https://sputnik.az/20241227/embraer-teyyare-istehsalcisinin-numayendeleri-aktauya-gedibler-469701209.html
"Embraer" təyyarə istehsalçısının nümayəndələri Aktauya gediblər
"Embraer" təyyarə istehsalçısının nümayəndələri Aktauya gediblər
Sputnik Azərbaycan
Təyyarə istehsalçısı "Embraer"dən təyin olunmuş nümayəndələr Çikaqo Konvensiyasına 13-cü Əlavəyə uyğun olaraq Braziliyadan Aktau şəhərinə gediblər 27.12.2024, Sputnik Azərbaycan
2024-12-27T15:31+0400
2024-12-27T15:31+0400
2024-12-27T20:35+0400
təyyarə
"embraer 190" təyyarəsi
azərbaycan
braziliya
aktau
qəza
xidmət
aktauda azal-ın təyyarəsinin qəzaya uğraması
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/1b/469695563_0:155:2976:1829_1920x0_80_0_0_3f24c425b01f478f1bd0307fd32e5bda.jpg
BAKI, 27 dekabr — Sputnik. "Embraer" təyyarə istehsalçısının nümayəndələri Braziliyadan "Azərbaycan Hava Yolları" QSC-nin təyyarəsinin qəzaya uğradığı Aktauya gediblər. Bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb. O da bildirilib ki, Braziliyanın Təyyarə Qəzalarının Araşdırılması və Qarşısının Alınması üzrə Mərkəzin (CENIPA) nümayəndələrinin yaxın günlərdə Azərbaycan Hava Yollarına məxsus Embraer 190 təyyarəsinin qəzaya uğradığı Aktauya gəlməsi gözlənilir. "CENIPA-nın gəlişi yaxın günlərdə gözlənilir", - Nəqliyyat Nazirliyinin açıqlamasında bildirilir. Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. Dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb. Prezidenti İlham Əliyev çoxsaylı insan itkisindən sonra dekabrın 26-da ölkədə matəm elan edilməsi ilə bağlı Sərəncam imzalayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/1b/469695563_166:0:2811:1984_1920x0_80_0_0_29479bc1b7cad51ef9fa14bff5d3bcec.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
təyyarə, "embraer 190" təyyarəsi, azərbaycan, braziliya, aktau, qəza, xidmət
təyyarə, "embraer 190" təyyarəsi, azərbaycan, braziliya, aktau, qəza, xidmət
"Embraer" təyyarə istehsalçısının nümayəndələri Aktauya gediblər
15:31 27.12.2024 (Yenilənib: 20:35 27.12.2024) Təyyarə istehsalçısı "Embraer"dən təyin olunmuş nümayəndələr Çikaqo Konvensiyasına 13-cü Əlavəyə uyğun olaraq Braziliyadan Aktau şəhərinə gediblər
BAKI, 27 dekabr — Sputnik. "Embraer" təyyarə istehsalçısının nümayəndələri Braziliyadan "Azərbaycan Hava Yolları" QSC-nin təyyarəsinin qəzaya uğradığı Aktauya gediblər. Bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Təyyarə istehsalçısı "Embraer"dən təyin olunmuş nümayəndələr Çikaqo Konvensiyasına 13-cü Əlavəyə uyğun olaraq Braziliyadan Aktau şəhərinə gediblər", - Qazaxıstan Nəqliyyat Nazirliyinin açıqlamasında deyilir.
O da bildirilib ki, Braziliyanın Təyyarə Qəzalarının Araşdırılması və Qarşısının Alınması üzrə Mərkəzin (CENIPA) nümayəndələrinin yaxın günlərdə Azərbaycan Hava Yollarına məxsus Embraer 190 təyyarəsinin qəzaya uğradığı Aktauya gəlməsi gözlənilir.
"CENIPA-nın gəlişi yaxın günlərdə gözlənilir", - Nəqliyyat Nazirliyinin açıqlamasında bildirilir.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Prezidenti İlham Əliyev çoxsaylı insan itkisindən sonra dekabrın 26-da ölkədə matəm elan edilməsi ilə bağlı Sərəncam imzalayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.