DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çin ABŞ-a qarşı sanksiyalar tətbiq edib – XİN

© iStock.com / William_PotterÇin və ABŞ, arxiv
Çin və ABŞ, arxiv - Sputnik Azərbaycan, 1920, 27.12.2024
Abunə olmaq
ÇXR Tayvana silah satışına görə ABŞ-ın hərbi sənaye şirkətlərinə qarşı sanksiya tətbiq edib.
BAKI, 27 dekabr — Sputnik. Çin Xalq Respublikası (ÇXR) Tayvana silah satışına görə ABŞ-ın 7 hərbi sənaye müəssisəsinə qarşı sanksiya tətbiq edib. Bu barədə "RİA Novosti" Çin Xarici İşlər Nazirliyinə istinadən xəbər verib.
Nazirlik ABŞ-ın bu yaxınlarda Tayvana böyük həcmdə hərbi yardım göndərdiyini və silah satışını yenidən elan etdiyini bildirib.

"Bu, "vahid Çin" prinsipini və üç Çin-ABŞ kommünikesini kobud şəkildə pozur. Bu, ÇXR-nin daxili işlərinə ciddi müdaxilədir, həmçinin bu ölkənin suverenliyinə və ərazi bütövlüyünə xələl gətirir", - Çin Xarici İşlər Nazirliyi bildirib.

Qeyd olunur ki, ABŞ-ın hərəkətlərinə cavab olaraq Çin ABŞ-ın 7 hərbi-sənaye müəssisəsini hədəfə almaq qərarına gəlib.
Sanksiyalar 2024-cü il dekabrın 27-də qüvvəyə minib.
ABŞ-ın maliyyə naziri Janet Yellen dekabrda bildirib ki, ABŞ Rusiyanın hərbi-sənaye kompleksini hipotetik şəkildə dəstəklədiyinə görə Çin banklarına qarşı sanksiyalar tətbiq edəcək.
Nazir əlavə edib ki, ABŞ və Çin Rusiya ilə qarşılıqlı fəaliyyət ətrafında mübahisəli məsələləri müzakirə etmək üçün ayrıca rabitə kanalına malikdir. Yellenin sözlərinə görə, bu rabitə kanalı çox vaxt qarşılıqlı əlaqə üçün kifayət edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0