Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Hərbi qulluqçulara Bakı və Sumqayıtda təmirli mənzillər veriləcək

© Official website of President of Azerbaijan RepublicEv
Ev - Sputnik Azərbaycan, 1920, 27.12.2024
Abunə olmaq
Komissiyanın iclasında Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş siyahı əsasında 901 nəfər hərbi qulluqçunun mənzil növbəsinə qəbul edilməsi barədə qərar qəbul edilib.
BAKI, 27 dekabr — Sputnik. Azərbaycan Prezidentinin "Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" 2011-ci il 28 dekabr tarixli Fərmanı ilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib.
Maliyyə Nazirliyindən bildirilib ki, Komissiyanın sədri, maliyyə naziri Samir Şərifov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi istiqamətində Fərmanla qarşıya qoyduğu vəzifələrin icrası olaraq, Azərbaycan Ordusunun minlərlə hərbi qulluqçusunun dövlətin bu mühüm sosial proqramından bəhrələnərək mənzillərlə təmin olunduğunu qeyd edib.
Nazir bildirib ki, bu günə qədər dövlət vəsaiti hesabına 20 il və daha çox xidmət etmiş 4027 nəfər hərbi qulluqçu mənzillərlə təmin olunub. Komissiya tərəfindən Müdafiə Nazirliyinin təqdim etdiyi siyahılar əsasında mənzil növbəsinə mütəmadi baxıldığını və vaxtaşırı mənzil almaq hüququ qazanan hərbi qulluqçuların mənzil növbəsinə əlavə edildiyini diqqətə çatdıran komissiyanın sədri qeyd edib ki, cari ildə dövlət büdcəsində nəzərdə tutulmuş 35 milyon manat vəsait hesabına daha 512 tam təmirli mənzil alınaraq, Komissiyanın qərarı ilə hərbi qulluqçulara verilməsi təmin olunmalıdır.
Komissiyanın iclasında Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş siyahı əsasında 901 nəfər hərbi qulluqçunun mənzil növbəsinə qəbul edilməsi barədə qərar qəbul edilib.
Komissiya, həmçinin hazırda mənzil növbəsində olan 381 nəfər hərbi qulluqçunun Bakı və Sumqayıt şəhərlərində tam təmirli mənzillərlə təmin olunmasına, eyni zamanda, 131 nəfər hərbi qulluqçuya mənzilin verilməsinə dair məsələnin 2025-ci ilin fevral ayında keçiriləcək iclasda mənzillərin Müdafiə Nazirliyi tərəfindən püşkatma yolu ilə növbəsi çatmış hərbi qulluqçular arasında bölgüsünün nəticələri əsasında baxılması qərara alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0