbi ekspert Ramil Məmmədli bildirib ki, Vətən müharibəsi başa çatdıqdan sonra hərbi xidmət keçməklə bağlı dəyişikliklər edilməsi üçün müzakirələr başlamışdı:
"Həm hərbi xidmətin yaş həddi, həm də xidmət küçmə müddəti müzakirə mövzusudur. Təbii ki, bu prosesdə həqiqi xhərbi xidmət müddətinin ali təhsili olmayanlar üçün 1 il 6 aydan bir ilə, ali təhsillilər üçün üçün isə 1 ildən 8 aya endirilməsi müəyyən dairələrdətəklif edilirdi. Müharibə şəraitində olan bir ölkə üçün 35 yaş həddi məqbul hesab edilirdi. Artıq müharibə bitib, ərazi bütövlüyümüz təmin edilib. Bu baxımdan yaş həddinin 30-a endirilməsi anlaşılandır. Hətta mən hesab edirəm ki, yaş həddi 27-28 yaşa salınsın. Bu yaşa qədər şəxslər daha enerjili və qavrama qabiliyyəti daha güclü olur".
Ekspert hesab edir ki, yaş həddinin endirilməsi Azərbaycan ordusunun şəxsi heyətinin sayına və ordunun komplektləşdiirlməsinə hər hansı bir narahatlıq gətirməyəcək. Bu baxımdan, artıq bu məsələyə baxmaq və qərar vermək vaxtı yetişib:
"Düşünürəm ki, hazırda parlament bu dəyişiklikləri qəbul etmək qərarına gəlib və bu dəyişiklikləri dəstəkləyəcək. Çağırış müddəti ilə bağlı məsələyə də bundan sonra baxılacaq".
Ekspert xidmətə qəbul yaşının qaldırılmasını doğru hesab etmir. Onun sözlərinə görə, 18 yaş daha məqsədə uyğundur.
"Həmin yaşda olan vətəndaşlar xidmət keçdikdən sonra həyatlarını daha rahat formalaşdıra bilərlər. Alternativ həqiqi hərbi xidmətin tərəfdarı deyiləm. Çünki bizim ordumuz xalq ordusudur. Bu baxımdan hər bir kişi cinsindən olan Azərbaycan vəətndaşı burada xidmət keçməlidir", - Ramil Məmmədli fikirlərini yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.